Lavrov İranın müdafiəsinə qalxdı
Dünya
354
10:10, Bu gün

Lavrov İranın müdafiəsinə qalxdı

Fars körfəzindəki bütün ərəb ölkələri başa düşürdülər ki, ABŞ-ın hücumuna cavab olaraq İran onların ərazisindəki Amerika bazalarına zərbələr endirəcək.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərinin yekunlarına dair mətbuat konfransında bəyanat verib.
 
“Biz onların mövqeyinə sadəcə hörmət etmirik, həm də bu müharibədən zərər çəkməmələri üçün onlarla həmrəyik. Lakin gəlin dürüst olaq. Mən burada bütün həmkarlarımla danışıram. İranın ərəb qonşularının ərazisindəki ABŞ hərbi obyektlərinin İrana qarşı təcavüzə cavab olaraq hədəfə çevriləcəyini anlamamaq qeyri-mümkün idi. Bunu hamı çox gözəl başa düşürdü”, - deyə nazir vurğulayıb.
 
Bundan əlavə, Lavrov qeyd edib ki, ABŞ Venesuela nümunəsində olduğu kimi, İran neftini də nəzarət altına almaq istəyirdi:
 
“Venesuela neftini götürək: əvvəlcə elan etdilər ki, prezident Nikolas Maduronu “yerində oturtmaq” lazımdır, çünki o, əsas narkobarondur. İndi isə artıq heç kim narkotikləri xatırlamır. Deyirlər ki, narkotik Meksikadandır, orada birtəhər razılaşdıq, Maduronu isə kənarlaşdırdıq, indi neft bizimdir. Eyni planı İranla bağlı da qururdular. Prezident Tramp dəfələrlə İran neftini götürməyə və ya ən azı İranla birlikdə onu idarə etməyə hazır olduğunu bildirib”, – deyə Lavrov izah edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər