"Rusiyalıların mənəvi vəziyyəti yüksək deyil, ordusu böyük itkilərə məruz qallb və müdafiə mövqeyindədir..."
"Müharibə yeni mərhələyə qədəm qoyub, o, qarşıdakı ildə ilboyu davam edəcək və buna tab gətirmək lazımdır..."
Amerikalı general Ukraynanın əks hücumunun bundan sonrakı tempini proqnozlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
ABŞ Qərargah rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Milli deyib ki, Ukrayna Silahlı Qüvvələrimin əkshücumu uzunmüddətli və ləng olacaqdır, lakin Rusiya orudusu əlverişsiz vəziyətdədir və böyük itkilərə məruz qalıb.
"Rusiyalıların mənəvi vəziyyəti çox da yüksək deyil. Onların rəhbərliyi döyüş meydanında şübhələr doğurur və birmənalı dəyərləndirilmir, bu, bölmənin tipindən aslıdır. Strateji səviyyədə rəhbərlikdə çoxsaylı ixtilaflar var. Logistika yaxşı vəziyyətdə deyil. Beləliklə, rusiyalılar həqiqətən müdafiə mövqeyindədir", - general deyib.
Mark Milli izah edib ki, bir neçə ay öncə o, USQ-nin əkshücumunun uzunmüddətli, qanlı və ləng olacağını deyib. O, vurğulayıb ki, onun proqnozu özünü doğruldub və Ukrayna çox ağır mübarizə aparır.
General həmçinin qeyd edib ki, Ukrayna üçün bu müharibə sağ qalmaq uğrunda mübarizə, Avropa, dünya və ABŞ üçün isə beynəlxalq qaydaların qorunub saxlanılması məsələsidir. O, vurğulayıb ki, Putinin hərəkətləri bu beynəlxalq qaydalara hücumdur.
Onun sözlərinə görə, əraziləri işğaldan azad edilmiş azad, müstəqil və suveren Ukrayna məqsədinə çatmaq üçün xeyli səylər və zaman tələb ediləcək. O, qeyd edib ki, bu, uzunmüddətli və böyük itkilərlə müşahidə edilən çox ağır müharibədir.
Mark Milli gələcək hadisələri, cari danışıqları və buna bənzər nəsnələri şərh etməkdən imtina edib. O, vurğulayıb ki, müharibənin diplomatik nizamlanmasından danışmaq hələ tezdir. O, deyib ki, əkshücum hələ birməyib, onun nəticələrinii gözləmək və sonra irəliyə getmək lazımdır.
Bu arada isə ABŞ-ın Avropadakı ordusunun sabiq komandanı Ben Hoces Amerika kəşfiyyatının USQ-nin əkshücumunun iflasa uğraması barədə "The Washington Post" nəşrində dərc edilən materialın həqiqiliyinə inanmadığını bəyan edib. O, Ukraynaya Krımı işğaldan azad etmək üçün silah verilməsinə çağırış edib.
"Mən Pentaqonun bu qəzet vasitəsilə neqativ proqnozunu qəbul etmirəm. Lakin biz Ukraynanın qalib gəlməsini istədiyimizə qərar verib bu imkanları təmin etməliyik ki, Krımın azad olmasına və Ukraynaya qalib gəlməsinə kömək edək", - Hoces deyib.
"Penta" tətbiqi siyasi tədqiqatlar Mərkəzi idarə heyətinin sədri Vladimir Fesenko isə hesab edir ki, Putin şüurlu surətdə müharibənin ən azı ABŞ-da prezident seçkilərinədək uzadılması yolunu seçib.
Hazırda müharibə yeni mərhələyə qədəm qoyub, ona görə də Ukraynada döyüş əməiyyatlarının gələn il bütün ilboyu davam edəcəyini anlamaq gərəkdir.
"Aydındır ki, Putin 2024-cü ilin noyabrında ABŞ-da prezident seçkilərinədək şüurlu surətdə müharibənin uzadılması yolunu tutub.
Əgər ABŞ-da yeni prezident seçilərsə, o, 2025-ci ilin yanvarında vəzifələrinin icrasına başlayacaq. Hesab edin ki, Rusiyada qəflətən nəsə baş verməzsə, gələn il bütün ilboyu müharibə davam edəcək.
Tükənməyə yönələn müharibədə Rusiyanın böyük üstünlüyü olacaq, ona görə də onlar bizi tükəndirə bilər, amma biz onları tükəndirə bilmərik", - ekspert qeyd edib.
Bu zaman o, vurğulayıb ki, Ukrayna çox güclü düşmənlə döyüşür, ona görə də müharibənin başa çatması barədə proqnozlardan yan keçmək lazımdır.
"Bu, dəmir prinsip olmalıdır. Vəziyyəti dəyərləndirməkdən və yüngül bəyanatlar verməkdən çəkinmək lazımdır. Ukrayna çox güclü düşmənlə döyüşür, onun çoxlu silahı, çoxlu adamları və həddən artıq böyük səfərbərlik potensialı var.
Ukraynalılara açıq demək lazımdır ki, məsələ qələbənin müddətlərində deyil, məsələ ondadır ki, müharibə özünün yeni, mürəkkəb mərhələsinə qədəm qoyub və buna tab gətirmək lazımdır", - Fesenko vurğulayıb.