“Müttəfiqlik haqda saziş o demək deyil ki, Azərbaycan Rusiyanın çaldığı zurna ilə oynayacaq...”
Ekskluziv
Oxunub: 2926
20 Jun 2024 | 18:07
“Müttəfiqlik haqda saziş o demək deyil ki, Azərbaycan Rusiyanın çaldığı zurna ilə oynayacaq...”
Sabah Putin bir müttəfiq kimi xahiş etsə, Azərbaycan da Şimali Koreya ilə əməkdaşlıq edə bilərmi?..- Analitik cavab verir...
 
“Şimali Koreya ilə bağlı ABŞ-ın siyasi davranışı  bu ölkədə də siyasi sabitliyi pozmaq və demokratiya adıyla bu dövləti öz maraq dairəsinə salmaqla mono-qütblüyü bərpa etməkdir. Aydındır ki, bu, mono-qütblülüyə qarşı çıxan Rusiyanın geo-siyasi maraqlarında deyil...”
 
Məlumdur ki, rəsmi adı “xalq demokratik respublikası” olsa da, gerçəklikdə Şimali Koreya qeyri-məhdud hakimiyyətli birpartiyalı idarəetmə üsuluna malik, yəni bir partiya, əslində isə bir nəfər tərəfindən idarə olunan diktatura, avtoritar bir rejimdir. Bu gün Ukraynada açıq, ədalətsiz, amansız, faktiki soyqırımı ilə müşayiət olunan savaş aparan Rusiyanın lideri Vladimir Putinin Şimali Koreyaya, ardınca da Vyetnama səfəri göstərdi ki, Kreml özünə bənzər totalitar, avroritar quruluşlu dövlətlərlə hərbi-siyasi blok yaratmağa çalışır. Azərbaycan olaraq biz Ukraynaya təcavüzünün başlanmasından cəmi iki gün öncə müttəfiqlik sazişi imzaladığımız Rusiya ilə münasibətdə, demək olar ki, müttəfiqlik öhdəliklərini sadiq şəkildə yerinə yetiririk. Son illər Azərbaycan öz xarici siyasətini Kremlin bu və ya digər ölkələrə münasibətinə uyğun formalaşdırır. Rusiya Fransa ilə az qala açıq düşmənçilik səviyyəsində açıq rəqabət aparır, biz də eyni işi görürük, demək olar ki, mediamız hər gün Fransanın neokolonial, neo-müstəmləkəçi siyasətini ifşa edir, bu mövzuda dövlət və qeyri-hökumət qurumları müxtəlif yerli və beynəlxalq miqyaslı tədbirlər keçirir. Rusiya ABŞ-la, Avropa Birliyi ilə də düşmənçilik münasibətindədir, biz də son bir neçə ildə həmin ölkələrlə münasibətdə çox soyuq davranır, tədricən rəsmi şəkildə Qərb dəyərlərindən uzaqlaşmağa çalışırıq...  
 
Maraqlıdır, belə bir durumda, tutaq ki, sabah Vladimir Putin bizimlə müttəfiq dövlətin başçısı kimi təklif etdi ki, siz də Rusiyaya dəstək olaraq Şimali Koreya ilə, onun Kim Çen In adlı bütün sivil dünyanın diktator kimi tanıdığı rəhbəri ilə yaxın əlaqələrə girin, əməkdaşlıq edin, onda biz, yəni Azərbaycan dövləti necə davranacaq, biz də “dostumun dostu mənim də dostumdur” prinsipi ilə bu diktatura dövləti ilə əməkdaşlıq edəcəyik?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
 
