![“Ermənistana verilən bu silahlar bir neçə dəqiqə ərzində sıradan çıxarılacaq”](https://moderator.az/cphoto/670x420/2024/04/11/1712844221_78.jpg)
Hindistan tarixdə ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib və bu ölkə ilə hərbi əməkdaşlığı sürətlə genişləndirməkdədir.
Hindistanın Ermənistana verdiyi bu nəhəng dəstək yaxın və ya uzaq gələcəkdə Azərbaycan üçün hansısa problemlər yarada bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva qeyd edib ki, Hindistanın antiAzərbaycan siyasəti onun özü üçün ciddi problemlərə səbəb ola bilər:
“Hindistan və Ermənistan arasındakı yaxınlıq yeni dünya düzənində əsas oyunçuların yeni geosiyasi xətti ilə birbaşa bağlıdır. Hindistan Pakistan-Azərbaycan dostluğunu ciddi şəkildə qısqanır. Dehli müsəlman birliyinin və türk dünyasının yeni və çoxvektorlu güc mərkəzinə çevrilməsindən qorxuya düşüb. Ona görə də, həm türk dünyasının, həm də müsəlman aləminin önəmli və əsas fiquru olan Azərbaycanın güclənməsini istəmir. Ermənistana silah yardımı və attaşe təyin edilməsi də məhz bu səbəbdəndir.
Onu da unutmayaq ki, Hindistan modern silah istehsalçısı deyil. Ermənistana satılan və ya hədiyyə edilən silahlar isə beşinci nəsil müharibələr üçün sadəcə dəmir parçasıdır. Yəni, ermənilərin hər hansı bir ciddi eskalasiyası və ya təxribatı zamanı həmin silahlar bir neçə dəqiqəyə sıradan çıxarılacaq.
Ermənistana dəstək verməklə Hindistan özünü Azərbaycan kimi etibarlı və tərəfdaşdan məhrum oldu. Gərək Dehlidəki milliyətçi hökumət bu kimi nüansları ciddi şəkildə nəzərdən keçirsin. Çünki Azərbaycan və Türkiyə Hindistan mallarının Qərbə axınının əsas hərəkət vektorudur. Ermənistanın budəfəki qurbanı isə Hindistandır və Bharat Respublikası hələ ki, bunun fərqində deyil.
Hindistanın Ermənistana silah satışı və ya oraya attaşe təyin etməsi Azərbaycana yox, yalnız özünə problem yarada bilər. Çünki Dehli bizim regionda əsas söz sahibi deyil və olmayacaq”.
Seymur ƏLİYEV
![](https://moderator.az/photo/213x120/2024/08/07/1722978127_9_big-v1722870548.jpg)
![Xatirə bu izləyicisinə 100 manat verəcək](https://moderator.az/photo/213x120/2024/08/06/1722971728_xatire-islam.webp)
![](https://moderator.az/photo/213x120/2024/08/06/1722971108_ludo.jpg)
![Danlanın bədəni çürüyür - Estetik əməliyyatlara görə](https://moderator.az/photo/213x120/2024/08/06/1722970855_mimiko.webp)
![Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa vurub](https://moderator.az/photo/213x120/2024/08/06/1722969497_medal.jpg)
![Günəş yanığı müalicəsi üçün ən yaxşı ev vasitələr](https://moderator.az/photo/213x120/2024/08/06/1722970102_gunes.jpg)
![Balıq yağı əlavələri buna səbəb ola bilər](https://moderator.az/photo/213x120/2024/08/06/1722969282_health-gettyimages-1143399765-186ca1686aee44a0a09e0f148dfb8269.webp)
![](https://moderator.az/photo/213x120/2024/08/06/1722967888_kiki.jpg)
![120 il YAŞAMAQ üçün görün nəyə əl atdı](https://moderator.az/photo/213x120/2024/08/06/1722967088_bren-conson.webp)
![Alimlər xərçəngdən qoruyan qidaların YENİ SİYAHISINI AÇIQLADI](https://moderator.az/photo/213x120/2024/08/06/1722966826_xerceng.jpg)
![İtkin düşən qız mağarada tapıldı – “İlan”a çevrilib](https://moderator.az/photo/213x120/2024/08/06/1722966335_2024-08-06-19-22-55f5jxxzwwqexet6nmddjb_file.jpg)
![Suda üzən yeniyetmənin üstündən kater keçib](https://moderator.az/photo/213x120/2024/08/06/1722965788_tecili_yardim_azerbaycan.jpg)
![Türkiyə süni intellektdən istifadə ilə görün nə yaradır](https://moderator.az/photo/213x120/2024/08/06/1722965281_hhm.jpg)
![Sarımsaqlı çayın faydaları](https://moderator.az/photo/213x120/2024/08/06/1722965036_sarimsaqli-cay.jpg)
![“Yerli əhali bu yoldan istifadə edə bilmir” – Azərbaycanın bu ərazilərinə yeni yollar çəkilməlidir – ÖDƏNİŞLİ OLACAQ?](https://moderator.az/photo/213x120/2024/08/06/1722963292_yollar.jpg)
![ÜST yeni ölümcül böcək aşkar edib](https://moderator.az/photo/213x120/2024/08/06/1722963040_ust.webp)
![“Vətən” musiqi qrupu Polşada ölkəmizi təmsil etdi](https://moderator.az/photo/213x120/2024/08/06/1722962816_veten.jpg)
![UEFA Çempionlar Liqası:](https://moderator.az/photo/213x120/2024/08/06/1722962044_qaraba-uef.jpeg)
![Yerə bənzər planet kəşf edildi](https://moderator.az/photo/213x120/2024/08/06/1722961804_yer.png)
![Həm sağlamlıq, həm də gözəllik baxımından əvəzolunmazdır](https://moderator.az/photo/213x120/2024/08/06/1722961197_lavanda.jpg)
![Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki vilayətinin sərhədlərini keçib](https://moderator.az/photo/213x120/2024/08/06/1722960489_ukrayna_rusiya.jpg)
![İran müharibə üçün Rusiyadan yardım istədi](https://moderator.az/photo/213x120/2024/08/06/1722959369_rus-iran.webp)
![Pakistan bu halda İrana silah verə bilər - KİV](https://moderator.az/photo/213x120/2024/08/06/1722958632_raket.jpg)
![ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb](https://moderator.az/photo/213x120/2024/08/06/1722958031_yeni-nesil-silah.webp)
![İran-Türkiyə sərhədində izdiham yarandı](https://moderator.az/photo/213x120/2024/08/06/1722957554_turkiye-gurcustan-serhed.jpg)
![Agile bizə nə vəd edir? - EKSPERTDƏN AÇIQLAMA](https://moderator.az/photo/213x120/2024/08/06/1722957304_whatsapp-image-2024-08-06-at-19.12.55.jpeg)
![](https://moderator.az/photo/213x120/2024/08/06/1722956765_iran-israil.webp)
![Özəl orta məktəblərlə qiymət artımı:](https://moderator.az/photo/213x120/2024/08/06/1722956323_zel.jpg)
![Laçındakı İstisuya giriş qadağan olundu - VİDEO](https://moderator.az/photo/213x120/2024/08/06/1722955972_istisu.jpg)