Cavanşir Feyziyev: "Oljas Süleymenov ümumtürk mədəniyyətinin dəyəridir” - FOTO
Oxunub: 2730
24 Jun 2024 | 15:25
Cavanşir Feyziyev:
Çağdaş qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Oljas Süleymenovun “Tanrının təbbüsümü” kitabı Azərbaycanda işıq üzü görüb. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı, Dr. Cavanşir Feyziyevdir.  Türk dünyasının dəyərli alimi C.Feyziyev kitaba yazdığı ön sözdə Oljas Süleymenov yaradıcılığı fonunda Azərbaycan-qazax ədəbi-mədəni əlaqələrini geniş müstəvidə təhlil edir: 
 
“Tanrının təbəssümü” kitabına Ön söz...
 
 Oljas Süleymenov elmi, linqvistik, tarixi, fəlsəfi geniş əhatəli etnoloji, etnoqrafik, paleoqrafik, poetik, publisistik əsərləri ilə qazaxların və türk xalqlarının adını tarixin yaddaşına yazmağı bacaran zəngin dünyagörüş sahibi, həyata özünəməxsus baxışı olan mütəfəkkir şəxsiyyətdir. O, təkcə çağdaş qazax ədəbiyyatının deyil, ümumtürk mədəniyyətinin mənəvi dəyər vahididir.
 
Yaradıcılığına dürüst bir alim mövqeyi, milli-estetik kriteriyaların bənzərsiz formalarını tətbiq edən Oljas Süleymenov dünyanın bizə məlum olan, bəlkə də yeganə şairidir ki, təfəkkürü eyni zamanda, həm zəngin etnoqrafik potensiala, həm də müasir poetik "diplomatiya"ya malikdir - naturalizmlə analitizmin bu cür üzvü vəhdətini özündə ehtiva edən ikinci bir şairi təsəvvürə gətirmək xeyli çətindir. Oljas Süleymenov yaradıcılığı bu gündən həm keçmişə, həm də  gələcəyə körpü salan milli-təəssübkeş bədii düşüncə sistemidir. O, bir tarixçi-alim, etnoqraf olmaqla yanaşı, həm də müasir qazax şeirinin usta qələmlərindəndir.
 
Yaradıcılığının ilk dövrlərindən başlayaraq  “Yer, insana əyil!”, “Az i Ya”, “Arqamaklar”, “Günəşli gecələr”, “Gil kitab”, “Yazının dili”, “Tanrının təbəssümü”, “Kəsişən paralellər”, “Türklər tarixə qədər” və başqa əsərləri oxucular və ədəbi-elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında çoxsaylı qazax ədəbiyyatşünasları ilə yanaşı, rus Andrey Voznesenski, Rimma Kazakova və Lev Anninski kimi şairlər, qırğız xalq yazıçısı Çingiz Aytmatov, ukraynalı D.Pavlıçko kimi tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər.
 
 
Türk dünyasının əbədiyaşar lideri Heydər Əliyevin “Oljas təkcə qazaxlara deyil, bütün türk xalqlarının ədəbiyyatına gərəkli şəxsiyyətdir” kəlamı bu gün Qazaxıstanda böyük fəxrlə səsləndirilir. Oljas Süleymenov isə ulu öndərlə dostluq əlaqələrinin olduğunu daima ehtiramla xatırlayaraq “Bu dostluğu indi də qəlbimdə daşıyıram” - deyə, ümummilli lideri rəhmətlə yad edir. 
 
Heydər Əliyevlə bağlı xatirələrini qələmə alarkən yazır ki, "Azərbaycanda olarkən gördüklərimi dünyadakı inkişaf standartlarını ötüb keçən rəqəmlərlə tutuşduraraq əmin oldum ki, Ustadın vəsiyyəti İlham Əliyevin komandası tərəfindən ardıcıllıqla yerinə yetirilir... Allah Heydər Əliyevə rəhmət eləsin, iyirminci əsrin heç bir siyasi liderinə iyirmi birinci yüzillikdə bu dərəcədə  böyüklük mərtəbəsində qalmaq qismət olmamışdır. Bu, yalnız o şəxsiyyətlərə nəsib olmuşdur ki, vaxtilə müxtəlif orqanları vahid orqanizmdə birləşdirən sinir, qan damarları kimi xalqlar arasında ilgilər, "keçid dövrü"ndə qırılan çağlarda zəka ucalığını, iradə, xarakter qüdrətini saxlamış və faciəvi şəkildə parçalanan məkan və zamanların "yarımçıqlarını" birləşdirməyə çalışmışlar. Avrasiyada belə şəxsiyyətlər çox az idi. Odur ki, birincilər sırasında Heydər Əliyevin - zəmanəmizin qəhrəmanının adını çəkməyə haqqımız var. 
 
"Az i Ya" araşdırmamın birmənalı rezonans doğurmadığı bir zamanda Heydər Əliyevin bəzi sovet akademikləri kimi yox, onu başqa cür qəbul etməsi mənim xoşbəxtliyim idi. Yaxşı yadımdadır, Nizaminin, Füzulinin yubileyləri ilə əlaqədar biz süfrə arxasında Azərbaycan və digər xalqların yazıçıları ilə birgə əyləşərkən o, mənə masa arxasından "qalx" işarəsi verib demişdi: "Oljas, sən nəinki mənə, nəinki bizə, nəinki qazaxlara lazımsan. Sən bütün insanlara lazımsan. Gəlin, badələrimizi bu şərəfə qaldıraq!". Bu mənə çox böyük qol-qanad vermişdi, çünki həmin vaxtlar mənim üçün heç də adi bir dövr deyildi.
 
Və mən görürdüm ki, Heydər Əliyevin mənə isti yanaşması bütün Azərbaycan xalqının mənim yaradıcılığıma olan münasibətini ifadə edirdi. Bu xalqın sevgisini hiss etdikcə onun bütün sevincini, kədərini də özümünkü kimi qəbul edir, özümünkü hiss edirdim.
 
80-ci illərin sonu - 90-cı illərin əvvəllərində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı ilin 20 Yanvar faciəsi günlərində Moskvadakı "Moskva" mehmanxanasında 39 dərəcə temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına və şəxsiyyətinə çox hörmətlə yanaşdığım qardaşım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danışdı. Onun danışığından başa düşdüm ki, Bakıda   xoşagəlməz hadisələr baş verib. Bəxtiyar dedi ki: "Oljas, gəl, rus tankları şəhərə girib." Mən indi də sevinirəm ki, yaxşı ki, Bəxtiyara xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... "Azərbaycanın xeyli dostlarına" zəng etdim, hadisəylə bağlı bildirdim, onlar gəlmədilər. Mən yığışıb aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mandatımdan istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum".
 
Bəli, görkəmli ədibin xatirələrində qələmə aldığı həmin tarixlərdə, soyuq qış günlərində SSRİ rəhbərliyi vətəndaşların sülh şəraitində keçirdikləri nümayişi gülləbaran edib, tankların tırtılları altında qoymaqla onların mübarizlik əzmini qırıb, gözünü qorxutmağı qarşısına məqsəd qoymuşdu. SSRİ rəhbərliyi buna nail ola bilməsə də, yüzlərlə heç bir günahı olmayan vətəndaşı qanına qəltan edə bilmişdi. Azərbaycanın şair, yazıçı və alimləri həmin dəhşətli hadisəylə bağlı SSRİ Ali Sovetinin deputatlarına Azərbaycan xalqına qarşı törədilən bu vəhşiliklə bağlı müraciət ünvanladığı zaman Oljas Süleymenov bu müraciətnaməni birinci imzalayanlar arasında idi. Bakıda Oljas Süleymenovun təkidi ilə Azərbaycan hakimiyyəti nümayəndələrinin iştirakı ilə növbədənkənar yığıncaq keçirilmişdi. O, mərkəzi televiziyanın operatoru və yerli müxbir qarşısında canlı yayım açaraq çıxış etmişdi. Mixail Qorbaçova imzaladığı nitqində çəkinmədən onun ünvanına cəsarətlə yazmışdı ki: "Axıdılan bu qədər qan sizin vicdanınızın üzərindədir”.
 
Tarixin ən sərt imtahanında, ən ağrılı çağlarında Oljas Süleymenov Azərbaycan xalqının yanında olduğu kimi, Zəfərimizdə də eyni doğmalıqla sevincimizə şərik olduğunu ifadə etmiş, bütün yaradıcılığı boyunca Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarkən bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdirdiyini söyləmişdi.
 
Prezident İlham Əliyevin sərəncamı ilə  Oljas Süleymenovun “Şöhrət” ordeni, daha sonra “Dostluq” ordeni ilə təltif edilməsi görkəmli qazax mütəfəkkirinin yaradıcılığına Azərbaycanda verilən dəyərin və ümumxalq sevgisinin parlaq nümunəsidir.
 
Ulu öndər haqqında xatirələrində qeyd etdiyi kimi, 1960-ci illərin əvvəllərindən onun “Köçərilər və Rus”, “İqor polku haqqında dastan”da qaranlıq yerlər”, “Az i Ya” (1975) kimi eposşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq və ədəbiyyatşünaslıq kimi sahələri çevrələyən kitabları yayınlanmışdı ki, həmin kitablar Moskvadakı akademik dairələrdə xeyli mübahisələrə səbəb olmuşdu. Mübahisələrin əsasını təşkil edən ən başlıca problem isə Oljas Süleymenovun türklərin digər dünya xalqları arasında adekvat yerini göstərib, onları dünyanın ən qədim mədəni xalqlarından biri kimi təsdiqləməsi, əsərin alt qatına enərək orada türklərə məxsus dil yaruslarını ortaya çıxarması ilə bağlı idi. İki hissədən ibarət olan, bütün məsələlərə elmi və milli-tarixi prinsiplər daxilində obyektiv münasibət bildirən “Az i Ya” kitabı həm də qədim tarixə malik türklərin milli-estetik dəyərlərini, ədəbi-mədəni tarixini öyrənmək, eyni zamanda Avro-Asiya məkanında yaşayan bir çox xalqların mədəni və siyasi tarixlərinin bəzi məqamlarına işıq salmaq baxımından maraq doğururdu.
 
2014-cü ildə  alimin “Sözün kodu” adlı yeni kitabı nəşr olundu ki, bu kitabda əsasən o, türk mədəniyyəti ilə bağlı məsələləri araşdırmağı qarşıya məqsəd qoyurdu. 2015-ci ildə ədib ilk dəfə olaraq uşaqlar üçün “Ev ocağının sehirli nağılları” adlı kitabını nəşr etdirdi.
 
O.Süleymenovun əsərlərində fikir dərinliyi, genişlik, fəlsəfilik və polemiklik daha çox diqqəti cəlb edir. Hər bir əsərdə aydın ekspressiya, kamil obrazlılıq, incə yumor, islahedici satira, gözlənilməz poetik dövriyyələr və s. özünü yetərincə nümayiş etdirir. Əsərlərinin episentrində ən vacib məsələ qazax xalqının mənəvi dünyasının tərənnümü, qazax səhra ənginliklərinin vəsfi dayanmaqdadır.
 
Şairin çoxşaxəli yaradıcılığı, şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, Ukrayna, Belarus, türk və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o, bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqlif qrafik yazının köməyi ilə ortaya qoymağa, onların raşşifrovkasını “Az i Ya”, “Yazının dili”, “Türklər tarixə qədər”, “Sözün kodu”, “Etimologiyaya giriş” və başqa bu kimi tədqiqatlarında açmağa,  bəşər övladının təkamülünün geniş təbəqəsinin öyrənilməsindəki “ağ ləkələri” etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb üzə çıxarmağa nail olub.
 
Təsadüfi deyildir ki, məhz bu keyfiyyətlərinə görə böyük mütəfəkkirin  əsərləri oxucu və tənqidçilərin  çox böyük rəğbətini qazanıb.
 
Çeşidli yaradıcılığa malik olan O.Süleymenovun ədəbi istedadı kinodramaturgiyada da yetərincə özünüifadə edə bilib. O, “Atalar torpağı”, “Mavi marşrut”, “Qış sahə işləri vaxtı deyil”, “Adəmi qəbul edin”, “Sonuncu keçid”, “Qırmızı yovşan”, XIX əsrin ünlü qazax şairi Məhəmbət Utəmisova həsr olunmuş “Məhəbbət”, Cahangir xana həsr olunmuş “Ah, Peterburqda necə də maraqlı idi”  və xeyli digər filmlərə ekran vəsiqəsi verib.
 
Onun əsərlərində türkün tarixi dünyasına səyahət və türk torpaqlarına ayaq basmağın həsrətini ifadə edən münasibət diqqəti cəlb edən xüsusi haldır. Daha doğrusu, müəllif əsərlərində  "türk çölləri boyu Şərqdən Qərbə çapan bir qəhrəman türk atlısı rolunda" çıxış edir. O.Süleymenov gəzdiyi yerlərdə mənsub olduğu xalqın dünənindən və bu günündən söhbət açmağı özünə borc bilir.
 
O.Süleymenovun təfəkküründə şair Allah kimi dərk olunmaqdadır. Yəqin buna görə də o, “Şərq yoxdur, elə Qərbin özü də yoxdur... Yalnız Günəşin doğuşu və qürubu, bir də böyük söz - Yer var” deyir. Özünün erkən yaşda qələmə aldığı şeirlərindən birində (“Puşkin meydanında”) “Şair gərək Allah kimi gözəl olsun bu dünyada” deyərək şairi Yaradanla müqayisə edən Süleymenov belə fikri sadəcə poetik metafora olaraq işlətmirdi. Bununla o, şairin cəmiyyətdəki yerini  müəyyənləşdirməklə onu elə bir zirvəyə qaldırır ki, bununla özünü də həmin “yüksəkliyə məhkum edib” şairin uca adını daim böyük fəxarətlə daşıyacağına işarə edirdi.
 
O.Süleymenov hansı mövzuda yazır yazsın, onun lirik vüsəti özünün şəxsiyyəti kimi çoxtərəflidir. Ən adi söz və söz birləşmələri arasında onun son dərəcə həssas və rəngarəng bir dünya duyumu var. Təsadüfi deyildir ki, O.Süleymenovun yaradıcılığında, bir tərəfdən, A.S.Puşkin müdrikliyini görmək mümkündürsə, digər tərəfdən A.Blok, V.Mayakovski və V.Xlebnikovun yeniliyini, A.Voznesenski dərinliyini və mürəkkəbliyini, Məhəmbət Ütemisovun məğrurluğunu və canlılığını, Abay Kunanbayev poeziyasının fəlsəfi əzəmətini, A.Tvardovski epik yaradıcılığının, Rollan Seysenbayevin qeyri-adi prozaik ilmələrini sezmək mümkündür. Əslində, müxtəlif coğrafiyalarda yaşayan, fərqli janrda və üslubda yazan ədiblərin yaradıcılığının hər hansı konkret bir yaradıcı şəxsiyyətin təfəkküründə yer almasının özü son dərəcə əlahiddə, qeyri-adi və yeni əzəmətli keyfiyyətdir. Oljas Süleymenovun yaradıcılığı məhz qeyd etdiyimiz rakurslarda unikal və fenomenaldır.
 
Şairin oxuculara təqdim etdiyimiz “Tanrının təbəssümü” adlı kitabı tarixi faktlardan qaynaqlanan bədiyyatın canlı, orijinal təcəssümüdür. Müəllifin burada yer alan şeirləri fəlsəfi düşüncələrin obrazlı təsviri, dini, ictimai baxışların özünəməxsus ifadəsi nöqteyi-nəzərindən mükəmməl tablo yaratmışdır.
 
Bu şeirlər müxtəlif illərdə qələmə alınsa da məzmun etibarilə ardıcıl düşüncənin məhsuludur və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
 
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
 
Oxşar xəbərlər
20:37, Bu gün
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
20:32, Bu gün
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
20:29, Bu gün
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
20:24, Bu gün
Kök pəhrizi ilə arıqlayın
20:16, Bu gün
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
20:08, Bu gün
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
20:00, Bu gün
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
19:52, Bu gün
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
19:48, Bu gün
Arzu Niftalıyeva vəfat etdi
19:30, Bu gün
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
19:26, Bu gün
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
19:18, Bu gün
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
19:10, Bu gün
Şərabın ən ucuz olduğu ölkələr
19:03, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
18:55, Bu gün
Həsən Nəsrullahı o əvəz edəcək?
18:50, Bu gün
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
18:43, Bu gün
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
18:37, Bu gün
ABŞ qoşunlarını İraqdan çıxarır
18:32, Bu gün
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
18:28, Bu gün
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
18:20, Bu gün
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
18:19, Bu gün
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
18:16, Bu gün
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
18:14, Bu gün
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
18:06, Bu gün
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
18:05, Bu gün
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
18:04, Bu gün
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
17:57, Bu gün
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
17:52, Bu gün
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
17:47, Bu gün
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
17:43, Bu gün
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
17:37, Bu gün
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
17:31, Bu gün
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
17:25, Bu gün
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
17:19, Bu gün
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
17:12, Bu gün
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
17:06, Bu gün
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
17:00, Bu gün
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
16:54, Bu gün
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
16:48, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
16:42, Bu gün
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
16:36, Bu gün
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
16:30, Bu gün
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
16:24, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
16:18, Bu gün
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
16:06, Bu gün
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
16:03, Bu gün
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
16:00, Bu gün
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
15:55, Bu gün
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
15:49, Bu gün
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
15:43, Bu gün
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
15:37, Bu gün
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
15:31, Bu gün
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
15:25, Bu gün
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
15:18, Bu gün
Kamilənin toyu BU TARİXDƏ olacaq
15:12, Bu gün
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
15:06, Bu gün
Yemək yeyəndə niyə su içmək olmaz?
15:00, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
GÜNLÜK
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər