Yaşı 15-dən az olanlara sosial media qadağan edilir
Dünya
259
19:05, Bu gün

Yaşı 15-dən az olanlara sosial media qadağan edilir

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.

Moderator.az-ın məlumatına görə, bu xəbəri "Ekatimerini" nəşri yayıb.

Bildirilib ki, Yunanıstan uşaq və yeniyetmələrin sosial platformalara girişini məhdudlaşdıran ilk dövlətlər sırasındadır.

Hökumət başçısının sözlərinə görə, müvafiq qanun layihəsi 2026-cı ilin yayında təsdiqlənəcək və 2027-ci ilin ilk günündən icraya yönəldiləcək:

"Bilirəm ki, yeniyetmələrin əksəriyyəti mənə qəzəblənəcək. Mən də sizin yaşda olsaydım, yəqin ki, oxşar hisslər keçirərdim, lakin bizim əsas işimiz sadəcə sevimli olmaq deyil".

Nazirlər Kabinetinin rəhbəri onu da vurğulayıb ki, rəsmi Afina Avropa İttifaqını da analoji addımlar atmağa təşviq edəcək.

Məlumat üçün bildirək ki, oxşar layihə cari ilin yanvarında Fransa Milli Assambleyası tərəfindən də bəyənilib. Həmçinin 2024-cü ilin noyabrında Avstraliya 16 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrə girişini qadağan edən və yaş məhdudiyyəti tətbiq edən qanun qəbul edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər