![ADY-Mətbuat Şurası tandemindən COP29 və ictimai düşüncəyə “yaşıl töhfə”](https://moderator.az/cphoto/670x420/2024/07/11/1720676814_seymur.jpg)
İnsanların dünyaya baxışını dəyişən, həyata yeni bir həyat bəxş edən müsabiqə...
İyulun 10-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Prezident İlham Əliyevin cari ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini, habelə bu ilin noyabr ayında ölkəmizdə COP29 kimi nüfuzlu beynəlxalq tədbirin keçiriləcəyini nəzərə alsaq, belə bir müsabiqənin istər tarixi, istər maarifləndirici, istərsə də praktiki baxımdan böyük önəm kəsb etdiyini məlum olar. Lakin müsabiqə təşkilatçıları qalib jurnalistlərin mükafatlandırılması mərasimin də elə bir yeniliyə imza atdı ki, bu yenilik öz əhəmiyyəti ilə bütün digər vacib məqamları geridə qoydu. Təşkilatçılar müsabiqədə fərqlənən hər bir jurnalistə bir ədəd təbii gül hədiyyə etdi ki, bu da simvolik olduğu qədər, həm də gerçək məna kəsb edir.
Bu hədiyyə hər şeydən öncə müsabiqənin mahiyyətini əks etdirməklə yanaşı, həm də dövlətimizin qlobal miqyasda həyata keçirdiyi “yaşıl dünya” təşəbbüsünə real dəstəkdir. Həm Mətbuat Şurası, həm də ADY bu hədiyyə ilə göstərdi ki, onlar dövlətimizin bütün bəşəriyyətin taleyi baxımından mühüm önəm kəsb edən bu təşəbbüsünü praktiki baxımdan dəstəkləyir, bu təşəbbüsün əhəmiyyətinin daha dərindən dərki üçün əməli addımlar atırlar.
Bütövlükdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı media müsabiqəsi bu günə qədər mövcud olan, qəlibləşən standart müsabiqə formatından ciddi şəkildə kənara çıxaraq inqilabi yeniliklərə imza atdı ki, bu yeniliklər aşağıdakılardan ibarətdir:
1.ADY və Mətbuat Şurası qalib jurnalistlərə təbii gül hədiyyə etməklə yeni – “yaşıl ənənə”nin əsasını qoydu. İnamla demək olar ki, bundan sonra digər dövlət və qeyri-dövlət qurumlarında, eləcə də sadə vətəndaşlar arasıdna bir-birlərinə təbii gül hədiyyə etmək ənənəsi geniş vüsət alacaq, bu ənənə həyata yeni həyat bəxş edəcək, dünyamızın daha da yaşıllşmasına töhfə verəcək.
2.ADY və Mətbuat Şurası jurnalistlərə gül hədiyyə etməklə yeni bir mədəniyyətin əsasını qoydu. Sözügedən müsabiqədən sonra vaxtiylə cəmiyyətimizdə böyük populyarlıq qazanan kitab hədiyyə etmək ənənəsi ilə yanaşı, bu ənənənin də həyata vəsilə qazanacağı, qısa zamanda geniş vüsət alacağı ehtimalı böyükdür.
3.Məlum müsabiqə və onun nəticəsi kimi qalib jurnalistlərə təqdim edilən hədiyyə, yaşıl təbiətin bir parçası olduğunmuzu, ən azı özümüzün yaşamı və gələcəyi naminə təbiəti yaşatmağımızın vacibliyi həqiqətini yada saldı. ADY və Mətbuat Şurası bu müsabiqə ilə hər kəsə xatırlatdı ki, bizim varlığımız bilavasitə təbiətə bağlıdır və insanlığın təbiətin fövqündə var olması mümkünsüzdür.
Əminliklə demək olar ki, bu müsabiqə fonunda ictimai rəyə ötürülən həyati mesaj zamanla daha geniş çevrələrdə yayılacaq, daha çox insanın düşüncəsində özünə yer edəcək və təbiətə daha həssas münasibəti stimullaşdıracaq. ADY və Mətbuat Şurası isə yaşıl dünya naminə ortaya qoyduqları tarixi xidmətləri, imza atdıqları yenilikləri ilə hər zaman ehtiram hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.
Seymur ƏLİYEV
![“Qisas” antiterror əməliyyatından iki il ötür - VİDEO](https://moderator.az/photo/213x120/2024/08/03/1722635908_9f8020df-1035-318d-9ec0-407170f685bb_850.jpg)
![İran anons verdi: Yaxın saatlarda dünya əhalisi maraqlı hadisələrin şahidi olacaq](https://moderator.az/photo/213x120/2024/08/03/1722635844_x1y4iedlu73q2tvahkrdiiwynfefcoy0dhmteh6p_1200.webp)
![Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq](https://moderator.az/photo/213x120/2024/08/02/1722625685_qurban.jpg)
![İlkin ulduzlardan ibarət Qalaktik disk tapıldı - Rəsədxana](https://moderator.az/photo/213x120/2024/08/02/1722624002_resedxana.jpg)
![Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi](https://moderator.az/photo/213x120/2024/08/02/1722623690_1222817.jpg)
![Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb](https://moderator.az/photo/213x120/2024/08/02/1722623493_ac49ec63-da42-394e-8486-521f5caa3d17_850.jpg)
![](https://moderator.az/photo/213x120/2024/08/02/1722624141_2d964eea-24b1ac33b2856fd5c4001c139a4e96a3.webp)
![“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir](https://moderator.az/photo/213x120/2024/08/02/1722623133_1283535352.jpg)
![Meqan Foks dayə robot rolunda - FOTO](https://moderator.az/photo/213x120/2024/08/02/1722622860_megan-fox.jpg)
![Azərbaycan Premyer Liqası: Mövsümün açılış matçında](https://moderator.az/photo/213x120/2024/08/02/1722622643_17e538ae-9410-3794-988f-81e543433e17_850.jpg)
![Türk diplomatlarını hədələməklə... - XİN](https://moderator.az/photo/213x120/2024/08/02/1722622422_42588535.jpg)
![Binəqədidə əməliyyat: odlu silah götürüldü](https://moderator.az/photo/213x120/2024/08/02/1722622144_bineqedi.jpg)
![Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb](https://moderator.az/photo/213x120/2024/08/02/1722621798_e857cd83-1685-357b-bdf8-5771ceefbcf9_850.jpg)
![Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq](https://moderator.az/photo/213x120/2024/08/02/1722620617_d280069c-1974-33ef-baa0-40d7cd43358b_850.jpg)
![Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub](https://moderator.az/photo/213x120/2024/08/02/1722620409_c8e6873e-6620-305b-a365-3a03ab143792_850.jpg)
![MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO](https://moderator.az/photo/213x120/2024/08/02/1722621120_inshot_20240802_214200000.jpg)
![Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib](https://moderator.az/photo/213x120/2024/08/02/1722619909_ee0964d2-abcf-39f6-80d9-87daa6d2f864_850.png)
![Bakıda 4 ulduzlu otel yanır](https://moderator.az/photo/213x120/2024/08/02/1722619542_66ad1476f0d9e66ad1476f0da117226189988970e09733b496aa460112c4864ce74b.jpg)
![Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb](https://moderator.az/photo/213x120/2024/08/02/1722619004_c08cbf01-ab58-3903-a2d4-75f81072ac65_850.jpg)
![Banqladeşdə tələbə etirazları yenidən başlayıb](https://moderator.az/photo/213x120/2024/08/02/1722617892_e60f06a6-c7de-31b6-8c61-d1921f03bd1c_850.jpg)
![Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb](https://moderator.az/photo/213x120/2024/08/02/1722617721_eb5350c0-155e-342b-8e66-c00ea3365fe0_850.jpg)
![Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz](https://moderator.az/photo/213x120/2024/08/02/1722617391_66acda0e82d9266acda0e82d93172260404666acda0e82d8c66acda0e82d8f-1.webp)
![Yuxuda telefon görmək nə deməkdir?](https://moderator.az/photo/213x120/2024/08/02/1722617056_66acbf4f2afb166acbf4f2afb2172259719966acbf4f2afac66acbf4f2afaf.jpg)
![“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO](https://moderator.az/photo/213x120/2024/08/02/1722615925_1-11-750x500.jpg)
![](https://moderator.az/photo/213x120/2024/08/02/1722616453_14980018t1h2f88.webp)
![](https://moderator.az/photo/213x120/2024/08/02/1722614963_66ad011f7740666ad011f77407172261404766ad011f7740066ad011f77403.jpeg)
![Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb](https://moderator.az/photo/213x120/2024/08/02/1722615939_d364ef70-50a8-11ef-aebc-6de4d31bf5cd.jpg.webp)
![Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib](https://moderator.az/photo/213x120/2024/08/02/1722614762_1cb3760b-605b-3394-b6d3-7d8be0d08c62_850.jpeg)
![2 dəqiqəyə 2 qol -](https://moderator.az/photo/213x120/2024/08/02/1722615623_186844_dewcn9twkf-1.jpg)
![Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...](https://moderator.az/photo/213x120/2024/08/02/1722615399_mesud-pezeshkian.jpg)