"Hazırda Ermənistan polisi Ermənistandan Qarabağa keçmək istəyənlərə icazə vermir. Polislər xəbərdarlıq edir ki, bu, mümkün deyil".
Moderator.az xəbər verir ki, bu məlumat dünən - aprelin 6-da axşam saatlarında sosial şəbəkələrin erməni seqmentində paylaşılmış video-görüntülərin şərhində yazılıb.
Məlumatdan və videodan aydın olur ki, Ermənistan hökuməti özü haykların Azərbaycan ərazisinə keçməsinin qarşısını alır. Amma erməni saytları aprelin 4-də axşam Rusiya "sülhməramlı"larının Laçın yoluyla Gorusdan apardığı 27 erməninin guya Xankəndinə buraxılmadığını iddia edib.Halbuki, TƏBİB-in yaydığı rəsmi məlumata görə, azərbaycanlı həkimlər Şuşa-Xankəndi yolunda - eko-fəalların aksiya keçirdiyi yerdə halı pisləşən 4 erməni qadına ilkin tibbi yardım edərək onları Xankəndindəki xəstəxanaya çatdırıblar...
Sultan Laçın