Rusiya Ali Məhkəməsi Domodedovo aeroportunun müsadirəsini təsdiqlədi
Dünya
248
17:55, Bu gün

Rusiya Ali Məhkəməsi Domodedovo aeroportunun müsadirəsini təsdiqlədi

Rusiyanın Ali Məhkəməsi sahibkar Dmitri Kamenşikin verdiyi kassasiya şikayətini təmin etməyib və Domodedovo qrupuna daxil olan müəssisələrin müsadirə olunması haqqında qərarı dəyişməyib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi məlumat yayıb.

Hakim proses zamanı bildirib ki, Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarına əsasən, Dmitri Kamenşikin Domodedovo Şirkətlər Qrupuna daxil olan müəssisələrin səhmlərinin başqasına verilməsi ilə bağlı prosedurların etibarsız sayılması barədə verdiyi kassasiya şikayəti rədd edilib.

Məhkəmə iclası mətbuat və ictimaiyyət üçün qapalı formatda baş tutub.

Xatırladaq ki, 2025-ci il iyunun 17-də Moskva Vilayət Arbitraj Məhkəməsi Baş Prokurorluğun Domodedovo aeroportunun dövlət mülkiyyətinə keçirilməsi tələbi ilə 32 əlaqədar quruma, o cümlədən holdinq rəhbəri Kamenşik və direktorlar şurasının sədri Valeri Koqana qarşı qaldırdığı iddianı qəbul etmişdi. İyunun 19-da Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentlik (Rosimuşçestvo) aeroportun aktivlərini özündə cəmləşdirən "DME Holding" MMC-ni bütövlükdə mənimsəyib. Bir gün sonra isə Rusiyanın iqtisadi inkişaf nazirinin sabiq birinci müavini Andrey İvanov iyunun 20-dən etibarən hava limanının yanacaq zavodları, sərnişin terminalı və digər bağlı strukturları ilə yanaşı, "DME Holding"i də idarə edən "Domodedovo Aerodrom" MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Link kopyalandı!
Son xəbərlər