Krıma hücum edilib, Kerç körpüsü bağlanıb, Sevastopol duman içindədir
Ekskluziv
3471
22 Sep 2023 | 20:29

Krıma hücum edilib, Kerç körpüsü bağlanıb, Sevastopol duman içindədir

"Sevastopol buxtası üzərində tüstü örtüyü yaranıb, şəhərin özü də duman içindədir..."
 
"Rusiya Qara dəniz donanması qərargahına zərbə Ukrayna Təhlükəsizlik Xidməti, USQ Hərbi-Hava Qüvvələri və Hərbi-Dəniz Qüvvələrinin birgə xüsusi əməliyyatı olub..."
 
Sentyabrın 22-də səhər rusiyalı işğalçılar Krımı tüstüyə bürüyüb, işğal edilmiş yarımadanı Rusiya ərazisi ilə birləşdirən Kerç körpüsü ilə hərəkəti dayandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "ru.krymr.com" nəşri məlumat yayıb.
 
"Krımski veter" ("Krım küləyi") "Teleqram-kanal"ı səhər məlumat verib ki, Sevastopol buxtası üzərində tüstü örtüyü yaranıb. Şəhərin özü də duman içindədir.
 
İşğalçıların "Sevastopolun yol-nəqliyyat infrastrukturunun inkişafı üzrə müdiriyyəti" Sevastopolda dəniz nəqliyyatının hərəkətinin dayandırılması barədə məlumat verib və səbəbini dəqiqləşdirməyib.
 
Eyni zamanda, Çernomorskoye (Sevastopoldan 120 km aralıda) və Qlebovka (Qara dəniz rayonu) şəhər tipli qəsəbələrdən, ehtimal ki, Rusiya HHM- in raketləri buraxılıb. 
 
"Sevastopol buxtasının maskalanmasının səbəbi, bax, budur", - kanal müəllifləri güman edib.
 
Rusiya Müdafiə Nazirliyi yarımadanın ərazisində HHM işini təsdiq edib. Nazirlik iddia edir ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri Krımın qərb sahilində Ukraynanın bir idarəedilən raketini və iki PUA-sını məhv edib.
 
Həmçinin Feodosiyada partlayış səsləri eşidildiyi barədə məlumatlar üzə çıxıb. "Krım rəhbərinin" üzdəniraq "müşaviri" Oleq Kryuçkov özünün "Teleqram-kanal"ında yazıb ki, guya, Feodosiya sahilində döyüş sursatlarının minalardan təmizlənməsi üzrə işlər aparılır və bu səbəbdən də keçid müvəqqəti bağlanıb.
 
Ukraynanın Krıma zərbələri-bunu bilmək lazımdır
 
Sentyabrın 20-də müvəqqəti işğal edilmiş Krımda bir neçə partlayışlar baş verib. Sonradan bəlli olub ki, Rusiyanın Qara dəniz donanmasının Sevastopol yaxınlığında Verxnesadovoye komanda məntəqəsinə zərbə endirilib.
 
Məlumat verilib ki, Rusiyanın Qara dəniz donanması qərargahına zərbə Ukrayna Təhlükəsizlik Xidməti, USQ Hava Qüvvələri və USQ Hərbi-Dəniz Qüvvələrinin birgə xüsusi əməliyyatı olub.
Link kopyalandı!
Son xəbərlər