"O, həmişə hadisələrin mərkəzində olub və bir çox şeyləri öncədən görə bilib..."
"Jirinovskinin 18 min saatdan ibarət müsahibələri və çıxışları rəqəmsallaşdırılacaq və adını daşıyan neyroşəbəkə yaradılacaq..."
Bir il öncə özünün xarizmatik liderini itirən Rusiya Liberal-Demokratik Partiyası (RLDP) vəziyyəydən çıxış yolu tapıb. Partiya dünyada baş verənlər haqqında, "Vladimir Volfoviçin proqnozlaşdırdıqları barədə informasiyaya çıxış" əldə edəcək "Jirinovski" neyroşəbəkəsini yaradır.
Moderator.az xəbər verir ki, bu barədə RLDP-nin indiki sədri Leonid Slutski danışıb.
"Biz əminik ki, "Jirinovski" alqoritmi tərəfindən formalaşan dəyərləndirmələr və proqnozlar Rusiyanın gələcək uğurlu inkişafına xidmət edəcək", - o, bəyan edib.
Slutskinin sözlərinə görə, Jirinovski irsinin öyrənilməsi üçün Dünya Sivilizasiyaları Universiteti nəzdində Tədqiqat İnstitutu açılacaq, onun bütün elmi işləri, çıxışları, məktubları, şərhləri rəqəmsallaşdırılacaq və bunun əsasında da neyroşəbəkə işləyəcək.
Öz növbəsində RLDP mətbuat xidmətinin rəhbəri Aleksandr Dyupin məlumat verib ki, vurtual Jirinovski yarım il ərzində işə salınacaq, siyasətçinin 18 min saatdan ibarət müsahibələri və ictimaiyyət qarşısında bütün çıxışları rəqəmsallaşdırılacaq.
"Bu, ayrıca sayt olacaq və neyroşəbəkə ona yüklənəcək. Hər bir adam öz arzusu ilə oraya daxil olacaq və mətn və ya səs sorğusu formasında onunla ünsiyyətdə ola biləcək. Bu, bir növ Jirinovskinin kabusu ilə ünsiyyət olacaq", - Dyupin qeyd edib.
Xatırladaq ki, Vladimir Jirinovski bir il əvvəl, aprelin 6-da uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
"O, dünyanın necə qurulduğunu dərindən anlayan və bir çox şeyləri öncədən görən insan olub. O, həmişə hadisələrin mərkəzində olub. Onun şəxsiyyəti o qədər miqyaslıdır ki, onsuz müasir Rusiyanın siyasi sisteminin inkişafını təsəvvür etmək çətindir. Bizim hamımız üçün bu, əvəzedilməz itkidir", - siyasətçinin ölümünü Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin belə səciyyələndirib.
Jirinovski 8 dəfə Rusiyanın koronavirusa qarşı "Spitnik V" peyvəndi almasına rəğmən, fevralın 2-dən koronavirusla bağlı xəstəxanaya yerləşdirilib. Sonradan siyasətçi xəstəliyin fəsadları ilə mübarizə aparıb.
Bu gün Moskvada siyasətçinin Novodeviçye qədiristanlığındakı məzarı üzərində Jirinovskinin heykəli ucaldılıb.