“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
Ekskluziv
2961
26 Apr 2024 | 13:26

“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”

“Bir neçə dəfə mənə çatdırdılar ki, kolxozda işləyən həmin avşarlı ermənilər sədərəkli azərbaycanlının öldürülməsinə haqq qazandıran təbliğat aparırlar. Mən önların üçünü də işdən kənar edib, əvvəllər Xalisə kolxozunun sədri işləmiş Maqsudu baş hesabdar, Kamili traktor briqadiri təyin etdim...”
 
"Onlar bir neçə dəfə maşınımı vurdurmaq istəmişdilər. Bir dəfə maşınlarımız toqquşdu, amma sürücümün sayıqlığı və qoçaqlığı sayəsində ölümdən qurtulduq..."

 

 Aprelin 24-də qondarma “erməni soyqırımı”nın 109-cu ilini qeyd edən, təəssüf ki, hələ də xeyli hissəsi qatı irqçi, terrorçu xislətli olan erməni toplumu  sovet dövründə, hələ azərbaycanlıların, Azərbaycan türklərinin “Ermənistan” adlanan Qərbi Azərbaycanda, İrəvanda, Zəngəzurda, Göyçədə, Basarkeçərdə yaşadığı illərdə də bu saxta tarixi qeyd edib. O cümlədən onun 50 illiyini... 1965-ci ildə...- Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda...
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, hələ 1940-1950-ci illərdə  Qərbi Azərbaycanın soydaşlarımızla  ermənilərin yanaşı yaşadıqları bir sıra rayonlarda rəhbər vəzifələrdə, o cümlədən rayon partiya komitəsinin 1-ci kaibi işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr edilən  “Ermənilər və faciələrimiz” kitabının “1965-ci ildə “erməni soyqırımı”nın 50 illiyinə ermənilər necə hazırlaşırdılar?” başlıqlı bölməsində  məhz həmin il Ermənistanda baş verənlər, azərbaycanlıların başına gətirilən faciəli olaylar barədə danışır.

Aktuallığını nəzərə alaraq  həmin epizodu Moderator.az oxucularının nəzərinə çatdırırıq:

(Əvvəli burada:)
 
“...Lakin mən bilirdim ki,  həmin sədərəkli azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da... İşlədiyim kolxozun hesabdarı, traktor briqadiri, mal həkimi də həmin Avşar kəndindən idilər. Vaxtilə Vedidə ən böyük azərbaycanlı kəndi olan Avşar indi rayonda böyük erməni kəndi idi. Hamısı da Türkiyədən gələn ermənilər idi. Bir neçə dəfə mənə çatdırdılar ki, kolxozda işləyən həmin avşarlı ermənilər sədərəkli azərbaycanlının öldürülməsinə haqq qazandıran təbliğat aparırlar. Mən önların üçünü də işdən kənar edib, əvvəllər Xalisə kolxozunun sədri işləmiş Maqsudu baş hesabdar, Kamili traktor briqadiri təyin etdim. Mal həkimi vəzifəsini boş saxladım. Avşar kolxozunun sədri işləyən Xaçaturyanı isə hələ mən rayon İcraiyyə Komitəsinin sədri işləyərkən Avşar kənd sovetinin sədri vəzifəsindən azad etmişdim. Bu səbəblərdən Avşar ermənilərində mənə qarşı xüsusi düşmənçilik hissləri vardı... Onlar bir neçə dəfə maşınımı vurdurmaq istəmişdilər. Bir dəfə maşınlarımız toqquşdu, amma sürücümün sayıqlığı və qoçaqlığı sayəsində ölümdən qurtulduq. Mənim xüsusi hədiyyə edilmiş tapançam olduğunu və  onu həmişə özümlə gəzdirdiyimi bildiklərindən təkbətək vurmağa cəsarət etmirdilər...
 
...1965-ci ilin yayı idi... Övladlarım Leninqradda(indiki Sankt-Peterburq) oxuyurdular. Tətilə çıxmışdılar. Oğlanlarımdan Maksim və Dadaş Bakıdakı evimizdə qalmış, oğlum Vahid və onlarla birlikdə Leninqradda təhsil alan əmim oğlu Gürzalı isə yanıma gəlmişdilər. Şirazlı kəndində yaşayırdıq... 
Şirazlı kəndi...
 
Bir dəfə Avşar kolxozunun sədri Xaçaturyanı və onun işdən azad etdiyim 3 qohumunu evimə basqına göndərmişdilər. Həmin vaxt mən evdə olmamışdım. Ermənilər evə basqın edəndə güclü və bacarıqlı əmim oğlu Gürzalı onlardan ikisini vurub yerə yıxaraq bıçaqlarını əllərindən almışdı. Lakin bu zaman üçüncü erməni bıçağı onun böyründən qarnına soxmuşdu. Gürzalıya kömək etmək istəyəndə oğlum Vahidi də iki yerindən bıçaqla yaralamışdılar. Bu hay-küyü eşidən qonşular tökülüb gəlincə avşarlı ermənilər qaçmışdı... 
 
Mən hadisədən yarım saat sonra gəlib öyrəndim ki, uşaqları xəstəxanaya aparıblar. Tez xəstəxanaya qaçdım; qorxurdum ki, cərrahiyyə əməliyyatı zamanı uşaqları öldürələr. Cərrahın da adı Andranik idi... Özü də Türkiyə ermənilərindən idi... Çox xahiş-minnət etsəm də, sözü bu idi ki, baxarıq, görək, əməliyyat necə nəticə verəcək. Mən başa düşdüm ki, onun fikri 90 faiz mənfidir. Gecənin bu vaxtı uşaqları belə ağır vəziyyətdə harasa aparıb çatdırmaq da düzgün deyildi. Məcbur qalıb siyasəti işə saldım. Erməni həkimə dedim:
 
“Andranik, bu uşaqların və mənim, eləcə də xalqımızın taleyi bu saat sənin əlindədir. Əgər uşaqlarım bu gün bu yaralardan ölsələr, millət davası, qırğın düşəcək. Və nəticədə bu iki uşaqdan başqa neçə-neçə belə uşaqlar qırılacaq. Bu, sənə də mənə də xeyir gətirməyəcək. Andranik, sən çox sınanmış həkimsən. Mənim uşaqlarımı qurtar. Birincisi, sənin hörmətindən çox yaxşı çıxaram. İkincisi, sənin hörmətin daha da artacaq ki, Andranik ən yaxşı həkimdir. Üçüncüsü, bu iki uşağı müalicə edib sağaltmaqla bərabər iki millətin onlarla, yüzlərlə belə oğul-qızlının itkisinin qarşısını alacaqsan”.
 
Bu söhbətdən sonra Andranik dedi:
 
“Musayev, Vahid iki gündən, Gürzalı isə bir həftədən sonra sap-sağlam evində olacaqlar.  Mən  hörmətimi edəcəyəm, səninkinə də baxarıq”.
 
Mən erməni həkimə çox ağır vəd verib, iki saatdan sonra onun tələblərini yerinə yetirdim. O da verdiyi vədə əsasən uşaqları vaxtında müalicə edib evə buraxdı. Sonra Vahidlə Gürzalı sentyabrın 4-də Leninqrada uçdular... 
 
Leninqradda öz təhsillərini başa çatdırdıqdan sonra Gürzalı Ermənistanda və Azərbaycanda müxtəlif məsul vəzifələrdə çalışdı.  Sonralar Azərbaycanmda sovxoz direktoru da işlədi. Təəssüf ki, 1988-ci ildə Çaykənd erməniləri ilə vuruşan zaman onu öldürdülər. Xanlar(indiki Göygöl-S.L.) rayonunun Şəhidlər xiyabanında dəfn olundu...”
 
(“Ermənilər və faciələrimiz”, T.Musayev, Bakı, 2008. s. 234-238.)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər