Təhsilimizdəki ən ciddi 5 problem hansıdır?-Sərdar Cəlaloğludan cavab
9737
10 Mar 2023 | 16:54

Təhsilimizdəki ən ciddi 5 problem hansıdır?-Sərdar Cəlaloğludan cavab

 

 

Moderator.az bugündən etibarən “Təhsildə 5 problem” adlı rubrikaya start verir. Rubrikada adından da göründüyü kimi, müsahib kimi seçilən tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, publik şəxslər öz qənaətlərinə əsasən təhsilimizdəki ən ciddi hesab etdikləri 5 problemi və onlardan çıxış yolunu səsləndirəcəklər.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu təhsildəki “TOP-5” problem bu cür sadalayıb:

 

“Bizim təhsil sisteminin ən böyük problemi konkret yol xəritəsinə malik olmamasıdır.  Gündə bir dəfə yeniliklər edilir, proqram dəyişilir. Bu da təhsilalmada müxtəlif nəsillər arasında ciddi fərqliliklər  yaradır.

 

İkincisi, Elm və Təhsil Nazirliyində  rəhbər şəxslər pedoqogikanı bilən, pedoqoji təcrübəsi, bu sahədə elmi nailiyyətləri olanlar olmalıdırlar.

 

Üçüncü vacib məqam Azərbaycan təhsil sistemində qeyri-adi səviyyədə, konstitusiyaya zidd olaraq, geniş şəkildə rus dilində tədrisin təşkil edilməsidir.  Bu üç məsələni təhsilin bir nömrəli problemi hesab edirəm.

 

Digər proeblemli məqam dərsliklərin  yanlış çapı, oradakı biliklərin verilmə qaydasıdır.

 

Beşinci məsələ isə ümumiyyətlə müəllimlərin kadr hazırlığı, onların sosial həyat səviyyələrinin aşağı olmasıdır. Bu onlara həm də  mənəvi  baxımdan mənfi təsir göstəririr. Müəllim hazırlığında ciddi problemlər var. Ən aşağı təhsil, demək olar ki, pedoqoji institutlarda  verilir”.

 

Sərdar Cəlaloğlu 5 problemdən əlavə, onu qayğılandıran daha bir neqaitvliyə, valideynlərin tədris prosesinə yersiz müdaxilələrinə də toxunub:

 

“Digər bir məsələ ailə və məktəbin əlaqələrinin düzgün qurulmamasıdır. Əslinə baxsaq, uşaqların təhsil və tərbiyəsi üzərində ailəylə məktəb əməkdaşlıq etməlidir. Amma, aldığım məlumata görə, ailələr bir çox halda məktəbdə uşaqların təhsil almasına, tərbiyə olunmasına müqavimıt göstəririlər. Məsələn, məktəbdə uşaqlara daha yaxşı oxumağa, tərbiyəetməyə təzyiq edirlər. Bu zaman valideynlər prosesə müqavimət göstərib, övladlarının tərəfindən çıxış edilər. Ailələrdə uşağın tərbiyəsinin vacibliyinə önəm vermirlər”.

Rəna Nəbi 

Link kopyalandı!
Son xəbərlər