“Müəllimin sertifikasiyaya hazırlaşması doğru ifadə deyil”
Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
E.Qafarov bu il keçiriləcək sertifikasiya imtahanında da aşağı nəticələrin ola biləcəyini qeyd etdi:
“2023-ci ilin avqustunda ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanı keçirildi. Bu imtahan ölkənin bir hissəsində, daha çox, Bakı Sumqayıt, Abşeron, Gəncə kimi mərkəz bölgələrdə keçirildi. İmtahanda, ümumilikdə, 13 mindən çox müəllim iştirak edib. Onlardan 24%-i minumum nəticəni, lazım olan keçid balını toplaya bilmədi. Bu il sertifikasiyada ölkənin digər yerləri, xüsusilə də, ucqar rayonlar iştirak edəcəyinə görə, bu rəqəm arta bilər.
Ötən il kəsilən müəllimlər də bu il yenidən imtahan verəcəklər. Bu dəfə də keçə bilməsələr, Əmək Məcəlləsi 70-ci maddəni C bəndinə, əsasən, tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı onlarla bağlananan əmək müqaviləsinə xitam veriləcək. Bu zaman Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmamalıdır. Belə ki, hamilə qadənların, 3 yaşına qədər körpəsi olan, 6 yaşına qədər övladını tək başına böyüdən, uşaqlarından biri 18 yaşına qədər əmək funksiyasını itirmiş şəxslər, yaxud da, ailə üzvlərindən biri əmək fumksiyasənı 81-100%-ə qədər itirən şəxlərin əmək müqabviləsinə xitam verilməsi yol verilməzdir. Bu kateqoriyalardan şəxslər imtahandan yenidən keçməsələr də onlarla bağlanmış əmək müqaviləsinı xitam vermək olmaz”.
Düşünürəm ki, müəllimlər artıq qaydalara bələddirlər. Ona görə də, ötən illə müqayisədə kəskin say fərqi gözləmirəm. Sertifikasiya müəllimin hazırki peşəkarlıq vəiyyətini yoxlayır. Bu baxımdan müəllimin sertifikasiyaya hazırlaşması doğru ifadə deyil”.
Rəna Nəbi