Ekskluziv
1799
01 Dec 2023 | 16:04

"ABŞ İsrailə hərbi dəstəyini davam edəcək" - Con Kirbi

 
"İsrailin HƏMAS-ı təqib etmək hüququ var və bunu etməyə borcludur..."
 
"ABŞ Qəzzanın cənubunda mülki insanların həyatının müdafiəsi barədə adekvat hesabat təqdim edilməyincə cənubda hərbi əməliyyatları dəstəkləməyəcək..."
 
"İsrail Müdafiə Ordusunun müharibəni udması üçün ayları deyil, həftələri qalıb..."
 
Birləşmiş Ştatlar Qüdsün hər dəfə Qəzza bölgəsində hücumunu bərpa etməyə qərar verəcəyi halda İsrailə hərbi dəstəyini davam edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi jurnalistlər üçün brifinqdə bəyan edib. Məlumatı "kp.ru" nəşri yayıb.
 
"Biz əvvəllitək hesab edirik ki, İsrailin HƏMAS-ı təqib etmək hüququ var və bunu etməyə borcludur, - Kirbi vurğulayıb.
 
İsrail Müdafiə Ordusu bəyan edir ki, atəşkəs və humanitar fasilə başa çatdıqdan sonra o, müharibənin məqsədlərinə dönmək niyyətindədir.
 
Bu qərarı qəbul edərkən, Birləşmiş Ştatlar İsrailə ehtiyacı olan silah sistemləri və vasitələrlə, habelə şəhər şəraitində döyüş əməliyyatlarının aparılması üzrə tövsiyələr və dəyərləndirmələrlə dəstək verməkdə davam edəcək".
 
Kirbinin bəyanatı nə qədər qətiyyətli səslənsə də, ABŞ-ın Qəzza bölgəsində mülki əhali arasında qurbanların sayının artmasından narahatlığı, həmçinin Fələstin bölgəsinin cənubunda daha ehtiyatlı davranmaq barədə İsrail Müdafiə Ordusuna ünvanlanan tövsiyəsi kifayət qədər aydın şəkildə sezilib. 
 
"Biz çox ardıcıl olmuşuq və israilli həmkarlarımıza Qəzzanın cəbununda qurbanların sayının get-gedə artması şəraitində günahsız mülki insanların həyatlarının müdafiə edilməsi barədə adekvat hesabat təqdim edilməyincə cənubda fəaliyyəti dəstəkləmədiyimizi aydın şəkildə bəyan etmişik, - Kirbi davam edib.
 
Ona görə də biz İsrailə müvafiq uçotu və əlavə təhlükəsizlik tədbirlərini təmin etməyə çağırış edirik".
 
Kirbinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden İsrailin vəzifəli şəxsləri ilə təmaslarında vurğulayıb ki, "onlar bundan sonra da terrorçularla mübarizədə Birləşmiş Ştatların dəstəyini alacaq".
 
Bundan başqa, o, qeyd edib ki, Vaşinqton hazırda qüvvədə olan fasilənin uzadılmasına tərəfdardır.
 
"Yenə də deyirəm, biz indi atəşin daimi dayandırılmasını dəstəkləmirik, - Kirbi vurğulayıb. - Biz humanitar fasilələri dəstəkləyirik".
 
Bu gün İsraildə baş vermiş terror aktı və nəticədə üç nəfər israillinin həlak olması, buna görə HƏMAS-ın məsuliyyəti öz üzərinə götürməsini ABŞ-ın atəşkəsin pozulması kimi hesab edib-etməməsi barədə suala cavabında Kirbi deyib:
 
"Hücum Qüdsdə baş verib. Atəşkəs bilavasitə Qəzzaya aiddir. Texniki cəhətdən bu, mövcud razılaşmaları pozmayıb".
 
Xəbər verildiyi kimi, İsraildə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken anladıb ki, İsrailə Qəzza bölgəsinin cənub hissəsi barədə strategiyasını dəyişməyi məsləhət görəcək, bu zaman İsrail Müdafiə Ordusunun müharibəni udması üçün ayları deyil, yaınız həftələri qaldığını güman edib.
 
Bu arada isə İsrail Müdafiə Ordusunun Qəzzada HƏMAS yaraqlılarına qarşı döyüş əməliyyatlarını bərpa etməsi barədə məlumat yayılıb.
 
"HƏMAS operativ fasiləni pozub və üstəlik İsrail ərazisini atəşə tutub. Qəzza  bölgəsindən İsrail tərəfə bir neçə hücum edilib", - İsrail Müdafiə Ordusu bəyan edib.
 
Yaraqlıların hərəkətləri ilə əlaqədar olaraq İsrail qoşunları Qəzza bölgəsi ərazisində və HƏMAS terrorçu təşkilata qarşı döyüş əməliyyatlarını bərpa etməyi qərara alıb.
 
Noyabrın 30-da səhər İsrailə girişdə atəşlər nəticəsində üç israilli həlak olub, altı nəfər yarlanıb, HƏMAS hücuma görə məsuliyyəti öz üzərinə götürüb. HƏMAS həmçinin "müqavimətin eskalasiyasına" çağırış edib.
 
Bir qədər öncə "The Wall Street Journal" nəşri məlumat verib ki, İsrail və HƏMAS Qəzza bölgəsində daha çox girovların azad edilməsi üçün atəşkəs rejiminin daha bir gün uzadılması barədə razılığa gəlib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər