![“Kəlbəcərdəki hərbi insident Londonda baş verənlərə cavabdır”](https://moderator.az/cphoto/670x420/2024/07/21/1721544677_1715757542_15.jpg)
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtina etməsinin ardınca, dünən Ermənistan ordusu növbəti təxribata əl atıb, Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub.
Bütün bu olaylar Ermənistanın sülhdən uzaq olmasının, əksinə, revanşist xəyallarla yaşamasının isbatı sayıla bilərmi? Və ən əsası, məlum siyasət regiona nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Paşinyanın sülhdən uzaq olması ilə Ermənistanın sülhdən uzaq olması fikri arasında ziddiyyəti ilk növbədə aydınlaşdırmaq lazımdır. Paşinyan təbii ki, sülhdə maraqlıdlr. Nə qədər də onun oyun oynadığını qeyd etsələr də, hesab edirəm ki, Paşinyanın məqsədi Azərbaycan və Ermənistan arasında sülh bağlamaqdır. Ermənistan isə tək Paşinyandan ibarət deyil. Revanşist və lobbist qüvvələr, 5-ci kolon Ermənistanda hələ də güclüdür.
Londonda Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşə bilməzdi. Bu, hər kəsə bəlli idi. Məsələ ondadır ki, Azərbaycanı və Ermənistan ayrı-ayrı güc mərkəzlərinin təsir dairəsində olan ölkələrdir. Azərbaycan öz güc mərkəzində söz sahibi olsa da, Ermənistan təsir dairəsində olduğu güc mərkəzində əmrə tabedir. Əslində Ermənistanın başqa yolu da yoxdur. Regionda Ermənistanı dəstəkləyən güc yoxdur. Olanların özlərinin başı öz problemlərinə qarışıb. Regiondan kənar güc isə tək ABŞ mərkəzli gücdür. Azərbaycan isə Böyük Britaniyanın formalaşdırdığı güc mərkəzinin aktiv oyunçusudur. Bu baxımdan Paşinyanın Londona getməsi belə özü qeyri-adi idi. Hələ Londonun təşkilatçılığı ilə görüşə qatılması heç mümkün deyildi.
Qeyd edilənlər fonunda hesab edirəm ki, Kəlbəcərdə baş verən insident həmin güc mərkəzinin cavab reaksiyasıdır. Söz sahibinin kim olduğunu göstərmək istəyidir. Bu, bilavasitə Böyük Britaniyaya cavab reaksiyasıdır. ABŞ göstərmək istəyir ki, Ermənistan ancaq onun istədiyi sülhə gedə bilər.
Hesab edirəm ki, bu oyunlarda Azərbaycanın itirəcəyi heç nə yoxdur. Azərbaycan öz mövqeyini Böyük Britaniya arxa planda qalsa belə həll edir. ABŞ-da iki ölkə arasında sülhdə maraqlıdır. Bu, bizə bəsdir. Güc mərkəzlərinin oyununda alət olmamaq üçün Böyük Britaniya kölgədə qalsa, daha məqbuldur. Regionun gələcəyi Azərbaycan-Ermənistan arasındakı sülhdən sonrakı proseslərdən asılıdır. Ermənistan Azərbaycanla sülh bağlayandan sonra Qərbə inteqrasiya prosesinin necə gedəcəyi proseslərin mahiyyətini təşkil edəcək. Ermənistan Qərbə gedəcəksə, region gərgin günlərinə qədəm qoyacaq. Azərbaycan özünü bu proseslərdən kənarda saxlayacaq”.
