Bizi sosial şəbəkələrdən izləyin:
Səfirin vəzifələrini səfirliyin müvəqqəti işlər vəkili həyata keçirir...
Rusiya səfiri Sergey Andreyev Rusiya raketinin ölkənin hava məkanını pozmasından sonra Polşanı tərk edib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib.
"Cənab səfir Andreyev özü mədəniyyətini və peşəkarlığını sübut etdi. Eşitdiyimə görə, o, artıq bizim ərazimizi tərk edib", - Sikorski qeyd edib.
O bildirib ki, Rusiya səfirliyi texniki notada diplomatın martın 26-dan aprelin 4-dək ölkədə olmayacağını bildirib.
Hazırda səfirin vəzifələrini səfirliyin müvəqqəti işlər vəkili həyata keçirir.
Xatırladaq ki, bundan əvvəl Polşa dövlətinin Rusiya səfirinin raketlə bağlı açıqlamasına və XİN-ə çağırılmasına məhəl qoymadığına sərt reaksiya verdiyi bildirilmişdi.
S.Laçın