Cahangir Məmmədli: “Arzu edirəm ki, mediamız öz həmrəyliyini və peşəkarlığını hər zaman qorusun”
“Azərbaycan mediası 44 günlük Vətən müharibəsində düşmənə qarşı ordu ilə birlikdə çiyin-çiyinə döyüşüb, informasiya cəbhəsində əsl fədakarlıq sərgiləyib”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, müharibədə mediamızın ciddi həmrəylik və peşəkarlıq sərgilədi ki, bu da düşməni informasiya cəbəsində məğlub etməyə imakn verdi:
“Vətən müharibəsi, bu müharibə zamanı mediaımızın sərgilədiyi həmrəylik və peşəkarlıq jurnalistikamızın əsl gücünü ortaya qoydu. Müharibə göstərdi ki, Azərbaycanın ordusu kimi onun jurnalistikası da peşəkardır və istənilən mübarizədə qalib gəlməyə qadirdir.
Jurnalistikamız post-müharibə dönəmində də anti-Azərbaycan meyillərinə qarşı uğurla mübarizə aparmaqdadır və bu gün dövlətimizin mənafeyini bacarıqla müdafiə edir.
Bu baxımdan hesab edirəm ki, jurnalistikamızın hazırkı durumu kifayət qədər qənaətbəxşdir və bizim mediamızla fəxr etməyə haqqımız var.
Arzu edirəm ki, mediamız öz həmrəyliyini və peşəkarlığını hər zaman qorusun və bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqlarımızın keşiyində ayıq-sayıq dayansın”.
Seymur ƏLİYEV