Əldə etdiyimiz məlumata görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) rəhbəri Saleh Məmmədov Murovdağ tunelində və Kəlbəcər-Laçın istiqamətində genişmiqyaslı yol tikintisinin geidişi ilə yerindəcə tanış olmaq üçün Kəlbəcərə səfər edib.
Bunu hal-hazırda Kəlbəcərdə olan Moderator.az-ın oxucularından biri bildirib. Onun bildirdiyinə görə, o Saleh Məmmədovu müşayət edənlər arasında olub və AAYDA rəhbəri yolüstü Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb, onların problemlərini dinləyib. Göygöl rayonunda çox ləngiməyən S. Məmmədov Kəlbəcər istiqamətində yola düşüb.
Amma bəzi media orqanları onun Göygöldəki görüşü barədə təhrifedici məlumatlar tirajlayıblar. Guya S. Məmmədovla görüşə sadə vətəndaşlar deyil, ancaq öz əməkdaşları buraxılıb və görüşə gələnlərin bəzisinə də hətta pul təklif edilib. Mənbəmiz bu cür fikirlərin qərəzli və həqiqətə uyğun olmayan məlumat olduğunu bildirib.