“Fransa kimi güclü dövlət üçün Yeni Kaledoniyadakı etirazları zorakılıqla yatırmaq mövcud vəziyyətdən müvəqqəti olaraq çıxış yolu sayıla bilər. Çünki kanaklar kiçik xalqdır. Onlar öz vətənlərində azlıqdadırlar. Fransa oranı fransızlarla doldurub”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, problemin hərbi müstəvidə həlli Fransanın qələbəsi ilə nəticələnəcək:
“Kanaklara görə dünyada heç bir dövlət Fransa ilə açıq hərbi qarşıdurmaya getmək niyyətində deyil. Kanaklar beynəlxalq hüquqa istinad edir. Fransanın isə sözü qurtarıb və o, gücə, jandarmaya müraciət edir.
Hesab edirəm ki, bu məsələdə qısa müddətdə Fransa qalib gələcək. Uzun müddətdən sonra isə kanaklar ola bilsin ki, qalib gəlsinlər və öz istəklərini reallaşdırsınlar”...
Seymur ƏLİYEV