“Məzunlarımızın işlə təmin olunma ilə bağlı problemləri yoxdur – Peşə liseyinin direktoru
8223
11 Mar 2023 | 22:06

“Məzunlarımızın işlə təmin olunma ilə bağlı problemləri yoxdur – Peşə liseyinin direktoru

 

 

Son illər Azərbaycan təhsilinin ən inkişaf etmiş sahələrindən biri, bəlkə də birincisi peşə təhsilidir. Peşə Təhsili Üzrə Dövlət Agentliyinin formalaşdırılması, orta məktəblərdə peşə təmayüllü  siniflərinin açılması, ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən nıhıng layihələr peşə təhsilinə marağı xeyli artırmış oldu. Müasir standartlı peşə tədris mərkəzlərinin açılması, burada dövrün tələbəi olan peşə sahələrinin tədris (əsasən də, İT istiqamətli) peşə təhsilinin zərurilik dərəcəsini artırmış oldu.

 

Lənkəran  Peşə Liseyinin direktoru Afər Kərimov Moderator.az-a açıqlamasında peşətəhsili üzrə görülən işlərdən danışdı:

 

“Bir neçə il əvvəllə indini müqayisə edəndə görürük ki, peşə təhsilinə kifayət qədər maraq artıb.  Şagirdlərin cəlbi  üçün bir çox işlər görülüb. Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən məlumatlandırma ilə bağlı vahid strategiya var. İlk növbədə, bu strategiya əsasında, vətəndaşların maarifləndirilməsi istiqamətində kifayət qədər  işlər aparılır. Peşə təhsil müəssisələrində ildə  bir neçə dəfə Açıq qapı günləri keçirilir. Qəbulun müddətinə az qalmış tanıtımla bağlı  layihələr intensivləşir. Bundan əlavə, müxtəlif peşələrin bazardakı ehtiyacları ilə bağlı  işəgötürənlərlə bir yerdə tədbirlər keçirilir, müxtəlif seminarlar konfranslar təşkil olunur. Bütün bunların peşə təhsilinin inkişafına təsiri var.

Lənkəram-Astara iqtisadi regionu daha çox, kənd təsərrüfatı, turizm sahəsində ixtisaslaşıb.  Lənkəran  Peşə Liseyinə də əsasən, kənd təsərrüfatı və turizm, daha sonra sənayə və İT texnologiuyaları üzrə müraciət edilir”.

 

A.Kərimov  açıqlamasında peşə təhsili məzunlarının işlə təminatı məsələsinə də toxundu:

 

“Bizim əsas vəzifələrimizdən biri məzunlarımızı əmək bazarına qazandırmaqdır. Əmək bazarının özünün tələbələri var.  Bu gün gördüyüm mənzərəyə əsasən deyə bilərəm ki, əmək bazarında təhsil pillələri arasında pərdə aradan götürülüb. Yəni, ali təhsillə peşə təhsilinin elə bir fərqi yoxdur. Bazarın bilik, bacarıq, təcrübə  baxımdan tələbləri eynidir. Biz işə götürənlərlə sıx işləyirik. Liseyimizdə DUAL proqramı tətbiq edilir. Tələbələrimizin 80-90%-i tədrisin bir hissəsini işəgötürən müəssisələrdə keçirirlər. Bu da onlara özlərini işəgötürənlərə tanıtmaq imkanı yaradır. Bu sahədə peşə təhsil müəssisələri kifayət qədər iş görür. Bizdə işə götürmə ilə bağlı problem yoxdur. Artıq məsələ təhsilalandan asılıdır.

Peşə təhsili ilə bağlı ölkə başçısının strateji yol xəritəsində uzunmüddətli hədəflər var. Lənkəran Dövlət Peşə Liseyi olaraq əsas hədəfimiz təhsillə biznes arasında əlaqələndirici rolunu oynamaq istəyirik. Biz başa düşürük ki, kapital iqtisadi inkişaf təhsillə biznesin kəsişdiyi yerdə gedir. Bu iki tərəf arasında nə dərəcədə yaxınlıq olarsa, bir o qədər də yaxşı nəticələr əldə edə bilərik. Daha sonra, bizdə innovativ işlərə daha çox meyillilik var. İnnovasiyalarla daha çox məşğuluq”.

 

Rəna Nəbi 

Link kopyalandı!
Son xəbərlər