“Demokratiya anlayışı hər ölkədə bir cürdür. Son zamanlar məlum oldu ki, nə ABŞ-da, nə Fransada, nə də başqa  Avropa ölkələrində biz gözlədiyimiz demokratiya var. Yəni həmin ölkələrdə Qərb dəyərləri deyilən dəyərlər yoxdur, sadəcə olaraq sadəlövh xalqlar üçün hazırlanan demokratiya pərdəsi altında  soyğunçuluq oyunudur. Bu isə heç bir dəyər  çərçivəsinə  sığmır. Demokratiya adıyla başqa ölkələrin daxili işlərinə qarışmaq, dövlət çevrilişləri etmək, nahaq qan axıtmaq və öz geosiyasi məqsədlərinə nail olmaqdır. Liviya, İraq, Əfqanıstan, Misir, Yəmən, Ukrayna, Gürcüstan və s. ölkələrdə baş verən qanlı toqquşalar və dövlət çevrilişləri  demokratiya oyunbazlarının hərbi cinayətləridir. 2001-ci ildən bu günə qədər ABŞ-ın Prezidentləri demokratiya və insan hüquqları adıyla 16 milyondan artıq müsəlmanın nahaq qanını axıdılmışlar. Azərbaycanın öz suveren torpaqlarını azad etmə faktını Fransanın cinayətkar Makron hökuməti qəbul etmir. Bütün  bunlar onu göstərir ki, Azərbaycan nə qədər demokratiya oyunbazlarından uzaq olsa, bir o qədər daha da güclənər və öz dövlət maraqlarından çıxış edib öz həqiqi, tarixi sərhədlərini bərpa edər... 
İkinci Qarabağ müharibəsi onu göstərdi ki, Azərbaycan ancaq özünə və şanlı ordusuna arxalanmalı və öz dövlət maraqlarından çıxış etməlidir.
İndi keçək Ukraynaya. Burada eyni kökdən, eyni dindən olan  iki millət bir-birini qırır. Səbəb  ABŞ-ın bura gətirdiyi demokratiya oyunudur və dövlət çevrilişinin nəticəsidir. Ukraynada dünya iki düşərgəyə bölünmüşdür: Qərb və Şərq geosiyasi düşərgələrinə və onun konturları günbəgün özünü biruzə verir.  Bu saat bu ölkə Qərblə Şərqin hərbi  poliqonudur. Dünyanın bütün silahları burada sınaqdan keçirilir. Ukraynadakı müharibə  bu və ya digər düşərgənin silahının qələbəsi ilə qurtaracaq...
 
Bu və ya digər  düşərgənin öz hüdudlarını və  əhatə dairəsini  artırmaq faktı da göz qabağındadır. Dünyada atom təhlükəsinin, daha doğrusu, 3-cü dünya müharibəsinin qarşısını almaq üçün iki qütblüyü bərpa etmək lazımdır, istər Qərb, istərsə Şərq düşərgələri... 
 
Sovet İttifaqı dağıldıqdan sonra dünya mono-qütblüyə keçdiyindən ABŞ bütün dövlətlərə öz  siyasi iradəsini yeridirdi və bu iradədən çıxan dövlətlərin liderlərinə qarşı ciddi dövlət çevrilişləri hazırlayırdı. 
 
Ukraynanın bu hala düşməsinə səbəb Yanukoviçin devrilməsi oldu. Buna edənlər MKİ-nin agentləri oldular…
 
Şimali Koreya ilə bağlı ABŞ-ın siyasi davranışı  bu ölkədə də siyasi sabitliyi pozmaq və demokratiya adıyla bu dövləti öz maraq dairəsinə salmaqla mono-qütblüyü bərpa etməkdir. Aydındır ki, bu, mono-qütblülüyə qarşı çıxan Rusiyanın geo-siyasi maraqlarında deyil. Odur ki, Rusiya Prezidenti V.Putin sovet dövründə də ABŞ-a sinə gələn Şimali Koreya və Vyetnamla dostluq və hərbi əlaqələrini gücləndirir.
  
Azərbaycanın dövlət başçısının Rusiya ilə müttəfiqlik sazişi bağlaması hər şeydən əvvəl ölkəmizin dövlətçilik maraqlarından irəli gəlirdi. Gəlin görək bu saziş bizə nə verdi? 
İlk növbədə. 19 sentyabr 2023-cü ildə 100000 dığanın Qarabağdan köçməsini, 2024-cü ilin aprelindən başlayaraq  Rusiya sülhməramlılarının çıxarılmasını. 
 
Yadınızda varsa, hələ 2020-ci ildə onların Qarabağda qalmayacağı haqda  sizə müsahibə də vermişdik. Onda heç kim buna inanmırdı.
 
Müttəfiqlik haqda saziş o demək deyil ki, Azərbaycan Rusiyanın çaldığı zurna ilə oynayacaq. Heç vaxt! 
 
Azərbaycan Qoşulmama hərəkatının üzvüdür və bu, ona əsas verir ki, müstəqilliyimizi üstün tutaq və hərbi  toqquşmalardan uzaq duraq. 
Yadıma Azərbaycan Prezidenti İlham Əliyevin Misir  səfəri düşdü. Misir Prezidentinin Azərbaycan dövlət başçısının necə fəxrlə qarşıladığına fikir verdiniz? Heç bir ölkə başçısı  Misirdə o təmtəraqla qarşılanmamışdı. “Niyə?” sualının cavabı Misir Prezidenti Sisinin gözlərindən görünürdü. O, son 100 ildə xristianlar tərəfindən zəbt olunmuş müsəlman torpaqlarını azad etmiş yeganə dövlət başçısını qəbul edirdi. 
Misir səfəri Azərbaycan Prezidentinin apardığı  balanslaşdırılmış siyasətinin qələbəsi idi. Bu gün dünyanın  gələcək tranzit yollarının  loqistik açarları Azərbaycan Prezidentinin əlindədir. Və bu logistikanın əhəmiyyətini Süveyş kanalından da üstündür, çünki daşınacaq  yüklərin həcmi daha da  çoxdur. 
İndi keçək Ukraynaya qarşı Azərbaycanın mövqeyinə. Azərbaycan başqa ölkələr kimi Ukraynada sülhün tərəfdarıdır, çünki bu müharibə III Dünya müharibəsinə çevrilə bilər. Bununla belə, nə üçün heç nədən Azərbaycan Ukraynanı dəstəkləməlidir? Ukrayna-Ermənistan münasibətləri əlimizə dəlil verir ki, biz ondan uzaq duraq. Biz Allahımıza dua etməliyik ki, Azərbaycan bütün təzyiqlərə  rəğmən ciddi inkişaf yolu tutmuşdur və tam əminliyi ilə deyə bilərik ki, ölkəmiz öz dövlət maraqlarından çıxış edir və bundan sonra heç vaxt bu və ya digər dövlətin “kiçik” qardaşına çevrilməyəcək!..”
 
Sultan Laçın
Oxşar xəbərlər
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
10:59, Bu gün
Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...
10:56, Bu gün
Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
10:49, Bu gün
Azərbaycanda “Iphone” alanda müştəriləri belə aldadırlar - DETALLAR
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:37, Bu gün
Yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər
10:29, Bu gün
Milli Məclisin payız sessiyası bu tarixdə işə BAŞLAYACAQ
10:27, Bu gün
Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT- ARAŞDIRMA -VİDEO
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
10:19, Bu gün
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm”- Əməkdar artist
10:15, Bu gün
İsrailin Livana hücumu nəticəsində "Hizbullah"ın bir neçə komandiri ölüb
10:12, Bu gün
Talıbovun "tilsimi" - Kreslosu niyə boş qalıb?
10:05, Bu gün
Azərbaycan bu ölkə ilə viza tələbini ləğv edir
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
09:55, Bu gün
Qənirə Paşayevanın ölümündən 1 il ötdü
09:49, Bu gün
Yanacaqdoldurma önündə qətl – Bakıdakı dəhşətli cinayətin detalları
09:43, Bu gün
Ən etibarlı bürclər hansılardır?
09:36, Bu gün
"Milan"a 5 dəqiqə kifayət edib
09:25, Bu gün
COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
27 Sep 2024 | 18:49
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
27 Sep 2024 | 18:40
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 18:32
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
27 Sep 2024 | 18:25
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
27 Sep 2024 | 18:16
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
27 Sep 2024 | 18:13
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
27 Sep 2024 | 18:10
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:04
BDU kollektivi Zəfər parkında - FOTO
27 Sep 2024 | 17:59
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
27 Sep 2024 | 17:58
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 17:48
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
27 Sep 2024 | 17:44
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
27 Sep 2024 | 17:40
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 17:32
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 17:21
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 14:38
Kadırov hücum etdi və məğlub oldu
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 12:47
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
27 Sep 2024 | 12:15
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
27 Sep 2024 | 12:36
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
27 Sep 2024 | 12:20
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:20
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 14:38
Kadırov hücum etdi və məğlub oldu
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 12:47
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
27 Sep 2024 | 12:15
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
27 Sep 2024 | 12:36
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
27 Sep 2024 | 12:20
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:20
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT