Ərdoğan Trampla ABŞ və İran arasında atəşkəs razılaşmasını müzakirə edib
Dünya
249
19:07, Bu gün

Ərdoğan Trampla ABŞ və İran arasında atəşkəs razılaşmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, Ərdoğan və Tramp ABŞ-la İran arasında əldə edilmiş iki həftəlik atəşkəs razılaşmasını müzakirə ediblər.

Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edib. O, atəşkəsin davamlı sülh sazişi üçün çox yaxşı dəyərləndirilməli olduğunu qeyd edib.

Türkiyə Prezidenti atəşkəsin pozulmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyənin Pakistan başda olmaqla dost ölkələrin birgə səylərinə dəstəyi davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər