Corcia Meloni Roma Papası haqqında fikirlərinə görə Donald Trampı tənqid edib
Dünya
295
13:30, Bu gün

Corcia Meloni Roma Papası haqqında fikirlərinə görə Donald Trampı tənqid edib

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın 2024-cü ildə yenidən seçilməsindən sonra ona qarşı ilk birbaşa tənqidlə çıxış edərək, onun Roma Papası barədə söylədiyi fikirləri qınayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
 
"Prezident Trampın Müqəddəs Ata haqqındakı açıqlamalarını qəbuledilməz hesab edirəm. Roma Papası Katolik kilsəsinin rəhbəridir və onun sülhə çağırış etməsi, müharibənin bütün formalarını pisləməsi tamamilə doğrudur", - deyə o qeyd edib.
 
Həmçinin bildirilir ki, ənənəvi olaraq Trampı dəstəkləyən İtaliyanın sağçı siyasətçiləri də ABŞ liderinin bu bəyanatlarını pisləyiblər. Məsələn, İtaliya baş nazirinin müavini və "Liqa" partiyasının lideri Matteo Salvini milyardlarla katolikin mənəvi liderinə qarşı hücumların ağılsız və yersiz göründüyünü vurğulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər