Ekskluziv
3858
27 Sep 2023 | 19:52

"Hillari Klinton bizdə hər şeyi kəlləmayallaq görən və anlayışları təhrif edən birisi kimi tanınır..."

"Klintona NATO-nun genişləndirilməsi və Rusiya sərhədlərinə yaxınlaşmasını xatırlatmaq gərəkdir..."
 
"Şərqin özü NATO-ya qoşulmaq qərarı verir və bu, azad və demokratik qərardır..."
 
Peskov Klintonu "anlayışların təhrif edilməsində" ittiham edib, "danışan yanlışlıq" barədə xatırladıb və Ukraynada müharibənin səbəbini açıqlayıb
 
Kreml ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun bəyanatını rədd edib. Bu bəyanatında o, NATO-nun genişləndirilməsinin məsuliyyətini Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bəyan edib ki, "Klinton bizdə hər şeyi kəllə-mayallaq görən və anlayışları təhrif edən birisi kimi tanınır".
 
O, 2009-cu ildə "anlayışların təhrif edilməsi" nümunəsini xatırladıb.
 
O zaman dövlət katibi olan Hilları Klinton Rusiya xarici işlər naziri Sergey Lavrova ABŞ və Rusiya arasında münasibətlərin "yenidən yükləmə"sinin (rusca "перезагрузка" - red.) rəmzi olan düymə hədiyyə edib.
 
Lakin yazılışda yanlışlığa yol verilib və bu söz "həddən artıq yüklənmə" (rusca "перегрузка" - red.) kimi səslənib.
 
"Əlbəttə, bu, qəsdən edilən və özü-özlüyündə hər şeyi aydın göstərən yanlışlıq olub", - Peskov deyib.
 
Onun sözlərinə görə, Klintona "NATO-nun çoxsaylı genişləndirilməsi və Rusiya sərhədlərinə yaxınlaşması dalğalarını", habelə "prezident Putinin Qərb ölkələrinə bu vəziyyəti müzakirə etmək və layihəsi Rusiya tərəfindən hazırlanmış hansısa sənədin imzalanmasına çıxmaq təklifini və Qərb ölkələrinin nəyisə müzakirə etməkdən imtina etməsini" xatırlatmaq gərəkdir.
 
Peskov qeyd edib ki, "burada hazırda keçirilən və davam edən xüsusi hərbi əməliyyata nəyin səbəb olması tamamilə aydınlaşır".
 
Xəbər verildiyi kimi, Hillari Klinton ABŞ Dövlət Departamentində özünün portretinin prezentasiyası zamanı çıxış edərkən Putini Ukraynaya qarşı müharibə torətdiyinə görə ələ salıb.
 
"Ukraynada demokratiyanın müdafiəsi, NATO-nun genişləndirilməsi-çox təəssüf, Vladimir, amma burada sən özün günahkarsan", - Klintonun bu sözləri zalda olanların gülüşünə və alqışlarına səbəb olub.
 
Klinton deyib ki, "insanlar NATO-ya daxil olmağa məcbur edilmir, onlar özləri bu bloka daxil olmaq istəyir.
 
Bundan öncə NATO-nun baş katibi Yens Stoltenberq həmçinin bu barədə danışarkən vurğulayıb ki, NATO şərqə doğru aqressiv genişlənmə aparmır.
 
"Yox, Şərqin özü NATO-ya qoşulmaq qərarı verir", - o, bu barədə sentyabrın 21-də Nyu-Yorkda çıxışı zamanı deyib və belə qərarı "demokratik və azad" qərar adlandırıb.
 
Moskva dəfələrlə NATO-nun şərqə doğru genişlənməsini tənqid edib və bunu öz təhlükəsizliyinə təhdid adlandırıb.
 
Putin deyib ki, Şimali Atlantika Alyansı "Rusiyada xalq arasında deyildiyi kimi", bizə atış gəlib və Şərqə bircə addım belə atmayacağı vədini pozub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər