“Bu zərərvericilər bitkiləri məhv edir, sahələrdə çox yayılıb” - ekoloq fermerlərə həyəcan təbili çalır - ARAŞDIRMA + ÖZƏL
Ekskluziv
Oxunub: 1780
29 May 2024 | 13:55
“Bu zərərvericilər bitkiləri məhv edir, sahələrdə çox yayılıb” - ekoloq fermerlərə həyəcan təbili çalır - ARAŞDIRMA + ÖZƏL
“Son illər elə zərərverici və xəstəliklər peyda olub ki, onlar indiyədək respublikanın heç bir yerində müşahidə olunmayıb. Məhz bu səbəbdən dekorativ bağçılıqda     ziyanverici və xəstəliklərlə mübarizə daha artıq diqqətdə saxlanılmalıdır. Ağac, kol və ot bitkilərində bir sıra ziyanverici həşəratlar və xəstəlik- törədicilər yayılmışdır. Onlar bitkilərin yarpaq və çiçəklərini zədələyərək eybəcər şəklə salır və bitkinin dekorativ görkəmini itirir. Ona görə də dekorativ bitkilərin becərilməsi sahəsində xəstəlik və ziyanvericilərə qarşı mübarizə ən vacib tədbirlərdən biridir. Ən geniş yayılmış ziyanvericilərdən yastıcaların bir çox növlərini, mənənələri, Amerika ağ kəpənəyini, tor gənələrini və sitrus ağqanadlısını, xəstəliklərdən isə fuzariozu, unlu şehi, pası və bir çox bakterial xəstəlikləri göstərmək olar”.
 
Bunu Moderator.az-a açıqlamasında Biologiya üzrə fəlsəfə elmləri doktoru, ekoloq dosent Gülçöhrə Hüseynova deyib. O daha sonra dekorativ bitkilərin əsas zərərvericilərindən də danışıb.
 
 
“Mənənə-yə bitki biti də deyilir. Yağmurlu yaz aylarında demək olar ki, əksər bitkilərdə müşahidə olunur. Cavan yarpaqları və zoğları daha çox zədələyir. Həşərat sirayətlənmiş yarpaq və zoğlar qıvrılıb bükülür və inkişafdan  qalır. Bitkidə mənənənin olmasını ilk nişan verən qarışqalar olur. Yəni, hansı bitkidə çoxlu sayda qarışqalar görünsə, deməli artıq orada mənənələr bitkiyə ziyan vurmaqdadırlar. Mənənə sirayətlənmiş bitkilərin yarpaq və budaqları qara, hisəbənzər örtüklə örtülür və uzun müddət (bir ilə qədər) bitki bu şəkildə qalır, dekorativliyi itir. Ən çox qızılgülə, petuniyaya (tənbəkiçiçəyi), payızgülünə (xrizantema), hind yasəməninə, tekomaya, otaq bitkilərindən çin qızılgülünə, sitruslara və b. ziyan vurur.
 
Sitrus ağqanadlısı – çox xırda, ağ və ya sarımtıl rəngli kəpənəklərdir. Bitkinin yarpaqlarının alt hissəsində məskən salır, yarpaq şirəsi ilə qidalanmaqla onun görkəmini pisləşdirir və qurudaraq tökülməsinə səbəb olur. Ən çox limon, naringi, feyxoa, çin qızılgülü, lantana, fuksiya və b. bitkilərdə müşahidə olunur.
 
Torlu gənə – adi gözlə çətin görünən, əsasən yarpağın alt hissəsində yaşayan və yarpaq şirəsi ilə qidalanan xırda həşəratdır. Koloniya halında yaşamaqla, özlərinə tor quraraq mühafizə olunurlar. Çox sürətlə çoxalırlar. Xüsusilə isti havalarda və istixanalarda bitkilərə çox ziyan verirlər.
 
Yastıcalar– dekorativ məqsədlə becərilən bitkilər üzərində bir çox yastıca növləri-qalxanlı yastıcalar, unlu yastıcalar və b. geniş yayılmışdır. Ağ, şabalıdı, boz rəngli olub, əl ilə sıxdıqda qanabənzər maye çıxır. Əvvəlcə yarpaq üzərində əhəng ləkələrinə bənzər ulduzcuqlar müşahidə olunur. Sonra isə sürətlə çoxalaraq bitkinin bütün orqanlarına yayılır, tək-tək və koloniya halında qidalanaraq bitkini zəiflədir. Qeyd olunan bu zərərvericilər – yəni, mənənələr, yastıcalar, gənələr, ağqanadlılar hamısı deşib-soran ağız aparatına malik həşəratlardır. Ona görə də bunlara qarşı kimyəvi mübarizə məqsədilə sistem təsirli preparatlardan istifadə olunmalıdır. Konfidor, hekplan, desis, avantaj, sumi- alfa və b. preparatların 0,1-0,3%-li məhlullarını çiləməklə effekt əldə etmək olar. Qeyd etmək lazımdır ki, dərmanlama işləri zərərvericinin inkişafının ilk mərhələsində aparılmalıdır. Gecikdirildikdə zərərvericilər özlərinə müdafiə vasitələri yaratmaqla müdafiə oluna bilirlər və dərmanlamanın səmərəliliyi aşağı düşür. Qeyd olunan zərərvericilərdən əlavə bitkilərə dəyişik ipəksarıyan, qış qarışçısı, Amerika ağ kəpənəyi, may böcəyi və b. da zərər verirlər. Onlarla mübarizə digər həşəratlarda olduğu kimidir” deyə o bildirib.
 
Ekoloq bildirib ki, bitkilər bir sıra səbəblərdən xəstələnə bilərlər.
 
“ Mikroorqanizmlər, bakteriyalar, viruslar və göbələklər tərəfindən Aqrotexniki tədbirlərin vaxtlı-vaxtında və düzgün aparılmaması, torpaq məhlulunda bəzi qida elementlərinin çatışmaması, ekoloji amillərin bitkilərə mənfi təsiri nəticəsində onlar xəstələnə bilərlər. Dekorativ bağçılıqda hal-hazırda ən çox müşahidə olunan fuzarioz, pas, unlu şeh, yarpaqlarda qara ləkəlik xəstəlikləridir.
 
Fuzarioz–solma və ya kök boğazı çürüməsi xəstəliyi də adlanır. Bir sıra parazit göbələklər tərəfindən törənir. Ağac və kol bitkilərinin şitillərində, soğanaqlı bitkilərin soğanlarında və digər ot tipli bitkilərdə müşahidə olunur.  Xəstə bitkinin yarpaqları saralır, sonra isə bütün bitki solaraq quruyur. Solmaqda olan bitkini (şitilləri) torpaqdan çıxarıb kökünə baxdıqda, kök boğazının nazilərək quruduğu görünür. Rütubətli, ağır torpaqlarda xəstəlik daha sürətlə inkişaf edir. Əkin, səpin yerini dəyişdirmək, həmin yerə 3-4 il başqa bitki əkmək, toxumları səpindən qabaq 1:400 nisbətində formalinlə islatmaq, xəstəlik müşahidə olunan sahədə bitkiləri 0,4%-li Bordo məhlulu ilə 10-15 gündən bir 2-3 dəfə çiləmək, xəstə bitkiləri sahədən kənarlaşdırmaq bu xəstəliyə qarşı mübarizə üsuludur. 
 
Pas xəstəliyi –bir neçə növ göbələk tərəfindən törənir. Yarpaqların üst tərəfində narıncı və ya qırmızı, paslı ləkələr əmələ gəlir və güclü inkişaf etdikdə yarpaqları, cavan zoğları qurudaraq bitkinin inkişafını ləngidir. Xəstəlik rütubətli illərdə və ərazilərdə daha çox təsadüf edir. Ən çox ardıc, zirinc, itburnu, qızılgül, süsən, qərənfil və s. rast gəlinir. Xəstəlik intensivləşdikdə (erkən yazda) 1%-li Bordo məhlulu ilə 10-12 gündən bir 2-3 dəfə çiləmə aparılmalıdır” deyə o bildirib.
 
Gülçöhrə Hüseynova xəstəliklərə qarşı mübarizə tədbirlərindən də danışıb.
 
“Ən önəmli cəhətlərdən biri budur ki, bitkilərə düzgün, kompleks aqrotexniki qulluq göstərməklə, onların normal böyümə və inkişafı təmin olunduqda bitkilər az hallarda xəstələnirlər. Aqrotexniki tədbirlər kompleksinə aşağıdakılar daxildir:
 
1. Xarici görünüşcə sağlam, zədəsiz, illik böyümə gücü normal olan əkin materialı əldə etmək;
 
2. Səpin üçün sağlam və etibarlı mənbələrdən əldə olunmuş toxumlardan istifadə etmək;
 
3. Bitkinin əkin və səpin vaxtlarına düzgün əməl etmək;
 
4. Bitkilərin suvarılma rejiminə daimi riayət etmək;
 
5. Əsas bitkinin (və ya bitkilərin) becərildiyi ərazilərdə başqa bitkilərin (öz-özünə əmələ gəlmiş bitkilərin) qarşısını almaq;
 
6. Qurumuş və xəstə bitkiləri vaxtında ərazidən çıxarmaq;
 
7. Ərazidə çox sıxlıq olmaması üçün mütəmadi olaraq sıxlıq yaradan bitkiləri və ya budaqları kəsərək kənarlaşdırmaq;
 
8. Növbəli əkin sistemi tətbiq etmək.
 
Aqrotexniki tədbirlər kompleksi bitkilərin zərərverici və xəstəliklərlə yoluxmaması üçün qabaqlayıcı tədbirlərdir. Yəni, bütün yuxarıda qeyd etdiyimiz tədbirlər tam həyata keçirildikdən sonra da bitkidə xəstəlik müşahidə olunarsa, o halda xəstəliyin mənşəyini müəyyən etməklə, müvafiq dərmanlardan istifadə olunmalıdır. Buradan belə bir sual meydana gəlir ki, dərman preparatlarından istifadə qaydaları necə olmalıdır? 
 
1. Dərman preparatlarlarından hazırlanmış bütün məhlullar 24 saat müddətində istifadə olunub qurtarmalıdır;
 
2. Tozlama halında istifadə olunanlar (məs. kükürd tozu) səhər saatlarında, çiləmə halında istifadə olunanlar isə axşam saatlarında tətbiq olunmalıdır;
 Çiləmə və tozlama zamanı çalışmaq lazımdır ki, dərman yarpaqların əsasən alt hissəsinə dəysin;
 
3. Çiləyici aparatın ucluğu elə nizamlanmalıdır ki, məhlul duman şəklində püskürsün;
 
4. Çiləyici və tozlayıcının ucluğu bitkidən 0,5-1,0 m məsafədə saxlanılmalıdır;
 
5. Küləkli, yağmurlu və qızmar günəşli (günorta saatlarında) vaxtlarda, və çiçəkləmə dövründə dərmanlamaq məsləhət deyil;
 
6. Dərmanlama apardıqdan sonra yağış yağarsa, yağış kəsdikdən və yarpaqlar quruduqdan sonra dərmanlama təkrar aparılmalıdır;
 
7. Torpaq zərərvericilərinə qarşı zəhərli aldadıcı yemlər günün axşam saatlarında qoyulmalı və səhərlər yığışdırılmalıdır;
 
8. Dərmanlarla ancaq səriştəsi olan bağbanlar, təhlükəsizlik tədbirləri keçmiş işçilər, sahə mütəxəssisləri işləməlidir;
 
9. Yadda saxlamaq lazımdır ki, xəstəlik və ziyanvericilərə qarşı istifadə olunan bütün dərmanlar (pestisidlər) insan sağlamlığı üçün də təhlükəlidir. Bu səbəbdən pestisidlərlə iş ərəfəində xüsusi mühafizə geyimlərindən istifadə olunmaqla iş qurtardıqdan sonra işçi yaxşıca yuyunmalı və dərhal təmiz hava olan ərazilərdə dayanmalıdır” deyə ekoloq bildirib.
Oxşar xəbərlər
08:08, Bu gün
Qurban Qurbanov yenə qapıçı axtarır
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
07:44, Bu gün
Taksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?
07:31, Bu gün
Ukrayna SSRİ-nin ilk hidrogen bombasının sınaq üçün havaya qaldırıldığı 1800 km-lik məsafədəki hərbi aerodromu vurdu...
07:23, Bu gün
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
07:12, Bu gün
Bu xəstəlik insanları evə qapadacaq – Dəhşətli epidemiya XƏBƏRDARLIĞI 
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
28 Jul 2024 | 07:55
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:43
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 07:29
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
28 Jul 2024 | 07:27
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
28 Jul 2024 | 07:26
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
28 Jul 2024 | 07:24
İsrail qırıcıları Livana zərbələr endirib
28 Jul 2024 | 07:21
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
28 Jul 2024 | 07:18
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
28 Jul 2024 | 07:01
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM