"Biz Ukraynada baş verənləri təsəvvürə belə gətirmirik və davam edən zorakılığı pisləyirik"
Kişidə fərasətə bax...
Yəhudi əsilli odessalı ən ağıllı "rusiyalı" oliqarx adlandırılıb.
O, 37 milyard sərvət əldə edib və "Putinun dostu" kimi bircə dənə də sanksiyalar siyahısına düşməyib.
Moderatot.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqalədə deyilib.
Ən ağıllı "rusiyalı" oliqarx Leonard (Leonid) Blavatnikdir, məqalədə belə deyilir.
Jurnalistin fikrinə görə, Blavatnik 37 milyard sərvətini Rusiya köklərindən "məsafədə saxlamağı" bacarıb və sanksiyalar siyahılarına daxil edilməkdən yan keçə bilib.
Agentlik qeyd edir ki, Odessada doğulan Blavatnik həmişə onunla fərqlənib ki, heç vaxt açıq şəkildə Vladimir Putinlə və ya hansısa rusiyalı hakim dairələr ilə mümkün əlaqələri barədə xatırlatmayıb.
Bu zaman agentlik qeyd edir ki, Blavatnik üzdəniraq alüminium müharibələrində və Sibirin neft yataqlarında özünə kapital toplayıb.
"Bloomberg" həmçinin xatırlayır ki, sərvətin bir hissəsi Blavatnik tərəfindən Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına düşən rusiyalı maqnatların kooperasiyası zamanı toplanıb.
Hər şeydən göründüyü kimi, agentlik Blavatnikin tərəfdaşları dedikdə Mixail Fridmanı, Pyotr Aveni, German Xanı və digər rusiyallları nəzərdə tutur.
Məqalədə qeyd edilir ki, Blavatnik Britaniya və Amerikanın ali cəmiyyətinə "xəlvətcə" nüfuz etməyi bacarıb.
"Cənab Blavatnik və Acces İndustries hesab edir ki, Ukraynada baş verənlər tamamilə təsəvvürə gəlməzdir və davam edən zorakılığı pisləyir", - müəllif biznesmenin 9 may tarixli bəyanatından iqtibas gətirib.
Məqalədə deyilir ki, milyaderin fondu Ukrayna qaçqınlarına yardım göstərən xeyriyyə təşkilatlarına milyonlarla dollar vəsait köçürüb.