Ekskluziv
2424
02 Mar 2024 | 10:08

"Haydı, Putin, Avropa İttifaqını yerində oturt!.."

"Putin bütün İslam ölkələri liderlərindən daha cəsarətlidir..."
 
"Qərb ölkələri tamamilə ağzınlaşıb, görün, onlar özlərinin saxta demokratiya və xəyali insan haqları ilə dünyanın başına nə oyunlar açır..."
 
Türklər Putinin Qərb barəsində bəyanatına dəstək verib
 
Vladimir Putin Qərbi nüvə münaqişəsi riskini törətməkdə ittiham edib və qeyd edib ki, orada "müharibənin hansısa cizgi filmi olduğunu düşünürlər".
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.
 
Nəşrin oxucuları bu məqalədə yazılanlarla həmrəy olduğunu ifadə edib. "Makronun özü cizgi filminin personajıdır", - oxuculardan biri yazıb. Şərhçilər Rusiya liderinə Avropanı yerində oturtmağa çağırış edib. 
 
Putin Qərb ölkələrinə Ukraynaya qoşun göndərəcəyi təqdirdə nüvə müharibəsi riskinin gerçək olacağı barədə xəbərdarlıq edib.
 
"Bunun nəticələri həddən artıq faciəli olacaq. Onlar müharibənin hansısa cizgi filmi olduğunu düşünür", - prezident bəyan edib.
 
Rusiya prezidenti Vladimir Putin millətə müraciətində xatırladıb ki, Moskvanın Qərb ölkələrinin ərazilərində hədəfləri məhv edə biləcək silahları var.
 
Makron Ukraynaya qoşun göndərməyi təklif edib
 
Bundan öncə bu həftə Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, onun ölkəsi Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmir, lakin bu ideya dərhal ABŞ, Almaniya, Böyük Britaniya və digər dövlətlər tərəfindən rədd edilib.
 
Nüvə təhlükəsi
 
Putin bu fikrə diqqət çəkərək öz çıxışında qeyd edib: "Qərb ölkələri, nəhayət, anlamalıdır ki, bizim də onların ərazilərində hədəfləri məhv edə biləcək silahımız var. Bütün bunlar nüvə silahının istifadə edilməsilə münaqişə təhlükəsi, deməli, bəşəriyyətin məhv edilməsi təhlükəsini yaradır.  Nədir, onlar bunu anlamır ki?"
 
Bu gün Ukrayna münaqişəsi fonunda Rusiyanın Qərblə münasibətləri 1962-ci il Karib böhranı dönəmindən bəri misli görünməyən pisləşmə dövrünü yaşayır.
 
Putin əvvəllər də NATO və Rusiyanın birbaşa münaqişəyə sövq ediləcəyi təqdirdə yaranan təhlükələr barədə xəbərdarlıq edib.
 
Rusiya prezidenti öz çıxışında kifayət qədər qəzəbli tonla nasist Almaniyasının diktatoru Adolf Hitler və Fransa imperatoru Napoleon Bonapartın Rusiyanı zəbt etməyə yönələn uğursuz cəhdlərini xatırladıb. 
 
"Lakin indi mümkün preventiv zərbələrin nəticələri həddən artıq faciəli olacaq, - Putin deyib. - Onlar düşünür ki, müharibə hansısa cizgi filmidir".
 
Rusiya lideri onun ölkəsinin Avropaya hücum etmək istədiyi barədə bəyanatları sayaqlama adlandırıb. Lakin o, həmçinin əlavə edib ki, Rysiya NATO-nun genişləndirilməsi ilə bağlı təhlükələrlə əlaqədar olaraq qərb cinahını möhkəmləndirəcək.
 
Dövlət başçısı həmçinin ABŞ ilə dünyada strateji sabitlik məsələləri üzrə dialoqa hazır olduğunu ifadə edib.
 
Müəllif: Zeynep Gül
 
"Haber7" oxucularının şərhləri
 
"Talha Musa":
 
"Haydı, Putin, Avropa İttifaqını yerində oturt!"
 
"Qonaq":
 
"Putin ən azından bütün İslam ölkələri liderlərindən daha cəsarətlidir. Baxın, Qəzzada uşaqlar və körpələr təkcə bombalardan deyil, acından ölür, bizimkilərin isə nəinki döyüşmək, həm də ərzaqla kömək etməyə cəsarəti çatmır".
 
"Mayk":
 
"Makronun özü cizgi filminin personajıdır".
 
"Ərgün":
 
"Qərbin nədən demokratiya yaratdığı indi aydın olur. Sionistlər hakimiyyətə öz adamlarını gətirir və ölkələri müharibələrə sövq edir.
 
"Mustafa Oğuz":
 
"Körpə Makron özü də yəhudidir, nənə ilə evlənib və öz kreslosunu sionistlərin dəstəyi ilə qoruyub saxlayır. Bu zaman ən çox sionist yəhudilər dünyanı savaşa  və xaosa sürükləmək istəyir.
 
"Hakan":
 
"Putin haqlıdır, onlar tamam azğınlaşıb. Görün, onlar özlərinin saxta demokratiya və xəyali insan haqları ilə dünyanın başına nə oyunlar açır".
 
"Mühacirət edən":
 
"Hakan, demokratiya və insan haqları Avropada ən böyük yalandır. Bütün bunlar özlərinin əsl simalarını ört-basdır etmək üçün istifadə edilən maskadır.
 
"Memo":
 
"Putini tənqid edənlər ABŞ tərəfindən istifadə edilən fətullahçıların terror təşkilatının (FETÖ) təriqətinə oxşayır. Qərbin iradəsi olsaydı, Rusiyanı bir günə zəbt edərdi. Unutmayın ki, Rusiya çökərsə, Türkiyə regionda Qərbə müqavimət göstərə bilməyəcək. Ona görə də Rusiyanın mübarizəsi Türkiyənin xeyrinədir".
Link kopyalandı!
Son xəbərlər