İsrail
Dünya
139
20:00, Bu gün

İsrail "Hizbullah"ın raket buraxılış qurğularını məhv edib

İsrail Hərbi Hava Qüvvələri İsrail istiqamətində raket atmağa hazırlanan "Hizbullah" hərəkatının buraxılış qurğularını məhv edib.

Moderator.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, qurğunun silahlandırılması ilə məşğul olan və buraxılışı həyata keçirməyə çalışan döyüşçülərə də zərbələr endirilib.

İsrail ordusu qeyd edib ki, "Roaring Lion" əməliyyatı başlayandan bəri İsrail ərazisinə atılmağa hazır olan 70-dən çox raket buraxılış qurğusu məhv edilib və zərərsizləşdirilib.

Link kopyalandı!
Son xəbərlər