Ermənistanın baş keşişi Azərbaycanla sərhədə gəldi və...-FOTOLAR
Ekskluziv
4143
01 Jan 2023 | 10:48

Ermənistanın baş keşişi Azərbaycanla sərhədə gəldi və...-FOTOLAR

Dekabrın 31-də bütün ermənilərin "ali" patriarxı və katolikosu II Qaregin "ali" ruhanilərin müşayiəti ilə Ermənistan Respublikasının Azərbaycanla sərhədindədislokasiya olunmuş döyüş mövqelərinə baş çəkib.
Moderator.az xəbər verir ki, erməni kilsəsinin mətbuat xidmətindən "Armenpress"-ə çatdırılan məlumata görə, II Qaregini Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan qarşılayıb.
 
Ermənistanın baş keşişi hay hərbçilərlə söhbətində  "vətənin müdafiəsi"ndən, "işğal olunmuş torpaqların" azad edilməsindən  dəm vurub.
Yeni illə bağlı dünya ermənilərinə müraciətində də II Qaregin "Artsaxdakı haylara Laçın yolunun açılmasında və öz müqəddəratlarının təyin olunması uğrunda apardlqları mübarizədə dəstək verilməsinin vacibliyi" barədə çərənləyib.
 
Bir daha xatırladaq ki, Rusiya, Fransa və digər dövlətlərlə yanaşı, hayların Azərbaycan və Türkiyəyə qarşı təcavüz, işğal, təxribat, terror, soyqırım aləti kimi istifadə edilməsində aparıcı rol oynayan əsas ideoloji  və təşkilatlandırıcı qüvvələrdən  biri də məhz erməni kilsəsidir...
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər