Könüllərə təsir edən sehrli iksir nədir?..

"İslamın insana qazandırdığı üstün əxlaqi keyfiyyətləri, imanın həqiqətini özümüz inanaraq yaşasaq İslam dini hər kəs üçün rəğbət ediləcək həyat sistemi halına gələcək..."
"Sərt çıxışlar, kobud rəftar, mərhəmətli olmama insanların ətrafımızdan dağılmasına gətirib çıxaracaqdır..."
"Bununla birlikdə utanmadan, sıxılmadan bir adam, eyni xətanı, nöqsanı təkrarlayar, yanlışında israr edər, nəsihət də fayda verməz, inadından dönməzsə haqqın xətrini ali tutmalı, həddi bildirilməlidir..."
Sual:
“Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.”(Ali İmran, 3/159) İnsanlarla münasibətdə möminlərin mülayim rəftar etməsini necə anlamalıyıq?
Cavab:
Sualda qeyd olunan ayə Uhud müharibəsi münasibətilə nazil olmuşdur. Uhudda müsəlmanlar müvəqqəti məğlubiyyət yaşadılar. Fətanət sahibi Allah Rəsulu (s.ə.s), müharibənin sonrakı günü həyata keçirdiyi taktika ilə məğlubiyyəti zəfərlə çevirdi.
Ayədə, Allah Təala, فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ [1] فَبِمَا ifadəsindəki “bə” hərfi-cəri (ədat) yaxınlıq bildirir. O zaman ayəni bu şəkildə tərcümə etmək olar: “Sən, Allahın rəhməti, inayəti, nəzarəti, qoruması sayəsində onlara qarşı yumşaq davrandın.” İlkin olaraq bilmək lazımdır ki, Rəsulullah (s.ə.s) Uca Allahın (cəllə cəlaluhu) himayəsi, qoruması altındadır və onun xəta etməsi mümkün deyil.
Allah Təala, Həzrət Musa (ə.s) və Həzrət Harunu (ə.s) Fironla görüşməyə göndərir. Onlara, Fironla görüşərkən فَقُولاَ لَهُ قَوْلاً لَيِّنًا “Ona yumşaq söz söyləyin.”( Ali İmran 3/159) – mülayim danışın deyir. Peyğəmbərimizə xitabda isə لِنْتَ لَهُمْ “Onlara yumşaq davrandın.” – buyuraraq, Onun fitrətən zatən belə olduğunu vurğulayır.
Ayənin davamında Allah Rəsulunun (s.ə.s) sahib olduğu Quran əxlaqının üstünlüyü göstərilir. وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ “Əgər Sən, – haşa – kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” – buyurularaq yüksək əxlaqi səciyyə nəzərə verilir. فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ
“Elə isə onları əfv et və onların bağışlanmaları üçün dua et. Görəcəyin işlərdə onlarla məsləhətləş.”
Ayənin davamında Allah Rəsuluna (s.ə.s) əshabəni xətalarına görə əfv etməsi, Allahdan onlar üçün bağışlanma tələb etməsi və görəcək işlərində onlarla məşvərət etməsi üçün üst-üstə göstərişlər verilir.
Məğlubiyyət necə zəfərə çevrildi?..
Allah Rəsulu (s.ə.s), Uhuda çıxmadan öncə əshabə ilə məşvərət etmişdi. Məşvərət prinsipinin təsis olunması üçün səs çoxluğunu əsas alaraq onların görüşünə görə qərar vermişdi. Yaşana biləcək problemləri nəzərə alaraq müəyyən bir strategiya ortaya qoymuşdu. Müharibə başladıqdan sonra ilkin mərhələdə üstünlük yenə müsəlmanların əlində idi. Səhabə əmrə itaətdəki incəliyi tam qavraya bilmədiyi üçün daha sonra müharibənin gedişi dəyişdi. Çox sayda itki verdilər, məğlubiyyət yaşandı. Bu tablo qarşısında Allah Rəsulunun (s.ə.s) qəlbində inciklik yaranmasın deyə onları əfv etməyi, onlar adına Allahdan məğfirət diləməyi, həmçinin görüləcək işlərdə onlarla məşvərət etməsi istənilir.
Sonrakı gün…
Müşriklər, qələbə sevinci ilə Məkkəyə qayıdırdı. Allah Rəsulu (s.ə.s) səhabəni topladı və düşmən ordusunu təqib etmənin əhəmiyyəti vurğuladı. Onlar da hamı bir ağızdan qəbul etdilər. Əvvəlki gün Uhuda iştirak edən sahabə arasından bir nəfər də geridə qalmadı.[2] Halbuki aralarında öncəki gün çox ağır yara alan, hətta yürümə qabiliyyəti olmayan şəxslər də vardı. Bu səfərin adı Hamraul-Əsəd adlanır. Qeyd etmək yerinə düşərdi ki, öncəki gün baş verən müharibəyə iştirak etməyən Cabir ibn Abdullah (r.a) da onlarla çıxmışdır. Onun xaricində müharibədə iştirak etməyən heç kimsə gəlməmiş, bəlkə də gəlməsi istənilməmişdi. Aldıqları ağır yaralara baxmayaraq hamının bir nəfər kimi iştirak etməsində məşvərətin böyük təsiri var. Onlar artıq müharibə öncəsində məşvərət zamanı öz fikirlərində israr etmənin qarşılığını canları bahasına öyrənmişlərdi. Məkkəlilər, müsəlmanların arxadan onları təqib etdiklərini xəbər alınca at və dəvələrini mahmızladılar. Sevincləri bir anda qursaqlarında qaldı. Bir an öncə Məkkəyə çatmağa tələsirdilər. Öz-özlərinə “qələbəmizi məğlubiyyətə çevirməyək” deyirdilər. Hamraul-Əsədə qədər müsəlmanlar gedib çatdılar. Müşriklərin qorxaraq uzaqlaşdığı xəbərini də alınca öncəki gün yaşanan həzimət, məyusluq bir anda qələbəyə, sevincə çevrildi.
Həyatımızda elə zamanlar ola bilər ki, hər şeyimizi belə itirə bilərik. Lider olan şəxslər belə hallarda əsla ümidini itirməməli, Allaha təvəkkül etməli, “olanda xeyir var” deyə bilməlidir. Əsla təqsirkar axtarmamalı, hamı bir araya gəlməli, olan-oldu, keçən-keçdi deyib, gələcəyə, görüləcək işlərə baxılmalıdır...
Digər yandan, əgər, olduğumuz yerdə insanlara rəhbər olma, cazibə mərkəzi olma tələbimiz varsa, yumşaq sözlü, mülayim, xoşrəftar olmalıyıq. Ayədə qeyd edildiyi kimi, sərt çıxışlar, kobud rəftar, mərhəmətli olmama insanların ətrafımızdan dağılmasına gətirib çıxaracaqdır...
İnsanları baş verən xətalar, nöqsanlar yönü ilə təhqir və tənqid etmək, yerdən-yerə vurmaq, arxasına çönüb getmək hər biri fərqli sərtlik tərzləri olub, qırıcı, dağıdıcı davranışlardır. Bu şəkildə rəftarın nə ailədə, nə iş yerində, nə də cəmiyyətə faydası olmaz, əksinə var olanı yıxar-dağıdar...
İlahi əxlaqı, peyğəmbərlərin yolunu özümüzə rəhbər götürməliyik. İlahi əxlaq, tanrı olduğunu iddia edən Firona belə yumşaq, mülayim danışmağı əmr edir, Peyğəmbərimizin (s.ə.s) mülayim davranışı təqdir edilir. Bizə düşən də buna əməl etməkdir.
Quranı Kərimdə, bu prizmadan yolumuza işıq tutacaq bir neçə ayəni də qeyd etməkdə yarar vardır. “onlar … qəzəblərini udar və insanları bağışlayarlar.” (Ali İmran 3/134)
“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir!” (Əraf, 7/199)
“Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar.” (Fussilət, 41/34)
Mülayimliyin də sərhədi olmalıdır...
Bununla birlikdə utanmadan, sıxılmadan bir adam, eyni xətanı, nöqsanı təkrarlayar, yanlışında israr edər, nəsihət də fayda verməz, inadından dönməzsə haqqın xətrini ali tutmalı, həddi bildirilməlidir. Yəni, halal-haram demədən hər şeyə əlini uzadan, şüursuzca gününü keçirən, başqalarına zərər vuran şəxsə öncə üslubuna uyğun doğru olanı başa salmaq lazımdır. Əgər bunu da anlamırsa ona cəbhə alınmalı, reaksiya bildirilməlidir.
وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لاَ مَلْجَأَ مِنَ اللهِ إِلاَّ إِلَيْهِ
“(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.” (Tövbə 9/118)
ayəsi Təbuk Səfərinə iştirak etməyən üç nəfər haqqında nazil olmuşdur.[3]
Təbuk səfəri İslam tarixində həll edici rol oynamışdır. Yeni qurulmuş müsəlman dövlətini gözləyən təhlükə vardı. Yayın istisi, məsafənin uzaq olması, ərzağın qıtlığı, məhsul yığım dövrünə az zaman qaldığı bir dövrdə səfərə çıxılmışdı. Bu ciddi bir imtahan idi. Hər kim bu hərbi çağırışdan boyun qaçırarsa böyük günah işləmiş olacaqdı. Üç səhabi heç bir üzrlü səbəbi olmadan səfərə iştirak etmədi. Təbuk səfərində Allahın rəhmət əsəri olaraq savaş baş vermədi. Hər kəs sağ-salamat evinə qayıtdı. Bu səfərə münafiqlər iştirak etməmişdi. Ayədə bəhçi keçən üç səhabi gəlib Allah Rəsulundan (s.ə.s) bağışlanma tələb etdilər. Mömin olsalar da, etdikləri səhv ümumun hüququna təcavüz olduğu üçün Allah Rəsulu (s.ə.s) onları bağışlamadı. Hər kəsin onlarla əlaqəni kəsməsini tələb etdi. Əlli gün, onlar bir növ cəmiyyətdən təcrid həyatı yaşadılar. Əllinci gün sonsuz mərhəmət sahibi Rəbbimiz onları əfv etdiyini fərman buyurdu.
Əslində mömin əxlaqı mülayimlik, yumşaqlıqdır. Hər kəsə durduğu yerə görə də dəyər vermək lazımdır. Möminin könlü geniş olmalı, hamı orada özünə oturacaq yer tapmalıdır. Ancaq yaxında olanla, uzaq durana münasibət həmişə eyni olmur, olmaz da. Yaxın olan da yaxınlığın haqqını verməlidir...
Könül körpüləri...
Mömin, imanın, inandığı dəyərlərin gözəlliyini başqalarına çatdırmaq üçün könüllərə gedən yollar açlmalı, körpülər qurmalıdır. Zatən onun könlü hər kəsə açıqdır. İnsanlarla münasibət qurarkən rifq və mülayimlə yanaşmalı, şirin söz, yumşaq dildən istifadə olunmalıdır. Bu şəkildə münasibət qurulmazsa nə qədər dəyərləri ülvi olsa da, qarşı tərəfdə rəğbət hissi yaranmayacaqdır. İnandığı dəyərlərdən, ən azından qismən nəsiblənmək, olmasa belə ‘bu insan xoş insandır, zərər vurmaz, zərər gəlməz’ deməsi üçün yumşaq rəftardan daha gözəl üslub, yol yoxdur.
Bəli, “aləmlərə rəhmət olaraq göndərilən”[4] Rəsulullah (s.ə.s) söz, rəftar və felləri ilə bütün həyatı boyu necə mərhəmətli insan olmaq olar, onu yaşayaraq göstərmişdir. Məsələn, Məkkəyə daxil olduqdan sonra insanlar bir az qorxu, bir az tərəddüd keçirsələr də, Onun hər kəsi bağışlayacağı ümidi ilə ətrafında toplandılar. Keçən dövr ərzində etmədikləri zülm-cəfa harada isə qalmamışdı. Bunun qisasını almağa da haqqı var idi. Rəhmət Peyğəmbəri (s.ə.s) üzünü onlara tutub: Həzrət Yusufun (ə.s) qardaşlarına dediyi kimi لاَ تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ يَغْفِرُ اللهُ لَكُمْ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ “Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir.”[5] – deyərək qorxu dolu qəlblərə su sərpmiş, bağışlamağın, mülayimliyin və tolerantlığın zirvəsini göstərmişdi.[6]
Bir zamanlar məkkəlilər Onun amansız düşməni idi. Bütün qəbilələri Mədinəyə qarşı ayağa qaldırmışdılar. ( xatırlayın Xəndək müharibəsi) Mücəssəm Rəhmətin (s.ə.s) məkkəliləri əfv etməsi xəbəri ətrafa qısa zaman ərzində sürətlə yayıldı. Allah Rəsulunun (s.ə.s) rifq və mülayimliyi nəticə vermişdi. İnsanlar dəstə-dəstə, qəbilə-qəbilə bir-bir Mədinəyə gəlib Allahın dininə girirdilər. (Nəsr 110/2)
Tarix xətti deyil, dövrü təkrarlar ilə inkişaf edir. Baş verən hadisələrdə zaman, məkan, insan dəyişsə də, hadisənin mahiyyəti eyni olaraq qalır. Tarix təkrar edir. Bu gün bizlər də, insanların İslamı din kimi seçib, həyatını onun əmirləri istiqamətində formalaşdırmasını istəyiriksə, seçəcəyimiz yol rifq, mülayimlik və yumşaqlıdır. İslamın insana qazandırdığı üstün əxlaqi keyfiyyətləri, imanın həqiqətini özümüz inanaraq yaşasaq İslam dini hər kəs üçün rəğbət ediləcək həyat sistemi halına gələcək...
Əgər belə bir yola girərsək, Allahın da rızasını qazanmış olarıq. Gözlər riza üfüqündə olarsa, əllər də dua tələbində xəsis olmamalıdır. Allah Rəsulu (s.ə.s): مَنْ لَا يَرْحَمُ النَّاسَ لَا يَرْحَمْهُ اللهُ “İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz!”[7] , اِرْحَمُوا مَنْ فِي الأرْضِ يَرْحَمُكُمْ مَنْ فِي السَّمَاء “Siz yerdə olanlara mərhəmətli olun ki, səma əhli də sizə mərhəmət eləsin!”[8] buyurur.
Günümüzdə möminlər Allah Rəsulunun (s.ə.s) həyatını, sirəsini özünə rəhbər təyin etməli və bu yolda yürüməlidir. Hər kəs qabiliyyətinə görə bir üfüqə yaxınlaşa bilər. Könüllərə təsir edən iksir rifq və mülayimlik, şirin dil, yumşaq rəftardır.
Mənbələr:
1. Ali İmran 3/159.
2. İbn Hişam, Sirə 4/52, İbn Kəsir, əl-Bidayə 4/49.
3. Buxari, Məğazi 79; Müslim, Tövbə 53.
4. Ənbiya, 21/107
5. Yusuf suresi, 12/92.
6. Nəsəi, Sunənul-kübra 6/382; Beyhaqi, es-Sünənül-kübra 9/118.
7. Buxari, Ədəb 18; Müslim, Fəzail 65.
8. Tirmizi, Birr 16; Əbu Davud, Ədəb 58.
Meneviyyat.az

20:35, Bu gün
Azərbaycan əsgərinin şəhid olduğu formada ərgən kimi “like” ardınca qaçan məmur

20:34, Bu gün
Son addım da son döyüş kimi çətindir - VİDEO

20:31, Bu gün
Əfqanıstan səfirliyi Hindistan paytaxtındakı fəaliyyətini dayandırdığını açıqlayıb

20:26, Bu gün
"Tramp hərəkatı ABŞ demokratiyası üçün təhlükədir" - Bayden

20:20, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”

20:17, Bu gün
“O, sevgi, xeyirxahlıq və mübarizlik nümunəsi idi”

20:02, Bu gün
Rusiya və İran noyabrda XİZ-lər arasında əməkdaşlıq memorandumu imzalaya bilər

19:55, Bu gün
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB

19:42, Bu gün
Qarabağın erməni sakinləri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər

19:37, Bu gün
Qarabağda yaradılmış İşçi qrupun üzvləri oktyabrın 2-də Xankəndiyə səfər edəcək

19:35, Bu gün
Azərbaycan XİN Pakistana başsağlığı verib

19:35, Bu gün
“Ardıcıl həbslər dövlətimizin separatizmə qarşı mübarizədəki prinsipiallığından xəbər verir”

19:27, Bu gün
QAİ Ermənistan parlamentinin sədrinin Dublində yalan və böhtan dolu çıxışını qınayıb

19:20, Bu gün
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxdakı növbəti görüş başa çatıb

19:15, Bu gün
David Babayan haradadır?..-“İravunk”

19:15, Bu gün
Bakı üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirilib

19:00, Bu gün
Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

18:57, Bu gün
İsveçrə Aİ-nin PUA-larla bağlı İrana qarşı sanksiyalarına qoşulub

18:52, Bu gün
Hakan Fidan Qənirə Paşayevanın vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

18:50, Bu gün
Türkiyə-Ermənistan sərhədində yerləşən İpək Yolu körpüsü təmir olunacaq

18:45, Bu gün
“AzerGold” peşə təhsili üzrə növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir

18:41, Bu gün
Hacıqabulda qəzada 1 nəfər ölüb, digəri ağır xəsarət alıb - FOTO

18:30, Bu gün
Ali Məclis Qənirə Paşayevanın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

18:28, Bu gün
Əməkdar jurnalist vəfat edib

18:25, Bu gün
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb

18:15, Bu gün
Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədri ilə görüşüb

18:10, Bu gün
Ceyhun Bayramov Putinin müşavirini ermənilərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə məlumatlandırıb

18:07, Bu gün
Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırıb

18:05, Bu gün
DSX: Qondarma rejimin sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib

18:00, Bu gün
Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın prioritet sahələri açıqlanıb
20:35, Bu gün
Azərbaycan əsgərinin şəhid olduğu formada ərgən kimi “like” ardınca qaçan məmur
20:34, Bu gün
Son addım da son döyüş kimi çətindir - VİDEO
20:31, Bu gün
Əfqanıstan səfirliyi Hindistan paytaxtındakı fəaliyyətini dayandırdığını açıqlayıb
20:26, Bu gün
"Tramp hərəkatı ABŞ demokratiyası üçün təhlükədir" - Bayden
20:20, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
20:17, Bu gün
“O, sevgi, xeyirxahlıq və mübarizlik nümunəsi idi”
20:02, Bu gün
Rusiya və İran noyabrda XİZ-lər arasında əməkdaşlıq memorandumu imzalaya bilər
19:55, Bu gün
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB
19:42, Bu gün
Qarabağın erməni sakinləri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər
19:37, Bu gün
Qarabağda yaradılmış İşçi qrupun üzvləri oktyabrın 2-də Xankəndiyə səfər edəcək
19:35, Bu gün
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:35, Bu gün
“Ardıcıl həbslər dövlətimizin separatizmə qarşı mübarizədəki prinsipiallığından xəbər verir”
19:27, Bu gün
QAİ Ermənistan parlamentinin sədrinin Dublində yalan və böhtan dolu çıxışını qınayıb
19:20, Bu gün
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxdakı növbəti görüş başa çatıb
19:15, Bu gün
David Babayan haradadır?..-“İravunk”
19:15, Bu gün
Bakı üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirilib
19:00, Bu gün
Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
18:57, Bu gün
İsveçrə Aİ-nin PUA-larla bağlı İrana qarşı sanksiyalarına qoşulub
18:52, Bu gün
Hakan Fidan Qənirə Paşayevanın vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
18:50, Bu gün
Türkiyə-Ermənistan sərhədində yerləşən İpək Yolu körpüsü təmir olunacaq
18:45, Bu gün
“AzerGold” peşə təhsili üzrə növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir
18:41, Bu gün
Hacıqabulda qəzada 1 nəfər ölüb, digəri ağır xəsarət alıb - FOTO
18:30, Bu gün
Ali Məclis Qənirə Paşayevanın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib
18:28, Bu gün
Əməkdar jurnalist vəfat edib
18:25, Bu gün
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb
18:15, Bu gün
Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədri ilə görüşüb
18:10, Bu gün
Ceyhun Bayramov Putinin müşavirini ermənilərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə məlumatlandırıb
18:07, Bu gün
Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırıb
18:05, Bu gün
DSX: Qondarma rejimin sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib
18:00, Bu gün
Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın prioritet sahələri açıqlanıb
17:55, Bu gün
Təbrizdə yanacaq tankerinin iştirakı ilə qorxunc qəza: Ölən və yaralananlar var - FOTO
17:50, Bu gün
Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir”
17:49, Bu gün
Səfir: "Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var"
17:47, Bu gün
Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyunlar üçün heyəti bəlli olub
17:46, Bu gün
Azərbaycan və "Baltech Enerji" elektrik stansiyalarının inşasını müzakirə edib
17:45, Bu gün
Azərbaycan Gürcüstanla iqtisadi tərəfdaşlığın gücləndirilməsini müzakirə edib
17:43, Bu gün
"Türkiyə oktyabr ayında İsveçin NATO-ya daxil olmasını təsdiq edəcək" - "Reuters"
17:40, Bu gün
FHN: "Xankəndi yaxınlığında partlayışla bağlı xilasetmə işləri bitib, xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıb"
17:35, Bu gün
“Kommersant”: “Qondarma qurumun ləğvi Bakı və İrəvanın sülh istiqamətində irəliləməsinə yol açıb”
17:31, Bu gün
İki kəndi əhatə edən qaz təchizatı ilə bağlı müraciətlər “Açıq mikrofon”da
17:30, Bu gün
Naxçıvan Ali Məclisinin payız sessiyası öz işinə başlayır
17:29, Bu gün
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
17:28, Bu gün
Ağalı kəndində ağacəkmə aksiyası keçirilib
17:28, Bu gün
BDU-da “Kosmos hüququ” mövzusunda işçi seminar keçiriləcək
17:27, Bu gün
Rusiya təmsilçilərinin Yay Paralimpiya Oyunlarında iştirakına icazə verilib
17:26, Bu gün
Şərqi Zəngəzur məktəblilərinin peşə məktəbinə ekskursiyası təşkil edilib
17:23, Bu gün
BDU-nun Tələbə Gənclər Təşkilatının "Price" Xarici Dillər Klubu təlimlərə başlayıb
17:23, Bu gün
Fransalı ekspert: "Qafqazda sabitliyin qorunması Avropa ölkələrinin prioriteti olmalıdır"
17:20, Bu gün
BDU-nun Jurnalistika fakültəsində “ARB 24”ün direktoru Radik İsmayılovla görüş
17:18, Bu gün
Yeni “Apple Watch”lar nəyi bacarır? - FOTO
17:17, Bu gün
Zahidanda “Qanlı cümə”nin ildönümü yad edilir - FOTO/VİDEO
17:16, Bu gün
İranda edam sayı artır: Daha iki məhkum asıldı - FOTO
17:15, Bu gün
Ağalar Vəliyev Goranboy rayonunda Anım Gününə həsr olunan tədbirlərdə iştirak edib - FOTO
17:10, Bu gün
Rusiya yüksəkdəqiqlikli raketlərin sınağını keçirib
17:07, Bu gün
DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorlara görə həbs edilib - VİDEO
17:05, Bu gün
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təsis edilib
17:02, Bu gün
Spiker: "Artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb"
17:00, Bu gün
XİN: "BMT-nin müvafiq qurumlarının missiyası yaxın günlərdə Qarabağa səfər edəcək"
16:57, Bu gün
"Vaqner qrupu" özəl hərbi şirkətinin yaraqlıları Ukraynada döyüşmək üçün geriyə dönür" - Britaniya kəşfiyyatı
16:55, Bu gün
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
16:47, Bu gün
ABŞ dövlət katibi "Qlobal musiqi diplomatiyası"nı işə salıb
16:45, Bu gün
"Şərq Qərbin ardınca Rusiyaya iqtisadi müharibə elan edib" - Moskva meri
16:26, Bu gün
Prezident İlham Əliyev: “Biz Qafqazda sülh və sabitlik istəyirik”
16:23, Bu gün
BDU əməkdaşı Türkiyədə beynəlxalq konfransda məruzə ilə çıxış edib
16:22, Bu gün
BDU-nun professorunun monoqrafiyası nəşr olunub
16:19, Bu gün
Salyanda məktəbdə şagirdi beşbarmaqla döydülər - FOTO
16:19, Bu gün
Prezident: “Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir”
16:15, Bu gün
Qüdrət Həsənquliyev: "Allah bu insanı xeyirxahlıq üçün yaratmışdı"
15:16, Bu gün
Türkiyəli məşhurlar Qənirə Paşayeva haqda Moderator.az-a danışdı:“48 yaşında dünyasını dəyişməsi...”-ÖZƏL
15:00, Bu gün
İşini işbazlardan uzaq tutmaq istəyən vətəndaşlara “Açıq qapı”da açıqlamalar (Fotolar)
14:55, Bu gün
Ermənistanın müdafiə naziri Rusiyada MDB-yə üzv ölkələrin nümayəndələrinin iclasına getmədi
14:53, Bu gün
“Bu halda Moskvanın Qarabağda o ssenarini tədricən yenidən işə salması mümkündür...”
14:07, Bu gün
Prezident: "2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb, ilin sonuna qədər bu say 5 500-ə çatdırılacaq"
14:03, Bu gün
Səfir: "Qarabağın erməni gənclərinin azərbaycanlılarla bağlı düşüncəsini dəyişmək üçün işlər görüləcək"
14:01, Bu gün
Dövlət başçısı: "8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib"
14:00, Bu gün
Qarabağda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleks silah anbarı kimi istifadə edilib
13:55, Bu gün
COVID-19-un yeni və daha çox yoluxucu olan ştamı meydana çıxıb
13:53, Bu gün
Azərbaycan lideri: "Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir"
13:45, Bu gün
Gələn il azad edilən ərazilərin bərpasına minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır
13:43, Bu gün
Sinan Oğan: "Qənirə Paşayevanın ölümü Türkiyə üçün də böyük itkidir"
13:42, Bu gün
Prezident: "İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib"
13:41, Bu gün
İlham Əliyev: "Zəngilan məscidinin inşası yekunlaşır"
13:32, Bu gün
Türkiyənin müdafiə naziri: “Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanında tək qoyublar”
13:31, Bu gün
Azərbaycan Prezidenti: "Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik"
13:28, Bu gün
Paşinyan bizim üçün kimdir:düşmən, yoxsa tərəfdaş? Yaxud sülh və gələcək üçün müttəfiq?
13:24, Bu gün
Azərbaycan Prezidenti və Birinci vitse-prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar
13:20, Bu gün
Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqlayıb
13:14, Bu gün
Pakistanda terror: Onlarla insan həlak olub - VİDEO
13:13, Bu gün
Rusiyanın valyuta və törəmə alətlər bazarını liberallaşdırması Azərbaycana nə vəd edir?
13:12, Bu gün
Prezident: "Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar"
13:07, Bu gün
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
13:02, Bu gün
Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib
13:00, Bu gün
İlham Əliyev: "Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir"
12:54, Bu gün
Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır
12:54, Bu gün
BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
12:43, Bu gün
QMİ-nin sədr müavini: “Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımlar unudulmayıb”
12:34, Bu gün
Türkiyənin müdafiə naziri Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib
12:33, Bu gün
Səfir: "Qənirə Paşayeva Özbəkistanda da layiqli hörmət qazanmışdı"
12:29, Bu gün
“PKK” tərkibindəki “Nubar Ozanyan” qrupu Azərbaycana savaş elan etdi...-VİDEO
12:21, Bu gün
Dövlət Komitəsində Xocalı sakinləri ilə görüş keçirilib - FOTO+VİDEO
28 Sep 2023 | 22:50
Qənirə Paşayeva vəfat edib - YENİLƏNİB
08:38, Bu gün
“Qənirə xanımın evində qalırdım, məni qızı kimi çox istəyirdi, görən kimi deyirdi ki...”-FOTOLAR
28 Sep 2023 | 21:15
Toyqabağı şəhid olan polis - VİDEO
00:55, Bu gün
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
28 Sep 2023 | 22:25
Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb
28 Sep 2023 | 21:00
İranda Müdafiə Nazirliyinin sənaye kompleksində partlayış olub
28 Sep 2023 | 23:01
Antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib
00:47, Bu gün
"Şoyqu Tehrana niyə gedib və iranlılar Rusiyaya öz raketlərini nə zaman tədarük edəcək?" - ISW
28 Sep 2023 | 23:35
Vladimir Putin Liviya Milli Ordusunun komandanını qəbul edib
28 Sep 2023 | 23:37
Sahibə Qafarova fransalı spikerə: “Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüquqa ziddir”
25 Sep 2023 | 16:22
Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..
27 Sep 2023 | 09:35
Vəzifədən getməmişdən öncə "FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?..
28 Sep 2023 | 15:00
“Təslim olmayacağam” deyən “artsax” komandiri də Ermənistana keçdi...-FOTOLAR
23 Sep 2023 | 10:54
“Onları görən kimi hönkürtü ilə ağladım, inanmırdım ki...”-Meral Konrat-FOTO
27 Sep 2023 | 13:02
“Sevincimdən qəhər məni boğurdu, kövrəlmişdim, efirdə qulağıma dedilər ki, Jalə de ki, torpaqlar azad olunub”-FOTO
28 Sep 2023 | 15:20
Arayikin yeri bilindi - Keçmiş xunta başçısı bu şəhərdə gizlənir
25 Sep 2023 | 13:41
Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? - FOTO/VİDEO
24 Sep 2023 | 22:28
Ağdərədən çıxan ermənilərin daha bir videosu - Gözlərində qəm, sifətlərində həyasızlıq - VİDEO
25 Sep 2023 | 15:05
Xocalıda erməni sakinlərlə növbəti görüş başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
25 Sep 2023 | 07:09
“Sevimli” “sülhməramlı”lar niyə Laçın şəhərini hələ də məsuliyyət zonalarına daxil edir?..
28 Sep 2023 | 22:50
Qənirə Paşayeva vəfat edib - YENİLƏNİB
08:38, Bu gün
“Qənirə xanımın evində qalırdım, məni qızı kimi çox istəyirdi, görən kimi deyirdi ki...”-FOTOLAR
28 Sep 2023 | 21:15
Toyqabağı şəhid olan polis - VİDEO
00:55, Bu gün
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
28 Sep 2023 | 22:25
Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb
28 Sep 2023 | 21:00
İranda Müdafiə Nazirliyinin sənaye kompleksində partlayış olub
28 Sep 2023 | 23:01
Antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib
00:47, Bu gün
"Şoyqu Tehrana niyə gedib və iranlılar Rusiyaya öz raketlərini nə zaman tədarük edəcək?" - ISW
28 Sep 2023 | 23:35
Vladimir Putin Liviya Milli Ordusunun komandanını qəbul edib
28 Sep 2023 | 23:37
Sahibə Qafarova fransalı spikerə: “Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüquqa ziddir”