Ekskluziv
2211
29 Sep 2023 | 00:38

"Əgər biz Sizin əmrinizi icra etməsək, bu dövlətdə yaşaya bilmərik" - Kadırov

"Mən regionda və Ukrayna ərazisində döyüş əməliyyatları zonasında mövcud uğurlarla öyünə bilərəm..."
 
"Ahmat" çeçen dəstəsi hər gün ukraynalı hərbçiləri əsir götürür, Ukrayna Silahlı Qüvvələrinin texnikasını məhv edir..."
 
Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat verib. Məlumatı "aif.ru" nəşri yayıb.
 
Görüş zamanı Putin bəyan edib ki, onlar "görüşmək və respublikadakı vəziyyət barədə söhbət etmək üçün razılıq əldə edib". "Bütövlükdə dinamika müsbətdir", - Rusiya prezidenti belə hesab edir.
 
Kadırov Putinlə görüş zamanı məlumat verib ki, regionda, o cümlədən Ukrayna ərazisində döyüş əməliyyatları zonasında mövcud uğurlarla öyünə bilər. Çeçen rəhbərinin sözlərinə görə, onun xalqı Putinin əmrini icra etməsə Rusiyada yaşamayacaq.
 
"Əgər biz Sizin əmrinizi icra etməsək, bu dövlətdə yaşaya bilmərik", - çeçen hakimi qeyd edib.
 
Kadırovun sözlərinə görə, onun regionu o cümlədən humanitar yardımın göndərilməsi üzrə ləyaqətli nümunə göstərir. "Ahmat" çeçen dəstəsi, onun deməsinə görə, hər gün "ukraynalı hərbçiləri əsir götürür və Ukrayna Silahlı Qüvvələrinin texnikasını məhv edir".  
 
Həmçinin o, Amerika istehsalı olan "Abrams" tankları ilə Rusiyanın premium-sinifdən olan "Aurus" avtomobillərini səhv salıb.
 
"Çeçen hərbçiləri üçün heç bir auruslar...abramslar qorxulu deyil", - Çeçenistan rəhbəri tamamilə dolaşıq vəziyyətə düşüb.
 
Öz növbəsində Vladimir Putin Ukraynada olan çeçen hərbçilərinə ən xoş arzularını çatdırmağı xahiş edib.
 
O, komandirlərdən biri ilə söhbətini xatırladıb, onun "Çeçenistandan olan uşaqlar necə döyüşür?" sualına komandir belə cavab verib: "Onlar bizi pis vəziyyətə qoymaz, mən onlara tam inanıram".
 
Bu, Kadırovun çeçen başçısının səhhətinin pisləşməsi və hətta ölümü barədə yayılan şayiələrdən sonra Putinlə ilk görüşüdür.
 
Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Kadırovu onun 15 yaşlı oğlu Adamın Qroznının istintaq təcridxanasında Volqoqradda Quranın yandırılmasına görə saxlanılan 19 yaşlı çarəsiz Nikita Juraveli döyməsi barədə videoçarxı dərc etməsindən cəmi üç gündən sonra qəbul edib.
 
Kadırov bəyan edib ki, onun sözlərinə görə, o, oğlunun hərəkətlərilə qürur duyur. Çeçenistan rəhbəri oğlunu cəzalandırmayıb, çünki onun "əsl kişi kimi" davrandığını hesab edir. Jurnalist Kseniya Sobçakın iddiasına görə,  bu barədə Kadırov ona videozəng zamanı şəxsən deyib.
Link kopyalandı!
Son xəbərlər