"Hazırda Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın qanadlı raketləri və dronlarının təxminən 75 faizini məhv edir, qalanları öz hədəflərinə çatır..."
"F-16" qırıcı təyyarələri Ukraynaya yarım ildən tez verilməyəcək, diqqəti HHM, raketlər və zirehli texnika tədarükünə yönəltmək lazımdır..."
Amerikanın "F-16" döyüş təyyarələri ukraynalılara havada üstünlüyü əldə etməyə kömək edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Hava Qüvvələrinin Komandanı Nikolay Oleşşuk özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "lenta.ru" nəşri yayıb.
O, qeyd edir ki, ilk növbədə Ukraynanın qarşısında hava hücumundan müdafiə problemi dayanır. Bunu qismən Amerikanın qırıcı təyyarələri ilə təmin etmək olar.
Onun sözlərinə görə, hazırda Ukrayna HHM sistemi Rusiyanın qanadlı raketləri və dronlarının təxminən 75 faizini məhv edir, yerdə qalanlar öz hədəflərinə çatır.
Oleşşuk qeyd edir ki, Rusiya bütün parametrlərə görə Ukraynadan hava müharibəsinə aid olanlarda, o cümlədən təyyarələr, helikopterlər və idarəolunan aviasiya bombalarında üstündür.
Rusiya təyyarələri ön cəbhə xəttinə və cəbhəyanı şəhərlərə Ukrayna HHM-in təsir zonasına düşmədən 180 km məsafədən zərbələr endirir.
"F-16" təyyarələri "düşmən aviasiyasını sərhədlərdən və döyüş toqquşması xəttindən uzaqlaşdırmağa, bununla da aviasiya bombaları və hava mənzilli digər silahların tətbiqini minimuma endirməyə imkan verə bilər", - komandan yazıb.
"F-16" həmçinin ukraynalılara hücum edən Rusiya qoşunlarına əkshəmlələr etməyə və Rusiyanın Qara dəniz donanması üçün ciddi təhlükə yaratmağa, "bütün düşmən gəmilərini ya limanlara, ya da dənizin dibinə göndərməyə" kömək edər.
Bununla birlikdə, yaxın gələcəkdə belə təyyarələr Ukrayna HHQ-nin silahlanmasına, çətin ki, daxil olsun.
Aprelin 4-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib ki, "ukraynalıların "F-16" təyyarələrinin idarə edilməsinə hazırlığını NATO üzvü olan ölkələrin siyasi rəhbərliyi ilə müzakirə ediləcək".
ABŞ müdafiə naziri Lloyd Ostin martın sonunda bəyan edib ki, əgər ukraynalılara "F-16" veriləcəksə, bu, ən tezi yarım ildən sonra olacaq, hələlik isə diqqəti HHM, raketlər və zirehli texnika tədarükünə yönəltmək lazımdır.