Yeni Kaledoniyada etirazların genişlənməsi fonunda Fransa adaya çoxlu sayda hərbçi və polis dəstələri cəlb edib, adanın hər tərəfində silahlı birrliklər yerləşdirib. Adada sosial şəbəkələrin fəaliyyətini dayandıran Fransa, jurnalistlərin Yeni Kaledoniyaya daxil olmasına da imkan vermir, media əməkdaşlarını bütün mümkün vasitələrlə adadan uzaqda tutmağa çalışışr.
Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli Fransanın etdiyi əməllərin, eləcə də jurnalistlərə göstərdiyi təzyiqin demokratiya ilə açıq-aşkar təzad təşkil etdiyini bildirib, Parisi söz azadlığını boğmaqda ittiham edib:
“Fransa 1790-cı illərin əvvəllərində Avropada Birinci Respublika quruluşu yaratdı. Respublika isə xalq hakimiyyəti deməkdir. O zaman Fransa bütün Avropa üçün bir nümunə idi. Makronun dönəmində isə Fransa özünün bütün tarixi demokratik meyillərinin üstündən xətt çəkdi.
Yeni Kaledoniya uzun müddətdir ki, Fransanın işğalı altındadır. İndi Fransanın kaloniyaları ayılıb, onlar azad, müstəqil olmaq istəyirlər. Fransa Yeni Kaledoniyada törətdiyi vəhşiliklərlə bütün dünyaya göstərdi ki, o, əxlaqsız bir dövlətdir. Başqa xalqları müstəmləkəyə çevirmək, neokalonializmi inkiaşf etdirməyə çalışır.
Yeni Kaledoniyaya çoxlu sayda polis və hərbçi cəlb etməsi, xalq etirazlarını zor gücünə susdurmaq niyyətindən xəbər verir. Fransa Yeni Kaledoniyada sosial şəbəklərin fəaliyyətini dayandırıb, jurnalistlərə təzyiq edir, onların adaya daxil olmasına imkan vermir. Halbuki, Fransa hər zaman media azadlığından, demokratiyadan bəhs edib, Azərbaycan və daha bir sıra ölkələri demokratik azadlıqlara hörmət etməməkdə ittiham edib. İndi media azadlığından, demokratiyadan danışan Fransa sosial şəbəkələrin fəaliyyəti dayandırıb, jurnalistləri adadan uzaqada saxlamağa çalışır. Məqsəd Yeni Kaledoniyada törətdiyi vəhşilikləri ört-basdır etmək, bu cinayətlərin dünyaya yayılmasının qarşısını almaqdır. Bu fakt bir daha onu göstərir ki, müasir Fransa ilə demokratiyanın, söz və media azadlığının heç bir əlaqəsi yoxdur və rəsmi Parisin bu barədə dedikləri cəfəngiyyatdan başqa bir şey deyil”.
Seymur ƏLİYEV