Rusiya baş nazirinin sabiq müavini, eks-prezident Boris Yeltsinin yaxın silahdaşı Mixail Poltoranin Rusiya Federasiyasının dağılacağı ehtimalını ifadə edib.
Moderator.az xəbər verir ki, keçmiş Rusiya rəsmisi bu barədə “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordonla müsahibəsində bildirib.
Poltoranin hesab edir ki, Rusiyanın yalnız iki yolu ola bilər: yeni ərazilərin ələ keçirilməsi və ya dağılması...
"O, daha irəli gedə bilməz, çünki siz indi bizim ağzımızı əzirsiz. Ağzımızı əzirsiz, həm də söz verirsiz, hə? Onda bundan sonra hara getməlidir Rusiya? Və bu gün “Yaşasın!” qışqıran uşaqlar hamıdan qabaq aradan çıxacaqlar" - deyə Poltoranin bildirib.
Yeltsinin keçmiş silahdaşı Rusiyadan ayrılacaq ilk regionun ölkənin müdafiə naziri Sergey Şoyqunun kiçik vətəni olacağını da proqnozlaşdırıb.
"Mənim proqnozum var ki, Şoyqu ilə birlikdə ilk olaraq Tuva aradan çıxacaq. Çünki deyirlər ki, Şoyqunun hətta orada öz ordusu var. Monqolustanla biznesə başlayacaqlar", - siyasətçi bildirib.
Bundan sonra onun fikrincə, Çeçenistan, Dağıstan və Uzaq Şərq Rusiyadan ayrıla bilər.
"Və davam edəcək, dağılıb-tökülmə davam edəcək..." - Poltoranin vurğulayıb.
Kontekst:
Rusiya dünyanın ərazicə ən böyük ölkəsidir, ərazisi 17 milyon km²-dən çoxdur. Bununla belə, işğalçılıq müharibələri aparır və əlavə ərazilər tutmağa çalışır. Rusiya Federasiyasının əhalisi 140 milyon nəfərdən çoxdur.
Müxtəlif ölkələrin siyasətçiləri dəfələrlə Rusiyanın gec-tez dağılacağını iddia ediblər. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov 2020-ci ildə Rusiyanı “pulemyotlar altında” yaradılmış “süni birləşmə” adlandırıb və bu ölkənin öz sağlığında dağılacağını irəli sürüb.
“Sağ sektor”un keçmiş lideri, Ukrayna Könüllülər Ordusunun komandanı, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri Dmitri Yaroş Rusiyanı SSRİ ilə müqayisə edib və Rusiyanın dağılmasının yaxın gələcəkdə baş verəyəcəyi barədə fikir bildirib.
"Mənə elə gəlir ki, bu, bir nəslin işidir. Məsələn, 1989-cu ildə mən təsəvvür edə bilməzdim ki, 1991-ci ildə Sovet İttifaqı dağılacaq. Yəni, bütün bunlar hər an baş verə bilər", - o, 2021-ci ildə GORDON ilə müsahibə belə deyib.