Zelenski: Donetskdən döyüşsüz çıxmaq təklifi təhlükəlidir
Dünya
274
09:42, Bu gün

Zelenski: Donetskdən döyüşsüz çıxmaq təklifi təhlükəlidir

Ukrayna ordusunun Donetsk vilayətindən döyüşsüz geri çəkilməsi barədə təkliflər təhlükəlidir, çünki Rusiyanın ambisiyaları təkcə bu regionla məhdudlaşmır.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, rəsmi Moskvanın əsas məqsədi bütün Ukraynanı işğal etməkdir:

"Hesab edirəm ki, onlar heç vaxt Ukraynanın işğalından başqa bir hədəf güdməyiblər. Onların minimum istəyi Donbasdır – yəni Donetsk vilayətinin yüz faiz ələ keçirilməsi. Bunu öz cəmiyyətlərinə, bəlkə heç cəmiyyətə yox, elə özlərinə 'qələbə' kimi təqdim etmək üçün istəyirlər".

V.Zelenski əlavə edib ki, Kreml rəhbəri istənilən qərarını Rusiya cəmiyyətinə qəbul etdirmək gücündədir.

 

(teleqraf)

Link kopyalandı!
Son xəbərlər