"Müharibənin aktiv fazası ən azı iki il çəkəcək, Rusiyanın resursları hələ çoxdur..."
"Rusiya iqtisadiyyatı çökəcək və orada Şimali İran yaranacaq"
"Putindən sonra Rusiyanın növbəti çarı Navalnı və ya Kadırov olacaq"
Rusiyanın Ukraynaya qarşı müharibəsinin aktiv fazası hələ iki il davam edəcək, daha sonra illərlə passiv faza müşahidə ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində tanınmış jurnalist Arkadi Babçenko danışıb.
"Mənə elə gəlir ki, aktiv faza iki il çəkəcək, 2014-cü ildən 2016-cı ilədək davam edən kimi. Daha sonra cəbhə xəttində passiv faza müşahidə olunacaq və bu, illərlə davam edəcək. Bundan sonra, düşünürəm ki, Rusiya tozsoranlar üçün indi qadağan edilmiş çiplər əldə edəcək və dördüncü dəfə ərazimizə soxulacaq. Bax o zaman bu, onun tamamilə məhvi demək olacaq", - jurnalist deyib.
O, əlavə edib ki, uzunmüddətli müharibəyə hazır olmalıyıq, çünki Rusiyanın resursları hələ kifayət qədərdir.
"Onların 10 tankdan bir tank yığa bilməsinə gülə bilərik, amma bunu etməyi ki, bacarırlar, onlarda tank nə qədər desən var. Müharibə artilleriya mərmiləri mərhələsinə keçib, bu zibildən də onlarda itinətökdür. Yəni onlar hələ ki, güllə ata bilir və atacaqlar", - o, vurğulayıb.
Daha sonra Babçenko Rusiya iqtisadiyyatından danışaraq deyib ki, sanksiyaların təzyiqindən bu iqtisadiyyat çökəcək və Rusiya Şimali İranın və ya Şimali Koreyanın gününə düşəcək.
"Mən bilmirəm bu, nə qədər tez baş verəcək, amma nəticə etibarilə Rusiya iqtisadiyyatı çökəcək və orada Şimali İran yaranacaq", - o, belə deyil.
O, xatırladıb ki, 1979-cu ilin İslam inqilabından sonra Şimali İran hələ sağdır, amma yoxsulluq içində yaşayır.
"40-50 il İran ayətüllahlar və geylərlə yaşayır, onları qaldırıcı kranlardan asırlar, özləri də yoxsulluq içindədir",- jurnalist deyib
O, əlavə edib ki, Şimali Koreya da oxşar vəziyyətdədir.
"Rusiya da müəyyən zamanda belə rejimdə kifayət qədər uzun müddətdə mövcud olacaq. Bu, şəxsən bizə sərfəlidir, çünki nə İranın, nə də Şimali Koreyanın kiminsə ərazisinə soxulmağa gücü yetərli olmayacaq".
Babçenko deyib ki, Putindən sonra Rusiyanın növbəti çarı Navalnı və ya Kadırov olacaq. Bax, o zaman "şənlənəcəyik".
Rusiyada istənilən, hətta müxalif siyasətçi xalqa böyüklük təlqin etməlidir.
"Navalnı sağ qalsa, böyük ehtimalla Rusiyanın növbəti çarı o, olacaq. Amma Krımın Ukraynaya qaytarılmasından heç bir söhbət getməyəcək. Navalnı əvvəlcə Rusiyada hansısa azad seçki olan demokratiya quracaq. Lakin Rusiyada azad seçkinin olması üçün sən xalqa böyüklük aşılamalısan. Onlarda "denasifikasiya" aparılmayıb, elə hey "böyüklükdən" dəm vururlar. Buna onlar məcburdur", - jurnalist deyib.
Daha pis halda Rusiyanın başında daha çox radikallar peyda olacaq.
"Əgər müxalif siyasətçi hakimiyyətə gəlməzsə, o zaman zibilin biri gələcək, haradasa Ramzan Kadırov, Eduard Limonov (müxalif siyasətçi) və Dmitri Smirnovun (Rus Pravoslav Kiksəsinin baş keşişi) qarışığı olacaq. Doğrudur, Limonovla Smirnov ölüblər, amma Maksim Martsinkeviçi (rusiyalı millətçi) oraya pərçimləmək olar", - Babçenko deyib.
O, vurğulayıb ki, Ramzan Kadırovun Rusiyada hakimiyyətə gəlməsini çox ehtimal olunan hesab edir.
"Mən tamamilə istisna etmirəm ki, Qırmızı Meydanda tozanaq düşəndə, Rusiyanın növbəti çarı Ramzan Kadırov olacaq. Bax, o zaman hamımız "şənlənəcəyik".
"Bu gün gördüklərimiz sonradan baş verəcəklərlə müqayisədə çiçəklərə bənzəyir", - jurnalist xəbərdarlıq edib.