Qəzza bölgəsinin cənubunda ağır döyüşlər gedir
2150
02 Dec 2023 | 15:23

Qəzza bölgəsinin cənubunda ağır döyüşlər gedir

 
"HƏMAS Qəzza bölgəsinin cənubunda geniş yerüstü döyüşlərlə müşayiət edilən hərbi əməliyyatlar aparır, əməliyyatlara həmçinin İsrail Hərbi-Hava və Hərbi-Dəniz Qüvvələri də cəlb edilib..."
 
"24 saat ərzində Qəzza bölgəsinin cənubunda İsrailin hücumları dayanmayıb, əksinə, daha da güclənib, zərbələr həm də havadan yaşayış məntəqələri və məscidlərə yönəlib..."
 
İsrail hərbçiləri Qəzza bölgəsində HƏMAS və digər terrorçu qruplaşmalara qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmaqda davam edir. O cümlədən bölgənin cənub hissəsində ağır döyüşlərin getdiyi barədə məlumatlar yayılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "interfaks.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Xan-Yunis rayonunda İsrail Madafiə Ordusu (İMO) bölgənin cənub hissəsində yerləşən bu şəhərdə HƏMAS liderlərinin bəzilərinin olması barədə məlumata malik olaraq geniş yerüstü döyüşlərlə müşayiət edilən antiterror əməliyyatı aparır.
 
Həmçinin İMO qüvvələri bölgənin şimal hissəsindəki Qəzza və Beyt-Lahiyə şəhərlərində fəaliyyətdədir.
 
Gecə ərzində İsrail bölgənin cənubunda yerləşən Xan-Yunis, Rafiah və digər yaşayış məntəqələrinə zərbələr endirib. Xan-Yunisdə İMO Qəzza bölgəsində "Abdulla Azzam" məscidinə hücum edib. 
 
"Əl-Cəzirə" telekanalı vurğulayıb ki, "son 24 saat ərzində Qəzza bölgəsinin cənubunda İsrailin hücumları dayanmayıb, hətta gecə ərzində güclənib".
 
Telekanalın məlumatına görə, İsrail Xan-Yunisin şərq rayonları, habelə şəhər sahilinə zərbələr endirib, nəticədə bir neçə yaşayış binası dağıdılıb.
 
Həmçinin hücumların xeyli hissəsi kənd təsərrüfatı rayonlarına yönəlib, bu da İMO-nun Qəzza bölgəsinin şimalında olduğu kimi şəhərə genişmiqyaslı hərbi müdaxilə üçün zəmin hazırladığından xəbər verir.
 
Yerli sakinlər məlumat verib ki, Xan-Yinisdə İMO-nun havadan əhalinin bölgənin cənubuna yerdəşmə etməsinə çağrış edən və şəhərdə qalmağın təhlükəli olduğunu xəbərdar edən vərəqələr yayır. 
 
"İsrail Müdafiə Ordusu terrorçu təşkilatlara qarşı qətiyyətlə mübarizə aparır, eyni zamanda mülki şəxslərlə terrorçuların ayırd edilməsi üçün maksimum səy göstərir", - İsrail hərbçilərinin Qəzza bölgəsinin əhalisinə müraciətində deyilir.
 
"Qəzza əhalisi bizim düşmənimiz deyil.  Bu səbəbdən bu gün səhərdən İMO Qəzza sakinlərinin nəzarət edilən və məqsədyönlü təxliyəsini həyata keçirərək onları döyüş əməliyyatları zonalarından maksimum uzaqlaşmasını təmin edir".
 
İMO mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində İMO Qəzza bölgəsinin cənub hissəsinə zərbələr endirib və 400-dən artıq, o cümlədən Xan-Yunis rayonunda 50-dən artıq hədəfi məhv edib.
 
O cümlədən 551-ci qrupun və 401-ci briqadanın döyüş qrupları artilleriyanın dəstəyilə Beyt-Lahiyə və Qəzza bölgəsinin şimalında digər yaşayış məntəqələrində HƏMAS terrorçularını və terrorçu infrastrukturu məhv edib.
 
Bölgənin şimalında İsrail Hərbi-Hava Qüvvələri bir sıra hədəflərə, o cümlədən, guya, "İslami-Cihad" tərəfindən operativ qərargah kimi istifadə edilən məscidə aviasiya zərbələri endirib.
 
İsrail Hərbi-Dəniz Qüvvələri HƏMAS-ın Xan-Yunis limanında və Qəzza bölgəsinin cənubunda Deyr-əl-Bələh şəhərində yerləşən infrastrukturuna, o cümlədən HƏMAS tərəfindən istifadə edilən dəniz texnikasına zərbələr endirib.
 
İsrail hərbçilərinin məlumatına görə, bir sıra terror yuvaları məhv edilib, onların arasında döyüş sursatları anbarı da var.
 
Bundan öncə məlumat verilib ki, İsrail Hərbi-Hava Qüvvələri bölgədə terrorçuların 200-dən artıq obyektlərinə hücum edib. 
 
Zərbələr bütün Qəzza bölgəsi boyunca endirilib. İMO-nun fəaliyyət göstərdiyi şimal rayonlarından başqa, Qəzzanın cənub hissəsində Xan-Yunis və Rafiah şəhərlərindəki hədəflər bombalanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər