Ekskluziv
1893
28 Nov 2023 | 22:13

"Qərbin dəstəyi olmadan Ukrayna Rusiyaya, İsrail HƏMAS-a qalib gələ bilməz" - Çexiya prezidenti

"2024-cü il Rusiya üçün uduşlu ola bilər, onun anlaya biləcəyi yeganə dil güc dilidir..."
 
"Bizim Ukraynaya dəstəyimiz yüksək intensivli əməliyyatı davam etdirməyə kifayət etmir, biz silah tədarükündə vədlərimizə əməl etməliyik..."
 
"HƏMAS-a hərbi cəhətdən qalib gəlmək mümkün olsa da, ideologiyaya qalib gəlmək mümkün deyil..."
 
Çexiya prezidenti Pyotr Pavel güman edir ki, Qərbin əhəmiyyətli dəstəyi olmadan Ukrayna Rusiyaya qalib gələ bilməz. Öz növbəsində İsrail Qəzzada qalib gəlməklə, HƏMAS ideologiyasına qalib gələ bilməz.
 
Moderator.az xəbər verir ki, o, bu barədə İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bəyan edib.
 
 "Bizim Ukraynaya öz suverenliyini və sərhədləri üzərində nəzarəti bərpa etməsi üçün lazım olan hər şeyi verməkdən savayı başqa seçimimiz yoxdur. Bundan azını etsək, bizim iflasımız demək olacaq. Və Rusiyanın qələbəsi gələcəkdə bizim üçün xoşagəlməz nəticələr törədəcək.
 
Çünki Rusiyanın qələbə qazanacağı təqdirdə onda öz məqsədlərinə zor gücü ilə nail ola bilməsi təsəvvürü yaranacaq. Rusiyanın qələbəsi dünyada bütün rejimlərin Qərb demokratiyalarının zəif olması gümanlarını artıracaq", - Çexiya prezidenti əmin edib.
 
Onun sözlərinə görə, Rusiyanın anlaya biləcəyi yeganə dil güc dilidir.
 
"Görünür, zamanla bizə Moskva ilə münasibətlərdə diskusiya aparmaq üçün mümkün olan mərhələyə çıxmaq lazım gələcək. Lakin bu, Putinin bizə sırıdığı şərtlər deyil, beynəlxalq qaydalar və qanunlar çərçivəsində baş verməlidir", - Pavel qeyd edib.
 
O, əmin olduğunu ifadə edib ki, qarşıdakı qış ukraynalılar üçün "fövqəladə dərəcədə çətin" olacaq, çünki Ukrayna infrastrukturunun böyük hissəsi dağıdılıb. Bu gün Ukraynaya dəstək verən ölkələr tərəfindən tərəddüdlər səbəbindən Ukrayna əhalisində məyusluq hissi artacaq.
 
"Rusiyaya isə qış mövsümü bərpa üçün zaman verəcək, üstəlik, o, öz sənayesini hərbi rejimə keçirməyi bacarıb. Onlar daha çox iriçaplı döyüş sursatları, daha çox tanklar istehsal edir, daha çox əsgər toplayır. Onlar bir neçə ölkə ilə silah tədarükü barədə danlışıqlar aparır. 
 
Məsələn, Şimali Koreya bir milyon artilleriya mərmisi verəcək. Əgər biz Ukraynaya dəstəyi qoruyub saxlamaq imkanını əldən versək, qarşıdakı il Moskva üçün daha da əlverişli olacaq. Bu il uğurun əsasını qoymaq baxımından həlledici əhəmiyyətə malikdir, gələn il daha mürəkkəb il olacaq", - o, vurğulayıb.
 
"Təəssüf ki, bizim hərbi texnika tədarükümüz Ukraynaya yüksək intensivli əməliyyatı davam etdirməyə kifayət etmir.
 
Biz Ukraynanın artilleriya doyüş sursatları ilə təchiz edilməsi üzrə öz vədlərimizə əməl etməmişik, "F-16" qırıcılarının tədarükü istənilən dərəcədə tez baş vermir.
 
Böyük Britaniyadan "Storm Shadows", analoji raketlərin Fransadan tədarükündən sonra Ukrayna Almaniyanın "Taurus" raketlərini almağa bel bağlayıb.
 
Lakin Berlin bu raketləri tədarük edib-etməyəcəyinə hələ qərar verməyib. Bu, tədarükdə disbalans yaradır, bu da Ukrayna tərəfinə hərbi planlaşdırma üçün yaxşı əsas yaratmır", - o, əlavə edib.
 
"Lakin mən vəziyyətin dəyişilməsi imkanının olmasına inanmaqda davam edirəm", - Pavel deyib.
 
O, həmçinin İsrailin HƏMAS terroru ilə mübarizəsini şərh edib.
 
"HƏMAS-ın oktyabrın 7-də İsraildə törətdiyi vəhşiliklərə heç nə ilə haqq qazandırmaq olmaz. Biz anlayırıq ki, İsrail bu cür zorakılıqdan özünü müdafiə etməlidir. Yəhudi dövləti iddia edir ki, o, hər halda hərbi cəhətdən HƏMAS-a qalib gəlməlidir.
 
Həqiqət isə ondan ibarətdir ki, ideologiyaya qalib gəlmək mümkün deyil. Suriya və İraqda biz İŞİD-ə hərbi cəhətdən qalib gəlmişik və onu Afrikaya yerini dəyişmişik. 
 
Suriyada İslam dövləti və Əfqanıstanda Taliban kimi HƏMAS da dinc sakinlərdən qalxan kimi istifadə edir, onları girov saxlayır və öz əhailisini müdafiə etmir", - Pavel deyib.
 
"Biz İsrailə dəstək verməli, eyni zamanda Fələstinin mülki əhalisini müdafiə etmək üçün ona humanitar yardım göstərməliyik. 
 
Münaqişənin hərbi mərhələsi həll edildikdən dərhal sonra Qəzzada layiqli həyatı bərpa etmək üçün mümkün olan hər şeyi etməliyik", - Çexiya prezidenti deyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər