Pit Heqset:
Dünya
213
20:30, Bu gün

Pit Heqset: "ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib"

"İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Lincoln" aviadaşıyıcısına buraxdığı raketlər və pilotsuz uçuş aparatları (PUA) hədəflərinə çata bilməyib.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset mətbuat konfransında çıxışı zamanı məlumat verib.

"İran bizim aviadaşıyıcımıza yüzlərlə raket və PUA atıb. Bu mərmilərin hər biri "Abraham Lincoln"dan millərlə məsafədə asanlıqla vurulub", - deyə o bildirib.

Heqset, həmçinin belə bir iddia ilə də çıxış edib ki, ABŞ və İsrail əməliyyatı nəticəsində İran qüvvələri uzun illər üçün döyüş qabiliyyətini itirib, ölkənin müdafiə-sənaye kompleksi isə məhv edilib.

Pentaqon rəhbərinin iddiasına görə, ABŞ öz döyüş gücünün 10%-dən azından istifadə edərək dünyanın ən böyük ordularından birini məğlub edib. Nazir hesab edir ki, ABŞ İranın hərbi-sənaye bazasının məhv edilməsini başa çatdırıb.

Heqset iddia edir ki, "Epik qəzəb" əməliyyatı döyüş meydanında sarsıdıcı bir qələbə olub. Onun versiyasına görə, ABŞ ordusu plana uyğun olaraq müəyyən edilmiş tarixlərdə bütün məqsədlərə çatıb.

Nazir, həmçinin vurğulayıb ki, İranın sahib olmamalı olduğu bütün nüvə materialları dərhal çıxarılacaq.

"Onların nüvə ehtiyatları dərin basdırılıb və sutkada 24 saat, həftədə 7 gün havadan izlənilir. ABŞ Prezidenti Donald Tramp əvvəldən açıq şəkildə bildirib ki, İranın nüvə silahı olmayacaq", - deyə Heqset qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər