Lavrov gözünün içinədək yalan danışır...
Ekskluziv
7151
21 May 2023 | 11:32

Lavrov gözünün içinədək yalan danışır...

"Biz kimlərəsə qarşı düşmənçilik etmirik, bizə qarşı elan edilməyən müharibəyə cavab verməyə məcburuq..."

 

 

"Ukraynanın işğal edilməsi bizim planlarımıza daxil deyil..."

 

 

Moskva öz təşəbbüsü ilə düşmənçilik etmir, indiki şəraitdə elan edilməyən müharibəyə cavab verməyə məcburdur. 

 

 

Moderator.az xəbər verir ki, bu paradoksal ifadəni Rusiya xarici və müdafiə siyasəti üzrə Şuranın XXXI assambleyasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov əminliklə ifadə edib. Məlumatı "RİA Novosti" agentliyi yayıb.

 

 

"Bizim müttəfiqlərimiz az deyil, bizimlə həmrəy olanlar da az deyil, - Lavrov deyib. - Burada çox yaxşı anlamaq lazımdır ki, biz kiməsə qarşı düşmənçilik etmirik".

 

 

Bundan sonra Lavrov tam ciddi olaraq Rusiya qoşunlarının Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsi, onun ərazisinin bir hissəsinin ilhaqı və Ukraynanın dinc şəhər və kəndlərinin hər gün atəşə tutulmasının məsuliyyətini hansısa kollektiv düşmənin üzərinə qoyub.

 

 

"Biz bizə qarşı elan edilməyən müharibəyə qətiyyətlə, prinsipiallıqla və ardıcıllıqla cavab vermək məcburiyyətindəyik", - nazir vurğulayıb.

 

 

"Bu düşmənçilik barrikadaların digər tərəfindən gəlir. Bu barrikadalar öz ağlı və öz xalqının maraqları naminə yaşayanlarla başqasının hesabına yaşayanlar arasından keçir", - nazir iddia edib.

 

 

 

Məlum olduğu kimi, 24 fevral 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin müraciətlə çıxış edərək Donbasda üzdəniraq "xüsusi hərbi əməliyat"ın başlanmasını elan edib. 

 

 

Rusiya lideri qeyd edib ki, "Rusiya Ukrayna ərazisindən qaynaqlanan daimi təhlükə ilə mövcud ola bilməz".

 

 

"Rusiya hakimiyyəti üçün öz insanlarını qorumaq məqsədilə bu gün istifadə etdiyimiz imkandan başqa heç bir imkan saxlanılmayıb. Ukraynanın işğal edilməsi bizim planlarımıza daxil deyil", - Putin o zaman bəyan edib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər