Kivanın qətlinin versiyaları:
2177
07 Dec 2023 | 18:04

Kivanın qətlinin versiyaları: "Kiyev, Zelenski və ya Budanovla Avakov..."

 
"Zelenski əsas terror aktlarının siyahısını təsdiq edir, üstəlik, Kiva belə kriminal çalarları olan bizneslə məşğul olub..."
 
"Kivadan Budanov və ya Avakov da qisas ala bilərdi, çünki..."
 
Rusiya İstintaq Komitəsi İlya Kivanın qətlini araşdırır, cinayət işi açılıb
 
Ukrayna Ali Radasının sabiq deputatının qətlinin bəzi təfərrüatları bəlli olub
 
Kivanın baş nahiyəsində odlu silah yarası olan cəsədi Moskva ətrafının Odintsovo rayonunun Suponevo kəndində otellərin birinin ərazisində aşkar edilib. Cinayətkar və ya cinayətkarlar səsboğucudan istifadə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
 
İlkin versiyaya görə, qətl sifarişli xarakterlidir. İstintaq bütün digər versiyalarla yanaşı "Ukrayna izi"ni də nəzərdən keçirir.
 
Rusiyalı politoloq Sergey Markov güman edir ki, İlya Kiva Vladimir Zelenskinin əmri ilə qətlə yetirilə bilərdi.
 
"Çünki Zelenski əsas terror aktlarının siyahısını təsdiq edir. Üstəlik, Kiva belə kriminal çalarları olan bizneslə məşğul olub. Bu da ola bilər", - Markov Rusiyanın "Gazeta.ru" nəşrinə şərhində deyib.
 
Markov daha iki mümkün versiya səsləndirib. Bu, Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və ya Ukraynanın sabiq DİN rəhbəri Arsen Avakov tərəfindən qisas versiyasıdır.
 
"Birincisi, ondan Budanov qisas ala bilərdi. Çünki Kiva bəyan edib ki, Budanov ölüb və s. İkincisi, ondan Arsen Avakov qisas ala bilərdi. Zamanında DİN rəhbəri olarkən Viktor Medvedçukun seçki məntəqəsinə öz adamı olan Aleksey Kiva üçün zəmanətlər göndərib ki, banderaçılar həmçinin Medvedçukun yanında olacaq. Lakin Medvedçuk onu satın alıb. Sonra bütün proseslər başlananda Medvedçuk həbs edilib, Kiva oradan qaçıb. Bax, buna görə Avakov ondan qisas ala bilərdi", - politoloq bəyan edib.
 
Ukraynanın "УНИАН" agentliyi güc strukturlarına istinadən məlumat verib ki, İlya Kiva Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində aradan götürülüb.
 
Kiva 2019-cu ilin avqustundan 2022-ci ilin martınadək xalq deputatı olub. O, Ali Radada Ukraynada qadağan edilmiş "Həyat uğrunda Müxalif partiya" nı təmsil edib.
 
Bundan öncə o, Rusiyada qadağan edilmiş və terrorçu kimi tanınan "Sağ sektor" hərəkatının Poltava şöbəsinə rəhbərlik edib.
 
2022-ci ilin yanvarında o, Ukraynadan İspaniyaya gedib, sonra Moskvada məskunlaşıb, Rusiya vətəndaşlığı istəyib.
 
Həmin ilin aprel ayında Kiva Zelenskini terrorçu adlandırıb və Ukraynaya nüvə bombası ilə zərbə endirməyə çağırış edib.
 
Həmin ilin noyabrın 13-də Lvov məhkəməsi Kivanı əmlakı müsadirə edilməklə 14 il azadlıqdan məhrum edib. O, dövlətə xəyanətdə, həmçinin hakimiyyətin zorla dəyişilməsinə və təcavüzkar müharibənin aparılmasına çağırışlarda ittiham edilib.
 
Kiva "Teleqram-kanal"ında sonuncu postunda yazıb ki, "Bütün uduzanlar kimi Zelenskinin də özünü intihar etməsi, problemləri özü ilə aparması və məsələni bağlaması ən yaxşı variant olardı".
Link kopyalandı!
Son xəbərlər