Ukraynanın əfsanəvi hərbi birləşmələrindən olan “Azov” batalyonunun ABŞ silahları ilə təchizi bu qruplaşmanın texniki təchizatı ilə yanaşı, psixoloji əhval-ruhiyyəsinə də müsbət təsir göstərib.
Moderator.az xəbər verir ki, Rusiya uzun müddətdir ki, dünyanı, eləcə də ABŞ-ı “Azov”un nasist qurumu olduğuna inandırmağa çalışsa da, öz iddiasını sübut edəcək yetərincə fakt ortaya qoya bilmədi. Nəticədə, Ağ Ev Azov” batalyonunun da ABŞ silahları ilə təchizinə qərar verdi ki, bu da, Rusiya üçün əlavə problem deməkdir.
Qeyd edək ki, ABŞ silahları ilə təchizat məsələsinin həlli “Azov” batalyonunda böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bununla bağlı Azov Batalyonunun bəyanatında deyilir:
“Bu, bölməmizin tarixində yeni səhifədir”. Azov daha güclü, daha peşəkar və işğalçılar üçün daha təhlükəli olur.
ABŞ-dan Qərb silahlarının alınması və təlimlərin keçirilməsi Azov-un döyüş qabiliyyətini artırmaqla yanaşı, ən əsası şəxsi heyətin həyatının və sağlamlığının qorunmasına töhfə verəcək”.
Mütəxəssislər isə hesab edir ki, “Azov”un ABŞ silahları ilə təchizatı bütövlükdə Ukraynanın müdafiəsini gücləndirəcək, Rusiya üçün mübarizəni əhəmiyyətli dərəcədə çətinləşdirəcək.
Seymur ƏLİYEV