Seymur ƏLİYEV
![Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından DANIŞDI](https://moderator.az/photo/213x120/2024/07/21/1721560703_1721558973_erdogan-1-e1674828163801.jpg)
![Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var](https://moderator.az/photo/213x120/2024/07/21/1721560612_0e0b55ed-283d-3d6f-9b45-c122870625b7_850.jpeg)
![Ayətullah Xamnəi Pezeşkiana xeyir-dua verdi: Prezidentin uğuru hamımızın uğurudur](https://moderator.az/photo/213x120/2024/07/21/1721560314_resize-10.jpg)
![ABŞ F-35 qırıcılarının istehsalını çatdırmır](https://moderator.az/photo/213x120/2024/07/21/1721560252_kay5dl2zlgmorbqkbxquoio0kjzeujgckbyaejbp_1200.webp)
![6 lotereya bileti aldı, hamısını uddu](https://moderator.az/photo/213x120/2024/07/21/1721557879_110870.jpg)
![Kliçko:](https://moderator.az/photo/213x120/2024/07/21/1721557630_l4czzmhlvlasyp0cics8twiudvevuccc7vanrzca_1200.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/21/1721557088_seshihertmaq9dplxyu0je8afe4obbq6fy0sqjyj_1200.webp)
![Blogerləri jurnalist saymıram - Mixail Qusman](https://moderator.az/photo/213x120/2024/07/21/1721556326_1721555678_922d01411a6a490693959d4fe1e065cf1721553006.jpg)
![Hərbi liseylərə qəbul imtahanı başa çatıb](https://moderator.az/photo/213x120/2024/07/21/1721555431_mgdiqszap1vtnxr4rb5jq8jcqnhzgxzlvdrffzf9_1200-1.webp)
![Husilər İsrailə hücum etdilər](https://moderator.az/photo/213x120/2024/07/21/1721555372_hddqgdpumkhg066evdxqy2hj980fqipceelrxti8_1200.webp)
![Hikmət Hacıyev:](https://moderator.az/photo/213x120/2024/07/21/1721553531_1716535304_6.jpeg)
![Şuşadakı seysmik stansiyadan məlumatların ötürülməsinə BAŞLANILDI](https://moderator.az/photo/213x120/2024/07/21/1721552619_p9mxtdlppzznw4epay1zsbkyzg8dr9l1q5vq2pvc_1200.webp)
![BŞDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib](https://moderator.az/photo/213x120/2024/07/21/1721552427_7368c115-1c9a-3d80-84aa-3773ff28f67d_850.jpg)
![İyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb](https://moderator.az/photo/213x120/2024/07/21/1721551655_3cqgnu7lzlaqpxcnn7d9ezdloth095yfjsogwyna_1200.webp)
![Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/21/1721551589_de376e0a-7146-3b5d-b13f-2756d964a792_850.jpg)
![Tramp Putinə sadiqdir, güzəştə gedəcək - Bolton](https://moderator.az/photo/213x120/2024/07/21/1721550763_tramp_putin.jpg)
![Minimum əməkhaqqı nə zaman artırılacaq?](https://moderator.az/photo/213x120/2024/07/21/1721550640_hgmihgtdppr2rja0jpi412ozlok8fnrgn2hvbwam_1200.webp)
![Rusiyanın ən müasir qırıcıları necə hazırlanır? - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/21/1721550095_u5l5z2vdlgn2vcmwtotmdvgdyrrfjvsltbzlnxyl_1200.webp)
![B-52H Rusiya sərhədinə yaxınlaşdı, MiQ-lər qaldırıldı](https://moderator.az/photo/213x120/2024/07/21/1721549701_b52.jpg)
![Türkiyəli məşhur aktyor vəfat etdi](https://moderator.az/photo/213x120/2024/07/21/1721549600_screenshot_5.jpg)
![Sülh müqaviləsi bağlamamışdan əvvəl Azərbaycanın Ermənistana təklifi nədir? - RƏSMİ AÇIQLAMA](https://moderator.az/photo/213x120/2024/07/21/1721549161_fgcpra768vbll1c03xfpazmjrucu29nj2i6fsg8d_1200.webp)
![Ukrayna səmasında 35 “Şahid” məhv edildi](https://moderator.az/photo/213x120/2024/07/21/1721548942_iran-pua.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/21/1721548392_cgblifqqgtq6b7oeyne3conbcx0llu4rxzncrtiq_1200.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/21/1721547911_2ed2b86d-df87-39a2-8c7e-2d25bfb2c5f4_850-1.jpeg)
![Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA](https://moderator.az/photo/213x120/2024/07/21/1721546568_668b7a45c0a74668b7a45c0a7617204168379a40e7921b3de0e79a616acaac5c6a6f.jpeg)
![Şəkidə QƏZA: Bir ailənin üç üzvü olmaqla beş nəfər xəsarət aldı](https://moderator.az/photo/213x120/2024/07/21/1721546466_669c8fb1f0cf2669c8fb1f0cf31721536433669c8fb1f0cf0669c8fb1f0cf1.jpg)
![Hikmət Hacıyev:](https://moderator.az/photo/213x120/2024/07/21/1721546292_2d2218e3-2223-3dbd-bf92-b84a23066fd3_850.jpg)
![Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi](https://moderator.az/photo/213x120/2024/07/21/1721545105_ml2bqshalrpsitqgyhlar1irbl9wqlm9fxwsqyjh_1200.webp)
![“Kəlbəcərdəki hərbi insident Londonda baş verənlərə cavabdır”](https://moderator.az/photo/213x120/2024/07/21/1721544677_1715757542_15.jpg)
![Prezidentin köməkçisi:](https://moderator.az/photo/213x120/2024/07/21/1721544197_9l3iwkpum6wguzni8i9avy0ekmxba4mtz6qtfblo_1200.webp)