Ermənistan
Ekskluziv
4394
31 May 2023 | 18:13

Ermənistan "soyqırımı"n tanınması prosesinin puça çıxdığını və bitdiyini etiraf etdi...

"Soyqırımının tanınması prosesi başa çatıb".
 
Moderator.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, nunu mayın 31-də parlamentdə jurnalistlərə müsahibəsində Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan deyib.
 
“Diasporda boşluq yaranıb: Erməni soyqırımı faktının tanınması prosesində iştirak edən və yəqin ki, ən böyük struktur olan strukturlardan biri bu sahəni tərk edib və elə bir iş görür ki, mən bunun müvəffəqiyyətlə bitəcəyinı düşünmürəm. 30 il ərzində biz soyqırımı tanımaq üçün diasporda nəhəng resurslardan istifadə etmişik, taktiki nəticələr əldə etmişik, lakin eyni zamanda strateji nəticələrə nail olmamışıq. Yəni, Soyqırımı tanındı, mənəvi qələbə qazandıq, amma bununla erməni xalqının təhlükəsizliyi bu günə qədər yaxşılaşmayıb. Biz əsrlər boyu dövlətçiliyi olmayan bir xalq olaraq 2 həftə necə salamat qalacağımızı düşünürdük. Bizə isə strateji düşüncə lazımdır”, - deyə Sinanyan bildirib.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər