22:15
8°C
Bakı
Yaxın Şərqdə münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.
O, tərəfləri atəşkəsə əməl etməyə çağırıb.
“Bu, sülh prosesinin ruhunu zədələyir. Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırıram”, - o qeyd edib.