İranın Binab şəhərində məhkəmə yaxınlığında partlayış baş verib
Dünya
184
19:10, Bu gün

İranın Binab şəhərində məhkəmə yaxınlığında partlayış baş verib

İranın Şərqi Azərbaycan vilayətində yerləşən Binab şəhərində məhkəmə binası yaxınlığında partlayış baş verdiyi bildirilir.

Moderator.az "BT News"a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, əvvəlcə yol polisi postuna zərbə endirilib, bundan sonra isə məhkəmə binası yaxınlığında güclü partlayış baş verib.

Hadisənin səbəbləri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat verilməyib.

Link kopyalandı!
Son xəbərlər