Alimlər otaq bitkiləri ilə onkologiya arasında əlaqəni aşkar edib... - MARAQLI
5587
27 May 2023 | 21:02

Alimlər otaq bitkiləri ilə onkologiya arasında əlaqəni aşkar edib... - MARAQLI

"Otaq bitkiləri nəinki gözəldir, onlar həm də bizi xərşəng törədən hava çirkləndiricilərindən qoruya bilir..."
 
"Bitkilər iş yerlərində sağlamlaşdırıcı rol oynayır, əhval-ruhiyyəni yaxşılaşdırır, məhsuldarlığı yüksəldir..."
 
Tədqiqat ilk dəfə olaraq göstərib ki, bitkilər benzin buxarını səmərəli şəkildə aradan qaldırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.
 
Sidney Texnoloji Universiteti yaşıllaşdırma ilə məşğul olan "Ambius" şirkəti ilə birgə bu yaxınlarda apardığı tədqiqata görə, otaq bitkiləri nəinki gözəldir, həm də onlar bizi xərçəng törədən hava çirkləndiricilərindən qoruya bilir.
 
Tədqiqatçılar müəyyən edib ki, bitkilər havada olan zərərli kimyəvi maddələri udmaq qabiliyyətinə malikdir, bu da otaqda havanın keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir.
 
Tədqiqatçılar diqqəti "Ambius"un balaca yaşıl divarına yönəldib, bu otaq bitkiləri kolleksiyası cəmi səkkiz saat ərzində ətraf havadan ən toksiki birləşmələrin 97 faizinin kənar edilməsi üçün çox effektli olub.
 
Maraqlıdır ki, bu tədqiqat ilk dəfə olaraq göstərib ki, bitkilər bütün dünya boyunca binalarda toksiki birləşmələrin əsas mənbəyi olan benzin buxarlarını effektiv şəkildə aradan qaldıra bilir.
 
Tədqiqat müəllifi, dosent Freyzer Torpi alınan nəticələrə təəccüb edib və vurğulayıb ki, bitkilər çirkləndirici maddələri tez bir zamanda və səmərəli şəkildə aradan qaldıra bilir.
 
Onlar müəyyən edib ki, bitkilər spirtlər kimi daha az zərərli maddələrə nisbətən bəlli kanserogen maddə olan benzolu daha tez həzm edir.
 
Bundan başqa, tədqiqatçılar müəyyən edib ki, bitkilər havada toksinlərin miqdarına uyğunlaşır, onların miqdarı artdıqca daha effektli olur.
 
Tədqiqatın nəticələri çoxsaylı ofis binalarında bitkilər barədə müsbət rəyləri təsdiq edib. "Ambius" şirkətinin baş direktoru Yoxan Hocson bitkilərin iş yerlərində həlledici sağlamlaşdırıcı rolunu vurğulayır, çünki onlar sağlamlığa müsbət təsir edir, əhval-ruhiyyəni yaxşılaşdırır və məhsuldarlığı yüksəldir.
 
O, iddia edir ki, otaqda zərərli hava çirkləndiriciləri ilə səmərəli mübarizə aparmaq üçün bitkilər hər bir iş yerinin vacib komponenti olmalıdır. Qiyməti, davamlılığı və səmərəliliyi nöqteyi-nəzərindən bitkilərdən istifadə edilməsi ən yaxşı yanaşmadır.
Link kopyalandı!
Son xəbərlər