Baş həkim boy probleminin əsas səbəblərini AÇIQLADI
Ekskluziv
2930
20 Jul 2024 | 19:37

Baş həkim boy probleminin əsas səbəblərini AÇIQLADI

Boy problemi ilə üzləşən insanların əksəriyyəti bu kimi halların səbəbini uşaqlıqdan idmanla məşğul olmamaqda ya da müxtəlif boyuzadıcı mərhələlərdən, yəni kök suyu içməkdən, digər bitki sularından, idman növlərindən yararlanmamaqda görürlər. Amma burada genetikanın da rol oynadığı məlumdur. Bəs, hansı daha böyük təsirə malikdir? Genetika, yoxsa sonradan həyata keçirilən proseslər? 
 
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Moderator.az-a danışdı:
 
 
“Boy məsələsi ilə bağlı birinci yerdə duran məsələ əlbəttə ki, genetik amil dayanır. Bu amil müxtəlif, hətta  endemik bölgələrdə yaşama faktoru və s… təsir edir. Əlbəttə ki, bunlar hansısa bitki suyu içməklə əlaqəli deyil, bu kimi yollardan qaynaqlanmır. Ancaq bir sıra faktorlar da vardır ki, uşaqlıqdan vitamin balansının, normal qidlanmanın olması, bununla yanaşı müxtəlif idman üsullarından istifadə olunması adətən boy artımını stimulyatsiya edə bilir. Bunlarla əlaqəli təbii ki, müəyyən nəticələr əldə etmək mümkündür. Ancaq genetik faktorlar yetərli olmadığı halda bəzən bu sonradan təsir edən fenotipik faktorların da yetərli nəticəsi olmaya bilir. Bəzən isə boyartım hormonlarından tibdə istifadə olunur, somatotropin deyilən hormonlar var, bunlardan istifadə edirlər. Bunlar xüsusi xəstəliklər zamanı istifadə edilən pereparatlardı və xüsusəndə bu problemlərlə bağlı daha yaxşı olur ki, pasentin ilk növbədə, dərin əhatəli, endokrinoloji müayinəsi olsun və həmin müayinədən sonra artıq müəyyənləşdirmək olur ki, boy artımına səbəb hansısa qida faktorunun və yaxud vitamin çatışmazlığının təsiridir, yoxsa elə genetik olaraq boyun qısalığı teriminə olunmuş fakordur. Bundan sonra nələr etmək olar, qərar vermək mümkündür”.
Link kopyalandı!
Son xəbərlər