Ekskluziv
4579
28 May 2023 | 12:53

"Müasir diplomatiyanın atası", yoxsa "hərbi cinayətkar?.." - Kissincerin 100 yaşı tamam olub

"Kissincerin adı "Realpolitik"in sinoniminə çevrilib və ABŞ-ın xarici siyasətində həlledici dönüşlər onun adı ilə bağlıdır..."

 

"Onun beli bükülüb və çətinliklə hərəkət edir, lakin zəkası çox itidir..."

 

"Böyük kommunist dövlətləri arasında nifaq salınması Amerikanın "soyuq müharibə" taxtında ən səmərəli gedişi olub..."

 

"Dünya üçün ən böyük təhlükə Amerika və Çindir, çünki bizim bəşəriyyəti məhv etmək potensialımız var..."

"Ukraynanın NATO-da olması Rusiya üçün daha təhlükəsizdir..."

Mayın 27-də "müasir diplomatiyanın atası", ABŞ-ın sabiq dövlət katibi, Nobel mükafatı laureatı Henri Kissincerin 100 yaşı tamam olub.

Yaşına rəğmən, həmişə KİV-lərin gücünə inanan siyasətçi fəal şəkildə müsahibələr verir, dünyada baş verən hadisələri şərh edir, Ukraynada müharibənin özünün nizamlanma planını təklif edir, kitablar yazır və şirkətlərə rəhbərlik edir.

Moderator.az xəbər verir ki, bu barədə "The Bell" nəşrində dərc edilən məqalədə deyilir. Məqalənin tərcüməsini təqdim edirik.

Kissincer nə ilə tanınır?

ABŞ-ın gələcək dövlət karibi 27 may 1923-cü ildə Bavariyada yəhudi ailəsində anadan olub. 1938-ci ildə ailəsi nasistlərin yəhudiləri təqib etməsi səbəbindən Almaniyadan ABŞ-a köçüb.

İkinci dünya savaşında o zaman Amerika vətəndaşlığını qəbul etmiş Kissincer yarım il Avropada döyüşməyə macal tapıb, sonradan 1947-ci ilədək Almaniyada işğalçı qoşunların tərkibində qalıb.

Müharibədən sonra, 1954-cü ildə o, Harvardda Napoleonun müharibələrindən sonra yəhudi diplomatiyası haqqında işinə görə doktorluq dərəcəsi alıb. 1971-ci ilədək Kissincer Harvardda dərs deyib, dövrü olaraq Ağ evin ştatdankənar məsləhətçisi olub və müxtəlif "think tanks"-də, o cümlədən Rokfeller qardaşlarının fondunda müxtəlif vəzifələrdə çalışıb.

Buradan da Kissincerin ciddi siyasi karyerası başlayıb. 1960, 1964 və 1968-ci illərdə o, prezidentliyə namizədliyini irəli sürən Nyu-York ştatının qubernatoru Nelson Rokfellerin xarici siyasət üzrə məsləhətçisi olub.
Nelson Rokfeller bir dəfə də nominasiya almayıb, karyerasının pik nöqtəsi Cerald Fordun dövründə vitse-prezidentlyi olub. 

Lakin 1968-ci il kampaniyasından sonra Rokfellerin rəqibi Riçard Nikson Kissinceri öz administrasiyasında həlledici vəzifəyə-prezidentin milli təhlükəsizlik üzrə müşaviri təyin edib və o, bu vəzifədə 1975-ci ilədək, eyni zamanda 1973-cü ildən həm də Amerika diplomatiyasının rəsmi rəhbəri olan dövlət katibi vəzifəsində olub.

Kissincerin adı az qala "Realpolitik"in sinoniminə çevrilib. 1970-ci illərdə ABŞ-ın xarici siyasətində həlledici dönüşlər, ilk nöbvədə Niksonun 1972-ci ildə Pekinə səfərindən sonra Çinlə yaxınlaşma və SSRİ ilə münasibətlərdə gərginliyin zəiflədilməsi və onun pik nöqtəsi olan 1975-ci ilin Helsinki razılaşması Kissincerin adı ilə bağlıdır.

Kissincer dönəmində Vyetnamda müharibə başa çatıb. 1973-cü ildə kommunist Vyetnamın rəhbərlərindın biri olan Le Dık Txo ilə müharibədə atəşkəs haqqında sazişin bağlanmasına görə Kissincer Nobel mükafatına layiq görülüb və bu, indiyədək tarixdə ən mübahisəli qərar hesab edilir.

1974-cü oldə "Uotergeyt qalmaqalı" ilə bağlı Nikson istefa verməyə məcbur olandan sonra Kissincer Ağ evdə nüfuzunu, 1975-ci ildə isə həm də milli təhlükəsizlik üzrə müşavir postunu itirib, hərçənd, 1977-ci ilədək, Ağ evə demokrat Cimmi Karter gələnədək dövlət katibi vəzifəsində qalıb.

Hazırda Kissincer beynəlxalq "Kissinger Associated" konsaltinq şirkətinə rəhbərlik edir, J. P. Morgan Chase beynəlxalq şuranın tərkibinə daxildir, Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvüdür və daha bir neçə təşkilat və şirkətlərdə yüksək vəzifələr tutur.

Bundan başqa, deyilənə görə, sabiq dövlət katibi incə xarici siyasət missiyalarına cəlb edilir, o, müdafiə siyasəti üzrə şuranın üzvüdür. Bundan başqa, Kissincer ABŞ-ın xarici siyasətinə dair iyirmiyə yaxın kitabın və çoxsaylı məqalələrin müəllifidir.

"Güman edilir ki, sabiq dövlət katibləri bir kitab yazmalı və ya heç olmasa redaktə etməlidir, sonra hansısa biznes və ya hüquq firmasında dəbdəbəli kölgəliyə çəkilməkidir.

Lakin Henri belə deyil, - bunu "The New York Times" nəşri 1983-cü ildə siyasətçinin 60 illik yubileyi münasibətilə yazıb. - Kissincer həddən artıq odlu-alovludur və hətta 60 yaşında belə onun öhdəsindən gəlmək mümkün deyil".

Yüz illik yubileyindən bir neçə həftə öncə Kissincerdən müsahibə alan "The Economist" nəşrinin jurnalisti yazır: "Onun beli bükülüb və çətinliklə hərəkət edir, lakin onun zəkası çox itidir". Diplomat növbəti iki kitabı barədə düşündüyünü deyib, biri süni intellektə, digəri ittifaqların təbiətinə həsr ediləcək.

Onu  haqqında nə danışılır?

Kissincer diplomatiyasının ən görkəmli nailiyyəti "KİV-lərin xarici siyasət məqsədlərinə xidmət etdiyi danışıqların aparılmasının yeni metodu" olub", - "The New  York Times" 1977-ci ildə yazıb.

Yubiley ərəfəsində bir çox KİV-lər siyasətçi haqqında məqalələr və köşələr yazıb. Bəziləri onu "müasir diplomatiyanın atası" adlandıraraq xidmətlərindən danışır, digərləri siyasətçini "hərbi cinayətkar" adlandırır və Anqolada müharibənin qızışdırılmasında ittiham edir.

"Financial Times" Kissincer diplomatiyasının başlıca nailiyyəti kimi Çin-sovet münasibətləində nifaq salınmasını hesab edir, lakin bu gün bu səylərin tamamilə puç olduğunu qeyd edir.

"Avrasiyanın böyük kommunist dövlətləri arasında nifaqdan istifadə edilməsi, mümkündür ki, Amerikanın "soyuq müharibə" taxtında ən səmərəli gedişi olub. 

Lakin bu həftə Rusiyanın baş naziri Mixail Mişustinin Çinə səfəri bir daha Moskva ilə Pekinin getdikcə bir-birinə daha da yaxınlaşdığını bizə xatırladıb", - nəşr yazıb.

Nikson-Kissincer siyasətinin iflası kimi "Financial Times" Kambocanın bombardman edilməsi, Pakistan hakimiyyətinə müstəqillik uğrunda müharibənin yatırılmasında dəstək verilməsi, Çilidə çevriliş və Vyetnamda sülh danışıqlarının sabotaj edilməsini göstərib.

Yanvar ayında "Reuters" yazıb ki, 1973-cü ildə Kissincerə verilən Nobel mükafatı bütün dönəmlərin ən mübahisəli qərarı hesab edilir. Agentlik qeyd edir ki, bu yaxınlarda dərc edilən sənədlər açıq şəkildə göstərib ki, Nobel komitəsi Vyetnamda müharibənin yaxın zamanlarda bitməyəcəyini anlayıb.

"The Nation" jurnalı da "hərbi cinayətlərə" diqqəti cəlb edir, Kissincerin yubileyinə həsr edilən məqalə belə adlanır: "Hərbi cinayətkar 100 yaşında da azadlıqdadır". 

"Henri Kissincer Holdeman, Erlixman, Mitçell, Din və Niksonla bərabər çökməli idi. Onun əl izləri Uotergeytdə hər yerdə var. Amma o, mətbuatın oyunu sayəsində qurtula bilib", - nəşr hesab edir.

1983-cü ildə "The New York Times" yazıb ki, Kissincerin bütün neqativ irsinə rəğmən, onun nailiyyətləri çoxdur. Lakin siyasətçiyə Ağ evdə qibtə edənlər həddən artıq çox olduğundan onu 100 illik yubileyində də xatırlamayacaqlar. "Kimsə yazıb ki, o, yeganə dövlət katibidir ki, onun zamanında iki prezident fəaliyyətdə olub", - nəşr yazıb.

Kissincer Ukraynada müharibə haqqında

ABŞ-ın sabiq dövlət katibi Ukraynada müharibəni tez-tez şərh edir. Bir il əvvəl o, Rusiya ilə sülh danışıqları üçün Ukraynaya təzyiq etməyə, habelə Rusiya qoşunlarını "sarsıdıcı məğlubiyyətə uğratmağı" dayandırmağa çağırış edib.

Zelenski belə yanaşmanı tənqid edib, Kissincer isə "Rusiya hakimiyyətinin cinayətlərinin ortağı" kimi "Sülhməramlı" bazasına daxil edilib.

Sonradan "The Times" nəşrində məqaləsində diplomat yazıb ki, NATO-nun Ukraynada vəziyyət ətrafında birləşməsini dəstəkləyir.

Ötən il Kissincer "Daha bir dünya savaşından necə yan keçməli" adlı məqalə yazıb və Ukraynada sülhə nail olmaq üzrə öz planını təqdim edib.

Siyasətçinin fikrincə, döyüş əməliyyatlarının dayandırılması üçün hər iki tərəfdən güzəştlər lazımdır. Ən başlıca məsələ sərhədlər məsələsidir və o, bunun referendumlara çıxarılmasını təklif edir. Krıma gəldikdə, diplomatın fikrincə, bu məsələ dondurulmalıdır.

"The Economist" nəşrinə müsahibə

İki gün ərzində səkkiz saatlıq müsahibəsində nəşrin jurnalisti Kissincerlə əsasən üçüncü dünya savaşının riskləri haqqında danışıb. Diplomatın sözlərinə görə, "biz böyük dövlətlərin qarşıdurmasına gedən yoldayıq", bunlar ABŞ və Çindir.

"Məni ən çox narahat edən odur ki, hər iki tərəf özünü digər tərəfin strateji təhlükə olduğuna inandırıb", - Kissincer deyib.

O, hesab edir ki, indi "birinci dünya savaşında olduğu kimi, klassik vəziyyət yaranıb, tərəflərin heç birində siyasi güzəştlərin böyük ehtiyatı yoxdur və tarazlığın istənilən pozulması fəlakətli nəticələrə gətirib çıxara bilər".

"Dünya üçün iki ən böyük təhlükə Amerika və Çindir. O mənada ki, bizim bəşəriyyəti məhv etmək potensialımız var", - Kissincer deyib.

Ukraynada müharibədən danışarkən, siyasətçi Zelenskini tərifləyərək onu "ekstraordinar lider" adlandırıb. Kissincerin sözlərinə görə, Ukrayna müharibədən sonra mütləq Avropanın müdafiəsi altında qalmalıdır, heç bir halda onun tənha dövlətə çevrilməsinə yol vermək olmaz.

"Mən Putinlə danışsaydım, ona deyərdim ki, Ukraynanın NATO-da olması onun üçün daha təhlükəsizdir", - o, deyib.  Kissincer bunu belə izah edib: onun fikrincə, müharibə elə sona yetəcək ki, tərəflərdən heç biri tam məmnun olmayacaq, bu zaman Ukraynanın silahı və güclü hərbi təcrübəsi olacaq.

Ona görə də "Avropanın təhlükəsizliyi üçün Ukraynanın NATO-da olması daha yaxşıdır, çünki orada özbaşına qərarlar verə bilməyəcək" və yeni müharibə törətməyəcək.

Henri Kissincer Rusiya ilə Çinin möhkəm münasibətlərinə inanmır. "Mən heç vaxt Çin haqqında yaxşı nəsə deyən Rusiya liderinə rast gəlməmişəm. Və mən heç vaxt Rusiya haqqında yaxşı nəsə deyən Çin liderinə də rast gəlməmişəm", - o, izah edib.

Link kopyalandı!
Son xəbərlər