Putin Ukraynada atəşkəsin şərtlərini AÇIQLADI
2253
14 Jun 2024 | 17:54

Putin Ukraynada atəşkəsin şərtlərini AÇIQLADI

 
"Bu şərtlər icra edildikdən sonra söhbət münaqişənin dondurulmasından deyil, onun tam başa çatmasından gedəcək..."
 
Diktatorun irəli sürdüyü şərtlər arasında Ukrayna qoşunlarının Rusiyanın "yeni regionlarından" çıxarılması və Ukraynanın neytral statusu da var
 
Atəşkəs barədə danışıqların başlanması üçün Ukrayna öz qoşunlarını "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərindən çıxarmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində keçirilən görüşdə bəyan edib. Məlumatı "vedomosti.ru" nəşri yayıb.
 
"Danışıqların başlanması üçün bizim şərtlərimiz sadədir və aşağıdakılardan ibarətdir. Ukrayna öz qoşunlarını Donetk və Luqansk xalq respublikalarından, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarmalıdır", - o, deyib.
 
Prezident dəqiqləşdirib ki, söhbət bu regionların inzibati sərhədləri daxilində bütün ərazilərindən gedir.
 
Daha bir şərt Kiyevin NATO-ya daxil olmaq niyyətindən əl çəkməsi, habelə əvvəlki məqsədlər olan Ukraynanın demilitarizasiya və denasifikasiyasıdır.
 
Növbəti şərtlər kimi Rusiya hakimi Krımın, Sevastopolun, "DXR" və "LXR"-in, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın əraziləri kimi tanınmasını vurğulayıb, bu da "Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini" nəzərdə tutur.
 
Diktator vurğulayıb ki, bu şərtlər icra edildikdən sonra atəşin dayandırılması və danışıqların aparılması barədə əmr veriləcək. 
 
Rusiya tərəfi isə Ukrayna hissə və bölmələrinin maneəsiz və təhlükəsiz çıxarılmasına zəmanət verir. Putin məlumat verib ki, belə olan halda söhbət münaqişənin dondurulmasından deyil, onun tam başa çatmasından gedəcək.
 
"Biz daha bir konkret və gerçək sülh təklifi irəli sürürük. Əgər Kiyev və Qərb paytaxtları bundan əvvəllər olduğu kimi imtina etsələr, nəticə etibarilə bu, onların işidir, bununla onlar qan tökülməsinin davam etdirilməsinə görə siyasi və mənəvi məsuliyyət daşıyacaqlar", - Putin bəyan edib.
 
Diktator qeyd edib ki, Rusiya dünyada sabitliyə görə öz məsuliyyətini anlayır və bütün ölkələrlə dialoq aparmağa hazır olduğunu təsdiq edir.
 
O, dəqiqləşdirib ki, bu, sülh prosesinin imitasiyası deyil, bütün məsələlər üzrə, beynəlxalq təhlükəsizliyin bütün məsələlər kompleksi üzrə ciddi, hərtərəfli söhbət. olmalıdır.
 
"DXR", "LXR",  Zaporojye və Xerson vilayətləri 2022-ci ilin sentyabr ayında bu ərazilərdə keçirilən saxta referendumların yekunlarına görə Rusiyaya ilhaq edilib.
 
Ukrayna səsvermənin nəticələrini tanımayıb. Ukrayna prezidenti Vladimir Zelenski Putinin prezident olacağı dönəmdə Rusiya ilə danışıqlar aparılmasından imtina edilməsi barədə fərman imzalayıb. 
 
Zelenskinin 10 bənddən ibarət "Sülh düsturu" o cümlədən Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və 1991-ci ilin sərhədlərinə qayıtmasını nəzərdə tutur.
Link kopyalandı!
Son xəbərlər