Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
2566
23 Apr 2024 | 19:54

Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir

Məlum olduğu kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bu, iki dövlət arasında sərhədlərin delimitasiya prosesinin uğurla getdiyini təsdiq edən ilk rəsmi faktdır. Hansı ki, məlum fakt uğurla davam edən sərhəd razılaşması ilə yanaşı, siyasi baxımdan da çox mətləblərdən xəbər verir.

 

Bu, sadəcə sərhəd dirəyi deyil. Bu, Azərbaycanın Ermənistan və Qərbdəki revanşist qüvvələr üzərində zəfər abidəsidir. Diplomatiyamız bu tarixi uğuru ilə Ermənistanı yenidən Azərbaycanla üz-üzə qoymaq istəyən qüvvələri məğlub etdi. Həm Ermənistanın daxilində, həm də dünyanın müxtəlif ölkələrində olan revanşist qüvvələrin yeni qarşıdurmaya olan ümidləri növbəti dəfə puç oldu.

 

Azərbaycan diplomatiyası sübut etdi ki, Ermənistan onun sülhpərvər səylərini dəstəkləyəcəyi təqdirdə istənilən problemi danışıqlar yolu ilə həll etmək, regionda sülh və tərəqiyyə brilikdə töhfə vermək mümkündür. Həmçinin, rəsmi Bakı bununla sübut etdi ki, o, üçüncü qüvvələrin regionu növbəti dəfə müharibəyə sürükləməsinə imkan verməyəcək, onların hər bir təxribatının qarşısını yeni zəfərlərlə cavablandıracaq.

 

Bu baxımdan, Azərbaycanla Ermənistan arasında əldə edilən bu razılaşma praktiki əhəmiyyətlə yanaşı, həm də mühüm siyasi əhəmiyyətə malikdir. Heç şübhə yoxdur ki, iki dövlət arasında basdırılan ilk sərhəd dirəyi sərhədlərin delimitasiyası prosesini uğrula başa çatdırmaq üçün tərəflərə psixoloji baxımdan da stimul verəcək, yeni razılaşmalar üçün zəmin yaradacaq. Proseslərin bu məcrada axarından qazanan isə yalnız Azərbaycan və Ermənistan deyil, bütün region olacaq.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər